Timur Vaynşteyn
Timur Vaynşteyn (tam adı: Timur Leonidoviç Vaynşteyn ; 1 mart 1974, Bakı) — televiziya prodüseri. Yarı azərbaycanlı, yarı yəhudi ailəsində doğulmuşdur.
Timur Vaynşteyn | |
---|---|
Doğum tarixi | 1 mart 1974 (50 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan→ Rusiya |
Atası | Leonid Vaynşteyn |
Fəaliyyəti | prodüser |
Fəaliyyət illəri | 1991-ci ildən |
Təhsili | |
Mükafatları | |
IMDb | ID1552433 |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Timur Leonidoviç Vaynşteyn 1 mart 1974-cü ildə Bakıda anadan olub. 1991-ci ildən "Parni iz Baku" (Bakılı Oğlanlar) Şən və Hazırcavablar Klubu (KVN) komandasının bədii rəhbəridir. Bu komanda 1992-ci ilin çempionu, 1995-ci il yay kubokunun sahibi, 2000-ci ildə isə əsrin çempionu adına layiq görülüb. Timur Vaynşteyn 1996-cı ildə Azərbaycan Tibb Universitetinin həkim-psixiatr ixtisasını bitirib. 1997-ci ildə Rusiya Televiziya Mütəxəssisləri İnstitutunda televiziya rejissorluğu ixtisasına qəbul olunub. "VİD" telekompaniyasında müxbir, redaktor, rejissor, daha sonra "Tema" "Dobriy Veçer s Yuliyem Qusmanom" verilişlərinin rəhbəri, "Ças pik", "İşu tebya" və müxtəlif verilişlərin müəllifidir. 1998-ci ildə "VİD" telekompaniyasının ən yaxşı redaktoru seçilib. 2000-ci ildə "PlANETA KVN" proqramının və "KVN. 40 let shutya" serialının rejissorudur. 2000-ci ildən Rusiya Milli Kinematoqrafiya mükafatı "Nika"nın, 2003-cü ildən isə həm də "Slava" Rusiya Milli İdman mükafatının təqdimat mərasiminin prodüser və rejissorudur. 2001-ci ildən "Lean M" Prodüser Mərkəzinin təsisçilərindən biri və baş prodüseridir. Rusiyada yaşayır. 20-dən çox film və seriala prodüserlik edib.
Ailəsi
- Babası, Moisey Vaynşteyn — bəstəkar və dirijor.
- Atası, Leonid Vaynşteyn — bəstəkar, pedaqoq, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1987), Bakının "Parni iz Baku" ŞHK komandasının üzvü.
- Anası, Bəyaz Vəzirova — musiqi müəlliməsi, Əbdürrəhman Vəzirovun bacısı.[1]
- Əmisi oğlu, Harri Kasparov — şahmatçı, 13-cü dünya çempionu (1985–2000)
- Həyat yoldaşı, Yana Batırşina — gimnast. Olimpiya oyunlarının gümüş mükafatçısı, yeddiqat dünya, beşqat Avropa çempionu.
- Qızı, Məryəm Vaynşteyn (doğ. 5 may 2005).
- Qızı, Ayla Vaynşteyn (doğ. 17 may 2007).
- Oğlu, Leonid Vaynşteyn
Filmoqrafiya
- Qala (film, 2008)
- Qorxma, mən səninləyəm! 1919 (film, 2013)
- Qırmızı bağ (film, 2016)
İstinadlar
- "Самый молодой и гениальный покоритель шахматного олимпа". Evreimir.com. 2009-12-16. 2016-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-16.