Tikanlı çömçəxul
Tikanlı çömçəxul (lat. Benthophilus spinosus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin çömçəxul cinsinə aid heyvan növü.
Tikanlı çömçəxul | ||||||
---|---|---|---|---|---|---|
![]() | ||||||
Elmi təsnifat | ||||||
Domen: Ranqsız: Amorphea Ranqsız: Obazoa Ranqsız: Opisthokonta Ranqsız: Holozoa Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Nephrozoa Tipüstü: Tip: Klad: Olfactores Yarımtip: İnfratip: Klad: Eugnathostomata Klad: Teleostomi Sinifüstü: Sinif: Ranqsız: Actinopteri Yarımsinif: Neopterygii İnfrasinif: Ranqsız: Acanthomorpha Dəstəüstü: Acanthopterygii Klad: Percomorpha Dəstə: Fəsilə: Cins: Növ: Tikanlı çömçəxul |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
Yayılması
Xəzər endemiki olub dənizin şərq sahillərində geniş yayılmışdır.
Morfoloji əlamətləri
Bədəni gödəlmiş, ön hissəsi və başı enlənmiş və yoğunlanmışdır. Ağzın küncləri arxasında dəri qırış üç-dörd dişçiyə ayrılmışdır. Başın üst hissəsində iri piramidaşəkilli lövhəciklər iki sıra əmələ gətirir. Bunlar gözlərin arasında qovuşur, buruna tərəf isə yenə də ayrılırlar. Bədənin üst hissəsində və böyürlərində üç iri parlaq xal vardır.
Yaşayış yeri və həyat tərzi
Azərbaycanda Yalamadan Çilov adasına qədər azsaylıdır. Şah Dilindən Astaraya qədər qeydə alınmamışdır.
Çoxalması
Dənizdə yaşayan balaca növlərdən olduğu üçün öyrənilmiyib.
Təsərrüfat əhəmiyyəti
Vətəgə əhəmiyyəti yoxdur.
İstinadlar
- Integrated Taxonomic Information System (ing.). 2004.