Nəhəng tuya
Nəhəng tuya (lat. Thuja plicata) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin tuya cinsinə aid bitki növü.
Nəhəng tuya | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Gymnosperms Şöbə: Pinophyta Sinif: Yarımsinif: Cupressidae Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Nəhəng tuya |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Vətəni Şimali Amerika nın qərb hissəsidir, başlıca olaraq okeanın sahilboyu zolağında, aran yerlərdə, kifayət qədər nəm torpaqlarda yayılmışdır. Yan budaqlar qısa, küt, vəziciksizdir. əlverişli şəraitdə hündürlüyü 40–70 m-ə və diametri 120-240 sm-ə sıx ensiz-piramida formalı çətiri olan ağacdır. Qabığı qırmızı-qəhvəyi rəngdə olub, üzərində çatlar vardır. Şaxələrinin üst tərəfi parlaq tünd-yaşıldır. İynəyarpaqları xaçşəkilli və ya yumurtaşəkillidir, ucu biz, vəziciklidir, üzərində ağımtıl zolaqları vardır. Rəngli formaları kompozisiyalar düzəltmək üçün yararlıdır. Qozaları dərivarı, uzunsov-oval olub, uzunluğu 10-12 sm-dir. Azərbaycan da qışı yaxşı keçirir; küləyə, kölgəyədavamlı, quraqlığa həssasdır. Torpağa az tələbkardır, lakin kifayət qədər rütubətli torpaqlarda daha yaxşı bitir. Toxumla asan, qələmlə çətin çoxalır. Azərbaycada Gəncədə, Naxçıvanda, Astarada, Abşeronda yaşıllaşdırılmada rast gəlinir. 500 ilə qədər yaşayır. Mədəni şəraitdə 1853-cü ildən becərilir.