Tiraspol FK
"Tiraspol" FK — Moldovanın Tiraspol şəhərini təmsil edən peşəkar futbol klubu. Hazırda Moldova çempionatında oynamaqdadır.
Tiraspol FK | |||
---|---|---|---|
FC Tiraspol | |||
Klubun tam adı | Tiraspol Futbol Klubu | ||
Ölkə | |||
Rəng(lər) | yaşıl-qırmızı | ||
Yaranma tarixi |
Konstruktorul Kişinyov (1992) Tiraspol (2001) |
||
Bağlama tarixi | 2015 | ||
Stadionu | Şerif stadionu | ||
Prezidenti | Viktor Tulba | ||
Baş məşqçisi | Lilian Popescu | ||
Liqa | Moldova çempionatı | ||
2013-14 | 2 | ||
| |||
Rəsmi saytı |
1992-ci ildə "Konstruktorul Kişinyov" adı ilə qurulmuşdur. 1996-cı ildə Moldova çempionatına yüksəlmişdir və 1997-ci ildə Moldova çempionatının qalibi olmuşdur.[1] 1996-cı ildə və 2000-ci ildə Moldova kubokunu qazanmışdır. Klub 2001-ci ildə Tiraspola köçəndən sonra Çorburçi qəsəbəsində iqamət etməyə başlamışdır. Dnestryanı Respublikasını təmsil etsə də Moldova çempionatında çıxış edir.
Tarixi
Konstruktorul Kişinyov
Klub 1992-ci ildə Konstruktorul Kişinyov adı Moldovanın paytaxtı Kişinyovda ilə qurulmuşdur. 1996-cı ildə klub Moldova çempionatına yüksəlmiş və Moldova kubokunun finalında "Tiliqul Tiras"ı 2:1 məğlub etmişdir. Növbəti mövsüm isə şəhərin digər komandası "Zimbru" Kişinyovun 6 ardıcıl çempionluğundan sonra Moldova çempionu olmuşdur. Bu zəfərdən sonra klub ilk dəfə UEFA Çempionlar Liqasında çıxış etmiş, amma 1997-98 mövsümünün ilk seçmə mərhələsində Çexiyanın "Slaviya" Praqa klubuna ümumilikdə 3:4 məğlub olmuşdur.[2] 2000-ci ilin 24 mayında Moldova kubokunun finalında "Zimbru"nu 1:0 məğlubiyyətə uğratmışdır.[3]
Klub bu dövrdə UEFA Kubokunda da çıxış etmişdir. 2000-ci ilin sentyabrında Konstruktorul Kişinyov Bolqarıstanın ÇSKA Sofiya klubuna qarşı oyunda təhlükəsizlik tədbirlərinin pozulmasına görə 1 il avrokuboklardan kənarlaşdırılmışdır.[4]
Dnestryanı
2001-02 mövsümündən qabaq klub Dnestryanı Respublikasının paytaxtı Tiraspol yaxınlığndakı Çorburçi qəsəbəsinə köçmüşdür və adını "Konstruktorul Çorburçi" olaraq dəyişdirmişdir. Daha sonra Tiraspol şəhərinə yerləşmişdir. Kişinyov şəhərini tərk edəndən bəri klub nə çempionluq, nə də ki kubok qazanmışdır.
