Tiksi
Tiksi (saxa Тиксии) — Saxa Respublikasının Bulun ulusunun mərkəzi olan, şəhər tipli qəsəbə. Rusiyanın ən ucqar şimal ərazisində yerləşən dördüncü yaşayış mənyəqəsidir (Dikson, Xatanqa, Dikson).
Tiksi | |
---|---|
saxa Тиксии | |
![]() | |
71°38′12″ şm. e. 128°52′04″ ş. u. | |
Ölkə |
![]() |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1933 |
İlk məlumat | 1933 |
Mərkəzin hündürlüyü | 10 m |
Saat qurşağı | UTC+9 |
Əhalisi | |
Əhalisi | 4.557 nəfər (2015) |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +7 41167 |
Poçt indeksi | 678400 |
Nəqliyyat kodu | 14 |
| |
![]() |
Coğrafiya
![](../I/%D0%9C%D0%B0%D0%BB%D1%8C%D1%87%D0%B8%D0%BA_%D1%81%D0%BE%D0%B1%D0%B8%D1%80%D0%B0%D1%8E%D1%89%D0%B8%D0%B9_%D1%8F%D0%B3%D0%BE%D0%B4%D1%8B_%D0%B2_%D1%82%D1%83%D0%BD%D0%B4%D1%80%D0%B5._%D0%A2%D0%B8%D0%BA%D1%81%D0%B8%252C_%D0%BA%D0%BE%D0%BD%D0%B5%D1%86_%D0%BB%D0%B5%D1%82%D0%B0_2011..jpg.webp)
Şəhər qütb en dairəsi daxilində, Lena deltası yaxınlığında, Laptevlər dənizinin Tiksi buxtasında yerləşir.
Tarixi
Şimal dəniz yolu üzərində dayanacaq məntəqəsi kimi 1933-ci ildə əsası qoyulmuşdur. Bir il öncə isə Tiksinin yaxınlığında 1932-ci ildə Qütb stansiyası istifdəyə veilmişdir. 1957-ci ildə Qütb qeokosmofizik abservatoriya istifadəyə verilir.
1939-ci ildə yaşayış məntəqəsinə şəhər tipli qəsəbə statusu verilir.
1941—1944-ci illərdə burada SSRİ-nin daxili konvoy məntəqəsi rolunu oynayırdı. Halbu ki, bu ərəfələr ərazidə almanların sualtıqayıqları və torpedo katerləri yerləşirdi (gizli baza).
Nəqliyyat
- Gəmiçilik
Gəmiçilik üçün cəmi 3 aydan az müddətdə yararlı olur. Rusiyanın uzaq şimal ərazisində əsas limanlarındandır.
- Aviyasiya
Tiksidə federal əhəmiyətli aeroport fəaliyyət göstərir ( 1 oktyabr 2012 ildən 16 aprel 2013 ilə qədər aeroport bağlanır[1]. 16 aprel 2013 ildə dövlət daxili reyslər bərpa ediləcək[2]).
Şəhərin seçilmiş abidələri
- Tipoqrafiya.
- Muzey:
- Arktikanın təsvir edilmiş incəsənət və mədəniyyəti,
- Təbiət qoruğu «Ust-Lena».
- Spasa Nerukotvor məbədi (2006 ildə inşa edilib.)[3]
![](../I/%D0%9B%D0%B0%D0%BD%D0%B4%D1%88%D0%B0%D1%84%D1%82_%D1%82%D1%83%D0%BD%D0%B4%D1%80%D1%8B._%D0%A2%D0%B8%D0%BA%D1%81%D0%B8%252C_%D0%B0%D0%B2%D0%B3%D1%83%D1%81%D1%82_2011_%D0%B3%D0%BE%D0%B4..jpg.webp)
İqlimi
Şəhər qütb dairəsi daxilində yerləşir. İqlimi sərtdir. Şaxtanı isə dəniz müəyyən qədər yumşaldır. Yanvar ayının orta temperaturu −37.3°S, iyul və avqust aylarında isə +2.9°, +7.7° S təşkil edir. Artıq sentyabr ayında qış başlayır. Qışın sonu iyunun ikinci yarısına təsadüf edir. İlk boyu şaxta müşahidə edilir. Yayda bəzən tempertur qısa müddət ərzində -25°S olur.
![](../I/%D0%9C%D0%B5%D0%B6%D0%B4%D1%83%D0%BD%D0%B0%D1%80%D0%BE%D0%B4%D0%BD%D0%B0%D1%8F_%D0%BE%D0%B1%D1%81%D0%B5%D1%80%D0%B2%D0%B0%D1%82%D0%BE%D1%80%D0%B8%D1%8F_%D0%BA%D0%BB%D0%B8%D0%BC%D0%B0%D1%82%D0%B8%D1%87%D0%B5%D1%81%D0%BA%D0%BE%D0%B3%D0%BE_%D0%BC%D0%BE%D0%BD%D0%B8%D1%82%D0%BE%D1%80%D0%B8%D0%BD%D0%B3%D0%B0.jpg.webp)
Fevral 2013 ildə Tiksidə -49.5°S temperatur müşhidə edilmişdir. Burada 99 sm hündürlüyündə qar müşahidə edilir. Qütb gecələri 67 gün ( 19 noyabrdan 24 yanvar), qütb gündüzləri 86 gün (10 may).
İstinadlar
- "Аэродром поселка Тикси на севере Якутии закрыт до конца года". 2014-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-15.
- "Министерство обороны Российской Федерации открывает заполярный аэродром Тикси". 2021-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-15.
- "Храм Спаса Нерукотворного". 2011-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-15.
Mənbə
- Tiksinin qeyri-rəsmi saytı Arxivləşdirilib 2014-04-08 at the Wayback Machine
- Tiksinin şəkilləri