Financial Times
Financial Times (FT)[4] — Londonda gündəlik nəşr olunan beynəlxalq ingilis iqtisadi-siyasi qəzet və dünyanın qabaqcıl biznes xəbərləri və məlumatları təşkilatlarından biri. Dünyanın 24 şəhərində çap olunur:[5] London, Lids, Liverpul, Dublin, Paris, Frankfurt, Stokholm, Milan, Madrid, Nyu-York, Çikaqo, Los-Anceles, San-Fransisko, Dallas, Atlanta, Mayami, Vaşinqton, Tokio, Honkonq, Sinqapur, Seul, Dubay, Yohannesburq və İstanbul.
Financial Times | |
---|---|
Yaranma tarixi | 9 yanvar 1888[1] |
Siyasi mənsubiyyət | Mərkəzçilik[2] |
Dil | ingilis dili[3] |
Ölkə | |
ISSN | 0307-1766, 1476-8844 |
ft.com ftchinese.com |
|
Vikianbarda əlaqəli mediafayllar |
Ümumi məlumat
Böyük Britaniyanın gündəlik qəzeti, maliyyə sferasında ingilis dilində çıxan ən nüfuzlu dövri nəşrlərdən biri. Əsası Londonda jurnalistlər C. Seridan və Q. Bottomli tərəfindən qoyulmuş, ilk nömrəsi 09.01.1888-ci ildə çap olunmuşdur. İndiki adı ilə 13.02.1888-ci ildən buraxılır. 1945-ci ildə "Financial News" (1884) qəzeti ilə birləşən "Financial Times"-ı B. Britaniyanın "Pirson" ("Pearson") nəşriyyat şirkəti əldə etmişdir. 1979-cu ildə qəzet ilk dəfə ölkə xaricində (Frankfurt-Maynda) nəşr olunmuş, elə həmin vaxtdan maliyyə sahəsində aparıcı dünya KİV-lərindən birinə çevrilmişdir. Özünün saytı (FT.com; 1995) olan ilk nəşrlərdən biridir. 2015-ci ildən "Financial Times" Yaponiyanın "Nikkey" mediakorporasiyasına məxsusdur. Tirajı 400 min nüsxədən çoxdur (2015).
İstinadlar
- https://www.niemanlab.org/encyclo/financial-times/.
- https://www.allsides.com/news-source/financial-times-media-bias.
- The ISSN portal (ing.). Paris: ISSN International Centre, 2005. ISSN 0307-1766
- "Financial Times". Encyclopædia Britannica. Encyclopædia Britannica Online. Encyclopædia Britannica Inc., 2012. Web. 18 Jul. 2012 <http://www.britannica.com/EBchecked/topic/207192/Financial-Times Arxivləşdirilib 2015-04-06 at the Wayback Machine>.
- "Map Arxivləşdirilib 2007-03-03 at Archive.today." London Borough of Southwark. Retrieved on 28 October 2009.