Tişrin sarayı
Tişrin sarayı (ərəb. قصر تشرين qəṣr tişrīn, 'oktyabr sarayı') — Suriya Ərəb Respublikasındakı prezident sarayı. Ər-Rəbvə məhəlləsində, Qasiyun dağından cənubda yerləşir. Bina 10.000 kvadrat metr (108.000 kvadrat fut) əhatə edir. Suriyadakı vətəndaş müharibəsi zamanı üsyançıların saraya minaatanlarla atəş etdikləri barədə məlumatlar yayıldı. Saray, Əsəd ailəsinin əsas iqamətgahı olaraq 1990-cı illərin əvvəllərində Əl-Məzzə dağında Prezident Sarayının tikintisi başa çatana qədər istifadə edildi.
Tişrin sarayı | |
---|---|
قصر تشرين | |
33°31′16″ şm. e. 36°15′28″ ş. u. | |
Ölkə | Suriya |
Status | Prezident sarayı |
Şəhər | Dəməşq |
Yerləşir | Dəməşq |
İstinadlar
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.