Tikrit
Tikrit (ərəb. ﺗﻜﺮﻳﺖ ) — İraqda Bağdadın 140 km şimal-qərbində Dəclə çayı sahilində qurulmuş bir qəsəbədir. Səlahəddin valiliyinin paytaxtı olan qəsəbənin təxmini əhalisi 160 mindir (2012-ci ilin siyahıyaalması). [1]
Qəsəbə | |
Tikrit | |
---|---|
ərəb. ﺗﻜﺮﻳﺖ | |
34°36′ şm. e. 43°41′ ş. u. | |
Ölkə | İraq |
Tabesində | Səlahəddin valiliyi |
Mayor | Ömər Tariq İsmayıl |
Tarixi və coğrafiyası | |
İlk məlumat | E.ə. 615. |
Mərkəzin hündürlüyü | 137 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 160.000 nəfər (2012) |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Qəsəbədə yaşayışın mövcudluğu Assuriya dövrünə qədər gedib çıxır. Mənbələrdə şəhərin adı ilk dəfə Babil hökmdarı Nabolpolassarın Assur şəhərinə hücumu dövrü ilə əlaqədar çəkilir.[2] Təxmini 1000 il əvvəl Tikritdə bir qala və böyük xristian monastrının olması haqqında orta əsr müəlliflərinin kitablarında məlumatlar vardır. Orta əsrlərdə qəsəbə tekstil malları istehsal edirdi.
Şəhər böyük tarixi əhəmiyyətə malikdir. Azərbaycan dövlətlərindən Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər[3] və Əfşarlar İraqı elə keçirərkən Bağdad ətrafındakı bu qəsəbəni də öz hakimiyyətlərinin altına salıblar.
Tarixi şəxsiyyətlərdən Səlahəddin Əyyubi[4] və keçmiş İraq prezidenti Səddam Hüseyn də bu şəhərdə doğulmuşdur.
İstinadlar
- ""Iraqis – with American help – topple statue of Saddam in Baghdad" . Fox News . April 9, 2003". October 26, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 12, 2017.
- "Bradford, Alfred S. & Pamela M. With Arrow, Sword, and Spear: A History of Warfare in the Ancient World . Greenwood Publishing Group, 2001. Accessed 18 December 2010". 26 April 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 September 2017.
- Musalı N.S. I Şah İsmayılın hakimiyyəti ("Tarix-i aləm-ara-yi Şah İsmayıl" əsəri əsasında) Arxivləşdirilib 2023-06-02 at the Wayback Machine. Bakı: "Nurlan", 2011. s. 326.
- Malcolm Lyons and D.E.P. Jackson, "Saladin: The Politics of the Holy War", pg. 2.