Tilburq
Tilburq — Niderlandın cənubunda yerləşən Şimali Brabant əyalətində şəhər və bələdiyyə mərkəzi.
Şəhər | |
Tilburq | |
---|---|
51°34′12″ şm. e. 5°04′12″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 14 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +31 13 |
Poçt indeksi | 5000–5049, 5056, 5070, 5071 |
Digər | |
tilburg.nl | |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Demoqrafiya
Tilburqun bələdiyyə sərhədləri daxilində əhalisi (1 yanvar 2011-ci il təxmini hesablama) 206 234 nəfərdir. Tilburq Şimali Brabant əyalətində 2-ci (birincisi Eyndhoven), Niderland ərzisində isə 6-cı böyük şəhərdir. Bələdiyyə sərhədləri içində iki kənd də yerləşir: Berkel-enschot və Udenhout. Tilburq və Goirle bələdiyyələri birləşmişdir və "Branbantstad" adı da verilən urbanizasiya bir metropoliten region quruluşundadır.
Təhsil
Tilburqda Avropada xüsusilə hüquq və iqtisadiyyat elmləri üzərə xüsusi yeri olan Tilburq Universiteti yerləşir. "Avropa İqtisadi Birliyi" tərəfindən iqtisadiyyat və marketinq idarəsi məsələlərində mühüm Avropa ali təhsil müəssisəsi olduğu qəbul edilmişdir. Tilburqda həmçinin iki dənə yeni tətbiqi elmlər universiteti də fəaliyyət göstəri. Avans Hogeschool və Fontys Tətbiqi Elmlər Universiteti.
Nəqliyyat
Tilburq bələdiyyəsi sərhədləri daxilində üç qatar vağzalı yerləşir: Tilburq vağzalı, Tilburq Üniversiteti Stansiyası və Tilburq Reeshof stansiyası.
Görməli yerləri
- Tilburq Kermesi: Hər il iyul ayında 10 gün müddətin bir festival keçirilir və bu festivalın Benelux ölkələrində ən böyük festifal olduğu iddia edilmektedir. Bu festival dövründə ilk Bazar Ertəsi "Roze" Maandag" (Çəhrayı Bazar Ertəsi) adı verilib xüsusilə homoseksuallar üçündür.[2]
- De Pont Müasir İncəsənət Müzeyi:[3]
- Efteling: Böyük və qitə Avropasında xüsusi yeri olan tematik əyləncə parkı. Tilburq mərkəzindən 10 km məsafədə yerləşir.
- Audax Textielmuseum": Hollandiya tekstil muzeyi Tilburq şəhərindədir[4].
- Fontys Rockacademie: Hollandiyada peşəkar "rok müsiqiçisi" yetişdirmək üçün qurulmuş akademiya. Tilburqda olan "Fontys Tətbiqi Elmlər Üniversitetinin" Fontys İncəsənət və Vizual Sənətlər Məktəbinin" bir hissəsi.
- İnterpolis: "Rabobank" bankı ilə yaxın əlaqəli böyük bir sığorta şirkətinin mərkəzi Tilburqdadır. Bu şirkət Avropada "Interpolis.Crystal clear" elan kampaniyası ilə diqqət çəkmişdir[5].
- Westpoint qülləsi: Tilburq Central Tren Garı yaxınlığında yerləşən 2004-cü ildə tamamlanmış hündür bina. 140 mt hündürlüyündə 48 mərtəbəli olub, mərtəbələrin hamısı xüsusi iqamətgah olaraq istifadə edilməkdədir. Hollandiyada noyabr 2010-cu ilə qədər ən hündür iqamətgah idi[6].
- Tilburq Universiteti: Ali təhsil üçün klassik və müasir proqramlar hazırlayır. "Tias Biznes Administrasiyası Məktəbi" Avropa İqtisadi Birliyi tərəfindən iqtisadiyyat və marketinq idarəsi məsələlərində mühüm Avropa ali təhsil müəssisəsi olduğu qəbul edilmişdir[7].
Qardaş şəhərlər
Tilburq şəhərinin bu xarici şəhərlərlə qardaş şəhər əlaqələri var:
- Lubli- Polşa
- Matagalpa- Nicaragua
- Sama- Tanzaniya
- Emfuleni- Cənubi Afrika
- Minamiashigara- Yaponiya
- Zemun- Serbiya
Xarici keçidlər
- register of public bodies.
- Tilburq Kermesi
- "De Pont Müzesi". 2012-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-01.
- İngilizce Wikipedia "Interpolis" maddesi
- "İngilizce Wikipedia "Westpoint Tower" maddası". 2011-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-01.
- Tilburq Üniversitenin saytı Arxivləşdirilib 2012-04-03 at the Wayback Machine (ing.)