Ən böyük uğurunu 2004-05 mövsümündə UEFA Kubokunda qazanmışdır. "Tiraspol" növbəti mərhələdə Ukraynanın "Metallurq Donetsk" klubu tərəfindən ümumilikdə 1:5 məğlub edilənə qədər[5] Ermənistanın "Şirak" klubunu iki oyuna əsasən 4:1 udmuşdur.[6]
Statistika
Mövsüm | Liqa | Yer | O | Q | H | M | VQ | BQ | X | Kubok | Avropa | Qeydlər | |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
1994–95 | 2D | ¼ final | Keçdi | ||||||||||
1995–96 | 1D | 3 | 30 | 24 | 2 | 4 | 71 | 16 | 74 | Qalib | |||
1996-97 | 1 | 30 | 26 | 3 | 1 | 82 | 10 | 81 | 1 | KK | 1-ci mərhələ | ||
1997–98 | 3 | 26 | 17 | 3 | 6 | 54 | 32 | 54 | Final | ÇL | 1-ci mərhələ | ||
1998–99 | 2 | 26 | 15 | 6 | 5 | 30 | 13 | 51 | Final | ÇL | seçmə mərhələ | ||
1999–00 | 3 | 36 | 18 | 11 | 7 | 52 | 23 | 65 | Qalib | UK | seçmə mərhələ | ||
2000–01 | 4 | 28 | 10 | 9 | 9 | 30 | 30 | 39 | Yarımfinal | UK | seçmə mərhələ | ||
2001–02 | 4 | 28 | 10 | 7 | 11 | 36 | 42 | 39 | Final | ||||
2002–03 | 5 | 24 | 7 | 5 | 12 | 27 | 38 | 26 | Yarımfinal | İK | 1-ci mərhələ | ||
2003–04 | 4 | 28 | 12 | 9 | 7 | 32 | 22 | 45 | ¼ final | ||||
2004–05 | 4 | 28 | 12 | 8 | 8 | 41 | 23 | 44 | ¼ final | UK | 2-ci mərhələ | ||
2005–06 | 3 | 28 | 8 | 13 | 7 | 24 | 21 | 37 | ¼ final | ||||
2006–07 | 5 | 36 | 10 | 16 | 10 | 37 | 32 | 46 | Yarımfinal | İK | 3-cü mərhələ | ||
2007–08 | 4 | 30 | 16 | 7 | 7 | 36 | 21 | 55 | Yarımfinal | ||||
2008–09 | 7 | 30 | 9 | 5 | 16 | 30 | 36 | 32 | Yarımfinal | İK | 2-ci mərhələ | ||
2009–10 | 9 | 33 | 8 | 10 | 15 | 20 | 34 | 34 | ¼ final | ||||
2010–11 | 7 | 39 | 17 | 6 | 16 | 57 | 45 | 57 | ¼ final | ||||
2011–12 | 6 | 33 | 10 | 12 | 11 | 36 | 32 | 42 | ¼ final | ||||
Uğurları
Avropada çıxışı
Mövsüm | Mərhələ | Rəqib | Ev | Səfər | Ümumi |
---|---|---|---|---|---|
1997–98 | 1 | Slaviya Mozir | 1–1 | 2–3 | 3–4 |
Mövsüm | Mərhələ | Rəqib | Ev | Səfər | Ümumi |
---|---|---|---|---|---|
1999–00 | 1 | Ferentsvaroş | 1–1 | 1–3 | 2–4 |
2000–01 | 1 | ÇSKA Sofiya | 2–3 | 0–8 | 2–11 |
2004–05 | 1 | Şirak | 2–1 | 2–0 | 4–1 |
2 | Metallurq Donetsk | 1–2 | 0–3 | 1–5 | |
2013–14 | 1 | Skonto | 0–1 | 1–0 | 1–1 (2–4 p.) |
2014–15 | 1 | İnter Bakı | 2–3 | 1–3 | 3–6 |
Mövsüm | Mərhələ | Rəqib | Ev | Səfər | Ümumi |
---|---|---|---|---|---|
2002 | 1 | Slovaçko | 0–0 | 0–4 | 0–4 |
2006 | 1 | Mil-Muğan | 2–0 | 0–1 | 2–1 |
2 | Lex Poznan | 3–1 | 1–0 | 4–1 | |
3 | Rid | 1–1 | 1–3 | 2–4 | |
2008 | 1 | Mika | 0–0 | 2–2 | 2–2 (səfər.) |
2 | Tavriya | 0–0 | 1–3 | 1–3 |
Mövsüm | Mərhələ | Rəqib | Ev | Səfər | Ümumi |
---|---|---|---|---|---|
1996–97 | 1 | Hapoel Rişon LeZiyon | 1–0 | 2–3 | 3–3 (səfər) |
2 | Qalatasaray | 0–4 | 0–1 | 0–5 | |
1998–99 | 1 | Rudar Velenjye | 0–2 | 0–0 | 0–2 |
Heyət
1 mart 2015-ci ilə olan məlumata əsasən
|
|
İstinadlar
- "Arxivlənmiş surət". 2012-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-09.
- "Arxivlənmiş surət". 2015-12-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-09.
- "Arxivlənmiş surət". 2012-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-09.
- "Arxivlənmiş surət". 2015-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-09.
- "Arxivlənmiş surət". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-09.
- "Arxivlənmiş surət". 2016-03-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-09.
Xarici keçidlər
- Rəsmi sayt (ru)
- DiviziaNationala.com-da profili Arxivləşdirilib 2010-07-18 at the Wayback Machine