Tit Flavi Klement (konsul)

Tit Flavi Klement (lat. Titus Flavius Clemens; təq. 50may 95, Roma) — Qədim Roma dövlət xadimi, 95-ci ildə konsul. O, Flavilər sülaləsindəndir. Roma katolisizmində və bir sıra pravoslav kilsələrində müqəddəs kimi şöhrət qazanmışdır.

Tit Flavi Klement
Şəxsi məlumatlar
Doğum tarixi təq. 50
Vəfat tarixi may 95
Vəfat yeri
Fəaliyyəti siyasətçi
Atası Tit Flavi Sabin
Həyat yoldaşı
Ailəsi Flavilər sülaləsi
Dini xristianlıq

Həyatı

Klement Tit Flavi Sabinin oğlu idi. Sabin 72-ci ildə konsul-suffekt idi. Klementin qardaşı Tit Flavi Sabin 82-ci konsul olmuşdur və həyat yoldaşı Yuliya Flaviya idi. Atası 69 dekabrda Vitelli dövründə öldürülmüşdür. O, imperator Vespasianın qardaşının nəvəsi, imperator TitDomisianın qohumu idi.[1]

Dion Kassinin sözlərinə görə, Klement "tanrısızlıq"da ittiham olunmuşdur.[2] Onun həyat yoldaşı Flaviya Domisilla Pandateriya adasına sürgün edilmişdir.[3][4][5] Yevsevi yazmışdır ki, Domisilla xristian olduğu üçün sürgün edilmişdir. Bununla belə, Dion Kassinin hesabında o, yalnız başqaları ilə birlikdə yəhudiliyə simpatiyada günahkar bilinmişdir.[6] Svetoni sürgündən ümumiyyətlə bəhs etmir.[7] Pal Keresteş ehtimal etmişdir ki, onlar iudaizmi qəbul etmiş və iudaizmə etiqad edən bütün şəxslərə tətbiq edilən "Fiscus Judaicus" vergisini ödəməkdən yayınmağa cəhd etmişdilər.[8]

Mənbə

İstinadlar

  1. Светоний. Жизнь двенадцати цезарей. Vita Domitiani, XV, 1
  2. Дион Кассий. Римская история. LXVII, 14.
  3. Филострат. Жизнь Аполлония Тианского. VIII, 15.
  4. Евсевий. Церковная история. III, 14.
  5. Иероним Стридонский. Epistulae. 27
  6. Barnes, 1968a. səh. 36
  7. Barnes, 1968a. səh. 37
  8. Brown, 1997. səh. 805–809

Ədəbiyyat

  • Barnes, T. D. "Legislation against the Christians". The Journal of Roman Studies (ingilis). 58. 1968. doi:10.2307/299693. JSTOR 299693. 2022-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-23.
  • Brown, Raymond E. An Introduction to the New Testament (ingilis). Yale University Press. 1997. ISBN 0-385-24767-2.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.