Təpə kəklikotusu
Təpə kəklikotusu (lat. Thymus collinus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin kəklikotu cinsinə aid bitki növü.
Təpə kəklikotusu | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Eudicots Klad: Core eudicots Klad: Superasterids Klad: Klad: Lamiids Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Təpə kəklikotusu |
||||
Beynəlxalq elmi adı | ||||
|
||||
|
Təbii yayılması
Qafqazda geniş yayılmışdır.
Botaniki təsviri
Çoxillik, alt hissəsində şaxələnmiş gövdəli, yuxarı hissəsində tükcüklü bitkidir. Çiçək saplaqlarının hündürlüyü 7-12 sm-dir. Yarpaqları saplaqlı, uzunsov-yumurtavaridən yumurtavariyədək, uzunluğu 7-11 sm, eni 3-5 mm, nöqtəli-vəziciklidir. Çiçəkləri çəhrayı, başcıq çiçək qruplarına yığılmışdır. Meyvəsi-qozadır. Təbiətdə əsasən toxum vasitəsi ilə çoxalır.
Ekologiyası
Orta və subalpda, quru daşlı yamaclarda bitir.
Azərbaycanda yayılması
Azərbaycanın nadir və relikt növüdür. Arealı dardır. Azərbaycanda Quba və Naxçıvan MR dağlıq yerlərində rast gəlinir. Azərbaycanın "Qırmızı kitab"ına daxil edilməsi tövsiyə edilir.
İstifadəsi
Dekorativ bağçılıqda və alpinarilərin tərtibatında geniş istifadə edilir.