Tillo adaları
Tillo adaları — Kara dənizində yerləşən 5 adadan ibarət olan arxipelaq. İnzibati cəhətdən Rusiyanın Krasnoyarsk diyarı ərazisinə daxildir.
Tillo adaları | |
---|---|
rus. Острова Тилло | |
Ümumi məlumatlar | |
Adaların sayı | 5 |
Hündür nöqtəsi | 14 m |
Əhalisi | 0 nəfər (2014-cü il) |
Yerləşməsi | |
75°35′ şm. e. 89°31′ ş. u. | |
Ölkə | Rusiya |
Region |
|
Akvatoriya | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Qrupa daxil olan iki ada Şimal Həqiqəti adası və Üç Ayı adası adı ilə adlandırılsada digər üçünün adı yoxdur. Adalar Taymır yarımadasından bir qədər aralıda yerləşir.
Şimal Həqiqəti adası qrupun ən böyük adasıdır. Onun uzunluğu 5,7 km, maksimal eni isə 2 km təşkil edir. Adanın qərbində kiçik göl vardır. Göl dənizdən dillə ayrılır. Ucqar nöqtələri: Proşaniya (qərb) və Qranatovıy (şərq). Ada sahilində Voskresenski buxtası yerləşir. Adanın hündürlüyü 14 metrə çatır.
Üç Ayı adası Şimal Həqiqəti adasından 1 km şimalda yerləşir. Adanın hündürlüyü 7 m təşkil edir.
Adalar tundra bitkiləri ilə örtülmüşdür. İlin böyük qismi buzla örtüldüyündən materiklə birləşir. Böyük Arktik qoruğu ərazidinə daxildir.
Adalar 1900—1902-ci illərdə Zarya gəmisində Eduard Toll tərəfindən araşdıtılmışdır. Adalar məşhur rus coğrafiyaçısı, kartoqrafı və geodeziyaçısı Aleksey Tillonun[1] şərəfinə adlandırılmışdır.
İstinadlar
- "20120801104749/www.gpavet.narod.ru/tillo.htm Тилло Алексей Андреевич (1839—1899/1900)". 2015-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-17.