Tikehau
Tikehau (fr. Tikehau) — Tuamotu arxipelaqına daxil olan atoll (Fransa Polineziyası). Yerli dildən tərcümədə «Dünyanın dayanacağı» mənasını verir. Taitidən 300 km cənub-şərqdə, Ranqiroadan 10 km qərbdə yerləşir.
Tikehau adası | |
---|---|
fr. Tikehau | |
Ümumi məlumatlar | |
Sahəsi | 20 km² |
Hündür nöqtəsi | 11 m |
Əhalisi | 507 nəfər (2007-ci il) |
Yerləşməsi | |
14°59′ c. e. 148°09′ q. u. | |
Ölkə | Fransa Polineziyası |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiya
Dairə formasına malikdir və diametri 26 km-dir. Atolun eni 300 – 1000 m arasında dəyişir. Atollun sahəsi 20 km²-dir. Daxilində laqun vardır. Laqun okean suları ilə əlaqələnir. Burada çoxlu sayda balıq növü yaşayır.
Tarixi
Tikehau ilk dəfə 1816-ci ildə rus dənizçisi Otto von Kosebu tərəfindən kəşf edilmişdir. O, adanı İvan Kruzenşternin şərəfinə adlandırır. 1820-ci ildə adanı Birinci Rus Antarktika ekspedisiyası ziyarət etmişdir.
İnzibati bölgüsü
İnzibati baxımından Ranqiroa kommunasına daxildir.
Əhali
2007-ci il məlumatına görə adada 507 nəfər yaşayır. Yeganə yaşayış məntəqəsi - Tuherahera. Əhalisinin əksəriyyəti xristiandır.
İqtisadiyyat
Əhalinin əsas məşquliyyəti balıqçılıq, kopra istehsalı, mirvari toplamaqdır. Son zamanlar turizm inkişaf edir.
Mənbə
- Ada haqqında informasiya (ing.)