Timoti Şalame
Timoti Hel Şálame (ing. Timothée Hal Chalamet [ˈtɪməθi ˈʃæləmeɪ] . 27 dekabr 1995, Nyu-York, Nyu-York, ABŞ) — kino, teatr və televiziyada çəkilən amerikalı aktyor. «Məni öz adınla çağır» dram filmində Elio Perlman rolunu oynamasına görə Oskar mükafatına namizədlik qazanmışdı.
Timoti Şalame | |
---|---|
ing. Timothée Chalamet | |
| |
Doğum adı | Timothée Hal Chalamet[1] |
Doğum tarixi | |
Doğum yeri | Manhetten, Nyu-York, ABŞ |
Vətəndaşlığı |
ABŞ Fransa |
Partnyorları |
|
Fəaliyyəti | aktyor |
Fəaliyyət illəri | 2008 — bu gün |
Təhsili | |
Boyu | 1,78 m[6] |
Çəkisi | 68 kq[6] |
Mükafatları |
«Los Angeles Film Critics Association Award for Best Actor» (2017)
«Gotham Awards» (2017) |
IMDb | ID3154303 |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Şalame Manhettendakı Hell's Kitchen-da anadan olub. Valideynləri tərcüməçi Mark Şalame və rəqqasə Nikol Flenderdi. Atası Nîmes şəhərində fransız pastor Roje Jak Şalame və anglofon kanadalı Elizabet Eşvort ailəsində doğulan fransızdır. Anasının əcdadları Belarusiyadan (Minsk) və Avstriya-Macarıstan İmperiyasından (Krakov, Lapanov, Tarnov) olan yəhudi əsilli bir amerikalıdır. Aktrisa Paulina Şalame böyük bacısıdır. Əmisi aktyor və rejissor Rodman Flender; xalası televiziya prodüseri və ssenaristi Emi Lippmandı. Babası yazıçı və ssenarist Harold Flenderdi (1924-1975).
Yeniyetmə ikən Şalame, yayda Liondan iki saat məsafədə, Şambon-syur-Linyonda, ata və babasının evində keçirirdi. Bir reportajda aktyor Fransada qalmasının onu mədəniyyətlərarası şəxsiyyəti haqqında düşünməyə vadar etdiyini söylədi. O dövrdə gələcək aktyorun arzusu peşəkar futbolçu olmaq idi.
Şalame, Nyu-Yorkdakı Fiorello LaGuardia Musiqi və İncəsənət Ali Məktəbində oxuyub (aktyor Ansel Elgort sinif yoldaşı olub). Sonra, bir il ərzində Şalame Kolumbiya Universitetində mədəni antropologiyanı oxuyub, daha sonra aktyorluq karyerasını daha sərbəst aparmaq üçün New York Universitetinin nəzdində olan Qallatin adına fərdi təhsil məktəbinə köçürülüb.
Şalame Hit Ledcerin Qara cəngavər filmindəki parlaq oyununu gördükdən sonra aktyorluq sənətini seçib.
Filmoqrafiya
- Kloun (qısametrajlı film, 2008)
- Şirin diş (qısametrajlı film, 2008)
- Sevən Leya (telefilm, 2009)
- Qanun və Qayda (serial, 1990-2010)
- Royal Pains (serial, 2009-2016)
- Vətən (serial, 2011-2020)
- Atlı polis (telefilm, 2013)
- Spinners (qisametrajlı film, 2014)
- Ən pis dostlar (film, 2014)
- Kişilər, qadınlar və uşaqlar (film, 2014)
- Ulduzlararası (film, 2014)
- Kuperləri sevin (film, 2015)
- The Adderall Diaries (film, 2015)
- Bir və iki (film, 2015)
- Miss Stevens (film, 2016)
- Düşmənlər (film, 2017)
- İsti yay gecələri (film, 2017)
- Lady Bird (film 2017)
- Məni öz adınla çağır (film, 2017)
- Gözəl oğlan (film, 2018)
- Nyu-Yorkda yağışlı gün (film, 2019)
- Kral (film, 2019)
- Balaca qadınlar (film, 2019)
- The French Dispatch (film, 2020)
- Dyun (film, 2021)
- Yuxarı baxma (film, 2021)
Xarici keçidlər
https://m.imdb.com/name/nm3154303/
- https://jewishunpacked.com/everything-you-want-to-know-about-timothee-chalamets-jewish-identity/.
- https://www.marieclaire.fr/timothee-chalamet-lily-rose-depp-en-couple,1284965.asp.
- https://nyulocal.com/does-timoth%C3%A9e-chalamet-go-here-cdfdad26b28.
- https://www.vogue.fr/vogue-hommes-en/article/story12-fun-facts-about-timothee-chalamet2403.
- https://www.suggest.com/timothee-chalamet-chlamydia-nyu/974/.
- https://www.kafkaiens.org/quelle-est-la-taille-de-timothee-chalamet/.