The Doors
The Doors (azərb. Qapılar) – Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatının Los-Anceles şəhərində yaradılmış rok qrupu. Qrup fəaliyyət göstərdiyi illər ərzində böyük şöhrət əldə etmişdir. 1965-ci ildə yaradılan qrupun ən parlaq dövrü, qrupun vokalisti Cim Morrisonun ifa etdiyi dövr hesab olunur. Cim Morrison qrupda cəmi 6 il fəaliyyət göstərmişdir. 1971-ci ildə Cim Morrisonun ölməsi ilə birlikdə qrupun şöhrəti zəifləməyə başlamışdır. Sonrakı illərdə hazırlanan musiqi parçaları, əvvəlkilər qədər məşhur olmasada, qrup Morrisonun ölümündən sonrada fəaliyyət göstərmişdir. 1973-cü ildə qrupun fəaliyyətinə son qoyulmuşdur. The Doors musiqi sözlərində olan dərin məna ilə insanların digər qruplara görə daha çox təsir etmişdir. Break on Through, L.A. Woman, The End, The Crystal Ship və Light My Fire kimi hitlər qısa zaman ərzində bütün dünyada məşhurluq qazanmışdır. Qrupun adının The doors olması, Cim Morrisonun adı ilə bağlıdır. Morrison ilham qapıları adlı kitabı oxuduqdan sonra qrupun adını qapılar qoymuşdur.
The Doors | |
---|---|
| |
Əsas məlumatlar | |
Üslub |
psixodelik rok blyuz-rok eysid-rok ritm-end-blyuz |
Fəaliyyət illəri |
1965—1973 (Biraraya gəlmə: 1978, 1993, 1997, 2000, 2011) |
Ölkə | ABŞ |
Şəhər | Los-Anceles |
Dil | ingiliscə |
Leybl |
Elektra Records Rhino Entertainment |
Heyət |
Cim Morrison Rey Manzarek Con Densmor Robbi Kreyger |
www.thedoors.com | |
Vikianbarda əlaqəli mediafayllar |
1965-1971
Cim Morrison uşaq vaxtı gördüyü dəhşətli qəza onun yaradıçılığına daim təsir etmişdir. Gənclik illərində digər yaşıdlarından fərqlənən Morrison 1965-ci ildə Kaliforniya Universitetinin kinoşünaslıq fakültəsində təhsil alırdı. Film yaradıcılığının ona tam uyğun olmadığını anlayan, Morrison gündəlik şəkildə rok musiqisi dinləyir və dövrünün tanınmış rok qruplarına pərəstişkarlıq edirdi. Təhsil aldığı ali məktəbi yarımcıq tərk edən Cim Morrison Los-Anceles şəhərinə yollanır. Təsadüf nəticəsində küçədə Rey Manzarek ilə tanış olur. Hər iki gəncin rok anlayışları bir-birinə yaxın idi. Morrison özü yazdığı Moonlight Drive mahnısının sözlərini Manzarekə oxuyur. Rey Manzarek mahnını studioda yazmağı təklif edir və bununla da XX əsrin ən məşhur rok qruplarından birinin əsası qoyulur. Qrupun digər iki üzvü Con Densmor və Robbi Kreygeri qrupa Rey Manzarek gətirmişdir. Həmin illərdə Manzarek özü Rick and The Ravens adlı qrupda fəaliyyət göstərirdi. Rick and The Ravensdən Morrisona görə ayrılan Manzarek qısa zamanda digər iki üzvü qrupa qataraq, məşhur heyəti tamamlayır. Cim Morrisonun iştirakı ilə keçən 6 il, qrupun ən məhsuldar dövrü hesab olunur. Bir-birinin ardınca verilən konsertlər zamanı, minlərlə insanları qrup üzvülərin görmək üçün konsert mərkəzlərinə axışırdı.
Nyu Hevan və Mayami hadisələri
Qrup tarixində iki önəmli hadisə baş vermişdir. Bu hadisələrə qədər, müəyyən fikir-ayrılığı olsada, konsert zamanı Nyu Hevan və Mayami şəhərlərində yaşanmış olaylar, fanatlarla qrup arasında xüsusəndə Cim Morrison münasibətlərin soyumasına səbəb olmuşdur. Nyu Hevan şəhərində konsert zamanı, Cim Morrisonun səhnə arxasında xidmətçi qadını zorlaması xəbəri yayılmışdı. Polis dərhal Morrisonu həbs etmiş və konsert yarımçıq dayandırılmışdı. Konsertin yarımçıq qalmasına etiraz edən fanatlar, konsert mərkəzində kütləvi dava salmışdılar. Cim Morrison ona qarşı olan bütün iddiaları rədd edirdi və bunun ona qarşı atılmış böhtan olduğunu bildirirdi. Sonralar, Morrison Peace Frog adlı mahnısında Nyu Hevan şəhərində baş vermiş hadisə barədə oxumuşdur.
Mayami şəhərində verilən konsert zamanıda Nyu Hevanda yaşananlara bənzər hadisə yaşandı. Tamaşaçıların istəklərini nəzərə almayan və onların üzərinə qışqırması, Morrisonun fitə basılmasına səbəb oldu. Bu hərəkətdən daha da əsəbləşən Cim Morrison tamaşacıları təhqir etməyə başlayır və onları soyunmaqla hədələyir. Vəziyyətin daha da gərginləşdiyini görən polis, Morrisonu səhnədən kənarlaşdırır və konsert ləğv edilir. Mayami şəhərində olay bütün Amerikada böyük səs küyə səbəb olur. Qrupun bir çox şəhərlərdə keçirilməsi plandaşdırılan konsertləri ləğv olunur. The Doors qrupu 21 ştatda konsert verməsi, rəsmən qadağan olunur və Cim Morrisona qarşı məhkəmə iddiası qaldırılır. Vəkillər onu ictimai qaydanı pozaraq, xuliqanlıq etməkdə günahlandırırdılar. Morrisona qarşı tələb olunan əsas cəza müddəti 6 ay idi. Günahkar elan edilməsinə baxmayaraq, Morrison daha yuxarı insitansiyalara müraciət edir. Növbəti məhkəmə prosesini gözləmədən Paris şəhərinə gedir. Bununla qrupun fəaliyyətində durğunluq dövrü başlayır.
Qrupun dağılması
Albomlar
- The Doors – Yanvar 1966-67
- Strange Days – oktyabr 1967
- Waiting For The Sun – 1968
- The Soft Parade – 1969
- Morrison Hotel – 1970
- L.A. Woman – oktyabr 1971
- Other Voices – aprel 1971
- Full Circle – 1972
- American Prayer – 1978
- Apocalypse Now – 1979
- Alive She Cried – 1983
- The Doors – 1991
- In Concert – 1991
- Kutu Seti – 1997
- Bright Midnight: Live in America – 2002
- Live in Hollywood – 2002
- Legacy: the Absolute Best – Avqust 2003