The Hollywood Reporter
The Hollywood Reporter (tərc. Hollivud müxbiri) — ABŞ film sənayesindəki inkişafları izləyən aparıcı Amerika jurnalı. Həftədə bir dəfə nəşr olunur. Variety ilə birlikdə son on ildə Amerikanın ən böyük iki film jurnalından biri olub. Əsası Vilyam Vilkerson tərəfindən qoyulmuş jurnalın ilk nömrəsi 1930-cu ilin sentyabrında çıxmışdır.
The Hollywood Reporter | |
---|---|
Təsis tarixi | 1930 |
Ölkə | |
Qərargah | |
Dil | ingilis dili[2] |
ISSN | 0018-3660 |
hollywoodreporter.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Jurnal hazırda Prometheus Global Media-a məxsusdur və qərargahı Los-Ancelesdə yerləşir. 2010-cu ildə Cenis Min (ing. Janice Min) nəşrin baş redaktoru oldu.
THR Russia
2012-ci ilin martından 2018-ci ilin noyabr ayına qədər jurnalın rusdilli versiyası nəşr olundu. 73 buraxılış verilib. Həm də The Hollywood Reporter Russia saytı rus dilində işlədildi.
22 oktyabr 2018-ci il tarixində rəsmi olaraq elan edildi ki, naşirlər lisenziyanı yeniləməmək və nəşri rebrend etmək qərarına gəldilər. Jurnalın rus versiyası əsasında Mariya Lemeşeva başçılıq etdiyi müstəqil "Kinoreporter" nəşri yaradıldı [3].
İstinadlar
- http://www.usnpl.com/addr/aaddressresult.php?id=5109.
- The ISSN portal (ing.). Paris: ISSN International Centre, 2005. ISSN 0018-3660
- "Редакция русского The Hollywood Reporter объявила о перезапуске издания". 2018-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-30.
Xarici keçidlər
- Elekton versiya (ing.)
- Rus versiyası