Timoti Dalton

Timoti Dalton (ing. Timothy Dalton; 21 mart 1946, Koluin-Bey[d], Uels) — Böyük Britaniya aktyorudur. Daha çox Edvard Roçester və Ceyms Bond rolları ilə məşhurluq qazanmışdır.[2]

Timoti Dalton
ing. Timothy Dalton
Doğum adı Timothy Leonard Dalton Leggett
Doğum tarixi 21 mart 1946(1946-03-21) (78 yaş)
Doğum yeri
Vətəndaşlığı
Fəaliyyəti kino aktyoru, teatr aktyoru, televiziya aktyoru
Fəaliyyət illəri 1965-ci ildən
Təhsili
  • Dram İncəsənəti üzrə Kral Akademiyası[d] (–1966)[1]
Boyu 1,9 m
IMDb ID0001096
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Timoti Dalton 21 mart 1946-cı ildə Vöyük Britaniyanın Uels qraflığının Şimali Uels bölgəsində yerləşən Denbişir unitar inzibati ərazisinin Koluin Bey şəhərində dünyaya gəlmişdir. Atası İkinci dünya müharibəsində yaradılan, Böyük Britaniyanın "Xüsusi əməliyyatların idarə edilməsi" kəşfiyyat-diversant bölməsində xidmət etmişdir.[3] Bu bölmə rəsmi olaraq 1946-cı ildə ləğv edilmişdir. Həmin ildə Timoti Daltonun atası, ailəsi ilə birgə Derbişir qraflığının Belper şəhərinə köçür. Timoti Dalton 16 yaşında məktəbi bitirmiş və teatrda çalışmışdır. 1966-cı ildən başlayaraq filmlərdə, ardınca televiziya seriallarında iştirak etməyə başlayır. 1983-cü ildə Şarlotta Brontenin yazdığı "Ceyn Eyr" əsəri əsasında Culian Emyes tərəfindən çəkilən "Ceyn Eyr" filmində iştirak etmişdir. Film "Edvard Roçester" rolunu canlandırmış və böyük müvəffəqiyyət əldə etmişdir. 1987-ci ildə "Yaşayan gün işığı" və 1989-cu ildə "Öldürməyə lisenziya" filmlərində "Ceyms Bond" rolunu canlandırmışdır. 1994-cü ildə "Skarlett" filmində "Rett Batler" rolunu canlandırmış və "Ceyms Bond" rolunu canlandırmış filmlərdə, olduğu kimi böyük gəlir əldə etmişdir.[4]

Timoti Dalton 1995-ci ildə Londonda keçirilən kinofestivalda model olan Oksana Petrova Qriqoryeva ilə tanış olur. Bu kinofestivalda Oksana Rusiyanın populyar kinorejissoru Nikita Mixalkovun tərcüməçisi idi. Bir müddət sonra onlar ailə həyatı qururlar. 7 avqust 1997-ci il tarixində onların Aleksandr adında övladı dünyaya gəlir, lakin onların evliliyi uzun müddətli olmur və bir müddət sonra boşanırlar.[5]

Filmoqrafiya

İl Film Rol Qeydlər
1968Şir qışdaFilip II Avqust
1970KromvelŞahzadə Rupert
1971Mariya — Şotlandiya kraliçasıHenri Darnli
1978–1979YüzillikOliver Sekkombmini-serial
1979AqataPolkovnik Arçibald Kristimini-serial
1980Parıltı QordonŞahzadə Parin
1983Ceyn EyrEdvard Roçestermini-serial
1987Yaşadan gün işığıCeyms Bond
1989Öldürməyə icazəCeyms Bond
1994SkarlettRett Batler
1997Kosmetoloq və bədheybətBoris Poçenko
1997XəbərverənDCI Rennie
2009–2010Doktor KimZamanı idarə edən Rassilon
2010TuristBaş Müfəttiş Conson
2010Oyuncaqların hekayəsi 3Cənab Tikan

İstinadlar

  1. Student & graduate profiles. Dram İncəsənəti üzrə Kral Akademiyası.
  2. "Тимоти Далтон / Timothy Dalton". 2011-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-05.
  3. "Timothy Dalton Film Reference bio". 2020-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-05.
  4. Rubin, Steven Jay (1995). The Complete James Bond Movie
  5. Hardy, Rebecca (24 February 2007). "Daniel Craig doesn't know what he's in for". Daily Mail (London). p. 16.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.