Mancuriya cökəsi
Mancuriya cökəsi (lat. Tilia mandshurica) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin cökə cinsinə aid bitki növü.
Mancuriya cökəsi | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Eudicots Klad: Core eudicots Klad: Superrosids Klad: Klad: Malvids Dəstə: Fəsilə: Yarımfəsilə: Tilioideae Cins: Növ: Mancuriya cökəsi |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Təbii yayılması
Rusiya, Çin və Koreyada yayılmışdır.
Botaniki təsviri
Hündürlüyü 15(20) m-dək, sıx, enli çətili ağacdır. Zoğlarısarımtıl-yaşıl, tumurcuqları sarımtıl-qonur ulduzvaridir və sadə tükcüklərlə sıx örtülmüşdür. Yarpaq saplaqları yarpaq ayasından iki dəfə qısa, tükcüklü,uzunluğu 4-5 sm-dir, güclü zoğlarda yerləşir. Meyvə verən zoğların yarpaqları yumru və ya enli yumurtavari, uzunluğu və eni 6(8)-1(12) sm, ucu biz, simmetrik, dişli, möhkəm, üstü parlaq,yaşıl, çılpaq və ya az tükcüklü, alt tərəfi ulduzvarı tükcüklü, damarcıqları 6-10 ədəd; steril zoğların yarpaqlarının uzunluğu və eni 20-30 sm-dək, dişlidir. Çiçək altlığının uzunluğu 7-9 (12) sm, eni (1,3) 1,5-2,5 (3) sm-dir, aşağı hissəsi bir az yumru, tükcüklüdür. Çiçək qrupu sallaq, 5 (10) — 12 (15) çiçəkli; çiçək saplağı ağ, ulduzvari və sadə tükcüklüdür. Çiçəklərin diametri 10–12 mm-dir. Meyvələri şarşəkilli və ya uzunsov formalı, 8–11 mm, möhkəm, oduncaqlı, sıx tükcüklü və qabıqlıdır. Sentyabrda meyvə verir.
Ekologiyası
Çay vadilərində və dağ yamaclarında bitir.
Azərbaycanda yayılması
Respublikamızda bəzi rayonlarda mədəni şəraitdə rast gəlinir.
İstifadəsi
Balverən bitkidir; sallaq çiçək qruplarına görə nektar yağışla yuyulmur və arılar hətta yağış vaxtı onu götürür. İri yarpaqları, gümüşü – keçəli hissələrinə görə qiymətli,dekorativ bitkidir. Oduncağı müxtəlif əşyaların düzəldilməsində istifadə olunur.