Tikanlı

TikanlıAzərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd.

Tikanlı
41°01′22″ şm. e. 47°45′11″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 810 m
Saat qurşağı
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ3626
Tikanlı xəritədə
Tikanlı
Tikanlı

Coğrafiyası

Tikanlı kəndi mərkəzdən 13 km qərbdə Alazan-Həftəran vadisindədir. Xalq etimologiyasına əsasən buralar əvvəllər tikanlı sahələrdən ibarət olub, yerində kənd salınıb. Toponimik bilgilərə görə keçən əsrdə Qars əyalətində Yuxarı Tikan və Aşağı Tikan adlı kəndlər mövcud olub. Alimlər güman edir ki, kəndin mənşəyi də bu sözlərdən götürülüb.[1] İndi kənddə 1900 nəfər yaşayır. Dörd məşğuliyyət növündən əhali öz çörəyini çıxarır. Hamının meyvə bağı, taxıl sahələri, tərəvəzləri və mal-qarası var. Bu ərazidə çəpərlənmiş evlərin sayı demək olar ki, yoxdur. Yol boyu hamının həyət bacası iri daş hasarlara alınıb və evlərin görkəmindən də bəllidir ki, Dovşan dağının yanında əhali özünə maraqlı düzəm qura bilib.[1] Kənddə iri ticarət, ictimai iaşə obyektləri fəaliyyət göstərir.[1] Türyançayın qollarından biri, uzunluğu 56 km. hövzəsinin sahili 125 km² olan Baş Qafqaz silsiləsinin cənub yamacından 3680 metr hündürlükdən mənbəyini götürən Tikanlı çayı ərazidən axır.[1]

Toponimikası

Tikanlı oyk., sadə. Qəbələ r-nunun eyniadlı i.ə.v.-də kənd. Alazan-Əyriçay çökəkliyindədir. Xalq etimologiyasına görə, kəndin adı tikan (fıtonim) sözü ilə əlaqədardır. XIX əsrdə Qars vilayətində Yuxan Tikan və Aşağı Tikan, Quba qəzasında Tikanlıoba adlı kəndlər də mövcud olmuşdur. Mənbələrdə qıpçaq tayfalarının tərkibində tikan və qaratikan etnonimləri qeydə alınmışdır. Ehtimal etmək olar ki, oykonim qıpçaq tay-falarından olan tikanlıların adı ilə bağlıdır.[2]

Əhalisi

1824-ci il Şəki qəzasının Bum sahəsinin kameral təsvirinə əsasən Tikanlı kəndində 105 təsərrüfatda 594 nəfər əhali yaşayırdı ki, onların da 315 nəfərini kişilər, 279 nəfərini isə qadınlar təşkil edirdi.[3]

  • 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1876 nəfər əhali yaşayır.[4]

Təhsil

Həmçinin bax

Xarici keçidlər

İstinadlar

  1. Şəlalə Məhyəddinqızı, "Qəbələ Qafqazın incisi", Bakı, "Oğuz Eli", 2009.
  2. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  3. Z.Cavadova. Şimal-Qərbi Azərbaycanın əhali tarixi və tarixi demoqrafiyası (XIX əsrin əvvəlləri — 70-ci illəri) Bakı,2002, səh.58
  4. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.