The Times of Israel
The Times of Israel mərkəzi İsraildə yerləşən çoxdilli elektron qəzetdir. Qəzet 2012-ci ildə David Horovitz və Set Klarman tərəfindən təsis edilmişdir və əsasən İsrail, Yaxın Şərq və yəhudi dünyasındakı hadisələri sənədləşdirir.[1] Qəzetin baş ofisi Qüds şəhərində yerləşir.
The Times of Israel | |
---|---|
Yaranma tarixi | fevral 2012 |
Dil |
İngiliscə, Fransızca, İbranicə, Ərəbcə, Farsca |
Baş ofis | |
Ölkə | |
ISSN | 0040-7909 |
OCLC nömrəsi | 1076401854 |
timesofisrael.com zman.co.il fr.timesofisrael.com ar.timesofisrael.com fa.timesofisrael.com |
|
Vikianbarda əlaqəli mediafayllar |
2014-cü ilin fevralında, yəni ki, nəşr olunmağa başladıqdan iki il sonra The Times of Israel qəzetinin oxucularının sayı iki milyona çatmışdır. 2017-ci ildə isə oxucularının sayı 3,5 milyon nəfər aylıq unikal istifadəçiyə qədər artmışdır.[2] 2021-ci ilin statistik məlumatlarına əsasən qəzetin orta hesabla hər ay doqquz milyondan çox unikal istifadəçisi və hər ay 35 milyondan çox aylıq səhifə baxışı, eyni zamanda da, qəzetin bloq platformasında 9000 aktiv bloqçusu mövcuddur.[3]
İstinadlar
- "About The Times of Israel | The Times of Israel". The Times of Israel. 22 noyabr 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 noyabr 2016.
- "New York Jewish Week, the Times of Israel's new local partner, launches its new website". Times of Israel. 11 yanvar 2017. 28 mart 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 yanvar 2024.
- "Introducing: The Times of Israel Community". Times of Israel. 6 noyabr 2019. 6 noyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 yanvar 2024.