Trautvetter kəklikotu
Trautvetter kəklikotu (lat. Thymus trautvetteri) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin kəklikotu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu Populyasiya "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir –EN A2abc + 3bcd; B1ab(i, iii) + 2ab(ii, iii). Azərbaycanın nadir, Qafqazın endemik növüdür.
Trautvetter kəklikotu | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Eudicots Klad: Core eudicots Klad: Superasterids Klad: Klad: Lamiids Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Trautvetter kəklikotu |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
Ümumi yayılması
Qafqaz.
Statusu
Azərbaycanın nadir və relikt növüdür. En A2abc+3bcd; B1ab(i,ii,iii)+2ab(i,ii,iii).
Bitdiyi yer
Orta dağ zolağında çınqıllı yamaclarda bitir.
Təbii ehtiyatı
Azərbaycanda arealı dardır.
Bioloji xüsusiyyətləri
Sürünən zoğları olmayan ağ keçətüklü yarımkolcuqdur. Çiçək saplaqlı budaqların hündürlüyü 3-5 sm, çiçək qrupunun altında uzun, əyilmiş tükcüklərlə örtülmüşdür. Yarpaqları saplaqlı olub, enli-yumurtavari formadadır və uzunluğu 4–7 mm, eni 2–4 mm olub hər iki tərəfdən qısa tükcüklərlə və nöqtəli vəziciklərlə örtülmüşdür. Yar¬paq¬ların yan damarcıqları üstə çıxandır. Çiçək qrupu başcıqlıdır. Çiçək sap¬laqları kasacıqdan qısa, uzun, əyilmiş tükcüklərlə örtülmüşdür. Kasa¬cığı zəngvari, uzunluğu 3-3,5 mm, uzun tükcüklü, yuxarı dişcikləri kəna¬rında sıx tükcükcüdür. Çiçək tacı ağ borucuqlu və bənövşəyi büküklüdür. V-VII aylarında çiçəkləyir, VII-VIII aylarında meyvə verir.
Çoxalması
Təbiətdə əsasən toxum vasitəsi ilə çoxalır.
Təbii ehtiyatının dəyişilməsi səbəbləri
Başlıca olaraq insan fəaliyyə¬tidir.
Becərilməsi
Becərilməsi haqda məlumat yoxdur.
Qısa morfoloji təsviri
Çiçək budaqları 3-5 sm hündürlükdə ağ keçəli yarımkolcuqdur. Yarpaqları enli-yumurtavari, 4–7 mm uzunluqda, 2-4, 5 mm enində, hər iki tərəfdən qısa tükcüklərlə və vəziciklərlə örtülmüşdür. Çiçək qrupu başcıqlıdır. Çiçək saplaqları kasacıqdan qısa, uzun tüklərlə örtülmüşdür. Kasacıq zəngvari, 3-3,5 mm uzunluqda, uzuntükcüklüdür. Tac ağborulu və bənövşəyi büküşlüdür.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri
Çiçəkləməsi may-iyul, meyvə əmələgətirməsi iyul-avqust aylarına təsadüf edir. Kserofitdir bitkidir. Orta dağ qurşağında çınqıllı yamaclarda rast gəlinir. Efiryağlı bitkidir və dərman bitkisidir.
Yayılması
Lənkəranın dağlıq hissəsi (Lənkəran rayonu – Buzaçar və Vərgədüz kəndləri ətrafı; Masallı rayonu – Viləşçay dərəsi kəndləri ətrafı; Yardımlı rayonu – Prembel, Daştəpə kəndləri ətrafı) və Diabar ərazisidir (Bizeyir, Qosmolyan, Pirasora, Nisli, Mistan kəndləri ətrafı, Buzurbard dərəsi, Hacıçaydərəsi).
Sayı və tendensiyası
Populyasiyanın təbii bərpası azalır, yeganə lokalitetində mənfi iqlimə və antropogen təsirlərə həssaslıq müşahidə olunur.
Məhdudlaşdırıcı amillər
Əhali tərəfindən intensiv toplanılmasıdır.
Mühafizə tədbirləri
Yayılma yerlərində mühafizə tədbirlərinin həyata keçirilməsi tələb olunur.