Tiflis Dəmiryol Stansiyası

Tiflis (gürc. თბილისის ცენტრალური სადგური) — Gürcüstanın paytaxtı Tiflis şəhərində yerləşən dəmir yolu stansiyası.

Tiflis
Ölkə  Gürcüstan
ŞəhərTiflis
İstismar ili1872[1]
SahibiGürcüstan dəmir yolları
OperatoruGürcüstan dəmir yolları
Ekspress 3: 2.800.001
Tiflis Dəmiryol Stansiyası (Gürcüstan)
[[commons:Category:Vikianbarın loqosu Tbilisi Central Station Vikianbarda|Tiflis Vikianbarda]]

Tarixi

Stansiya 1872-ci ildə açılmışdır. Zestafoni Tiflis dəmir yolunun çəkilişi ilə əlaqədar stansiya inşa edilmişdir. Stansiyada iki terminal mövcud olmuşdur: Mərkəzi və Borjomi.

Stsnsiyanın köhnə vağzalı 1872-ci ildə istifadəyə verilmişdir. Sonradan bu bina sökülmüş və 1952-ci ildə bina yenidən Stalin ampiri stilində inşa edilmişdir[2].

1982-ci ildə stansiya binasının yenidən işa edilməsinə qərar verilmişdir[3]. Bu mıqsədlə bina sökülməli idi. Ancaq binanın təməli güçlü olduğu olduğundan onu partladılmışdır. Bundan sonra binanın yenidən inşasına başlanmışdır. Ancaq bu binanın inşası tam başa çatdırıla bilməmişdir.

1991-ci ildə bina faktiki hazır olsada SSRİ dövlətinin dağılması və iqtisadi cətinliklər səbəbindən son tamamlamalar başa çatdırılmamış qalmışdır. Gürçü-abxaz münaqişəsi zamanı binaya gürcü qaçınlar gəlmişdir. 2008-ci ildə Tiflis icra başçısı qaçqınları mənzillə təmin etmiş, yarım qalmış işləri tamamlayaraq istifadəyə tam hazır vəziyyətə hətirtmişdir.

Gələcəkdə vağzal üçün yeni binanın inşası planlaşdırılır. Ancaq yeni vağzalın yeri hələ müəyyən edilməmişdir[4].

Bununla bağlı iki variant vartdır:

1. Tiflisin Didube rayonunda yeni sərnişin vağzalı tikilməlidir. Buradan Batumi, Kutaisi, Zuqdidi, Poti, Vale, Qori və Borjomiyə vaqonlar hərəkət etməlidir.

2. Tiflis ətrafında olan əvvəlki xətlər sökülmüşdür. Tiflis dənizi ətrafında olan bir xəttli dəmir yolu üzərində vaqon deposu inşa edilmişdir.

Borjomi vağzalı

Üzəri bağlı Borjomi vağzal platforması 1979-cu ildə inşa edilmişdir. 2011-ci ildə buradan Tiflis və Qərbi Gürcüstana gedən elektrovaqonlar hərəkət edir[5]. 15 fevral 2011-ci ildə son vaqon bura hərəkət etmişdir. 16 fevral tarixindən isə stansiya tamamən ləğv edilmişdir[6].

Xətt

Qlereya

Mənbə

İstinadlar

  1. Железнодорожные станции СССР. Справочник. — М.: Транспорт, 1981
  2. История станции
  3. Фото
  4. "Проект развития вокзалов Дидубе и Навтлуги". 2011-10-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-03-24.
  5. Фото 2010 года
  6. "Закрытие Боржомского вокзала". 2011-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-24.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.