Timsahın göz yaşları

"Timsahın göz yaşları" — saxta kədər göz yaşları tökən, ikiüzlü və qeyri-səmimi insanlar haqqında işlədilən ifadədir.

İfadənin yaranması

Timsahlar bir şey yeyəndə gözlərindən yaş gəlir. Bəzi sadəlövh adamlar elə düşünürlər ki, timsah yediyi heyvanın halına acıyır. Yəni ağlaya-ağlaya yeyir. Təbii ki, bu, düz deyil. Sadəcə, timsah ağzını çox geniş açdıqda çənə əzələləri gücə düşdüyündən gözündən su gəlir. Bunun nə ağlamaqla, nə də rəhmdilliklə əlaqəsi var. Məhz buna görə də "timsahın göz yaşları" ifadəsi məsəl kimi işlədilir. Bir nəfər başqasına zülm edəndə, sözdə isə yalandan onun halına acıyanda deyirlər: "Filankəs timsah kimi göz yaşı tökür".

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.