The Blue Marble

The Blue Marble — Yer planetinin 7 dekabr 1972-ci ildə "Apollon-17" kosmik gəmisinin ekipajı tərəfindən təxminən 29 min km məsafədən çəkilmiş şəkli. NASA-nın işi olaraq ictimai irs hesab olunur və hər kəsə açıqdır. Şəkil Yer planetini tam işıqlanmış şəkildə təsvir edir (Belə ki Günəş astronavtların arxasında yerləşirdi). Bir sıra filmlərdə Yerin kosmosdan təsviri üçün istifadə olunmuşdur.

The Blue Marble

Fotoşəkil

Astronavtlar üçün kosmosdan Yer mavi oyuncaq şüşə şar (marble) kimi göründüyündən məhz bu adı almışdır.

Fotoşəklin tarixi

Fotoşəkil Apollon-17 gəmisinin startından 5 saat 6 dəqiqə, kosmik apparatın Yerin orbitini tərk etməsindən isə 1 saat 54 dəqiqə sonra çəkilmişdir. 

Şəklin sağ yuxarı hissəsində Hind okeanı üzərində siklon görünür. Şəklin çəkilməsindən 2 gün əvvəl 5 dekabrda fırtına Hindistanın Tamilnad ştatında su basmasına və güclü küləklərə səbəb olmuşdu.

Fotoşəklin NASA-da rəsmi seriyası — AS17–148–22727-dir. İlk əvvəl şəkil çevrilmiş halda idi, belə ki Cənub qütbü yuxarıda, Afrika isə şəklin sağ tərəfində yerləşirdi.

Fotoqraf 70 millimetrlik Hasselbald kamerasından və 80 millimetrlik Zeiss obyektivindən istifadə etmişdir. NASA rəsmi olaraq şəklin müəllifliyini bütün heyətə aid etsə də lakin araşdırma göstərmişdir ki, müəllif Harrison Şmittdir.

"Apollon-17" Aya son pilotlu uçuş olduğundan o vaxtdan etibarən heç bir astronavt Yerdən bu qədər uzaq məsafədə olmamışdır ki onun tam şəklini çəkə bilsin. Lakin Yerin ekipajsız uçuşlar zamanı bir sıra digər şəkilləri çəkilmişdir.

Kosmosdan çəkilmiş yer planetinin ilk fotoşəkili

İndiki vaxtda dünyanın kosmosdan çəkilmiş bir çox fotoşəkilini təfərrüatları ilə izləmək mümkündür. Bu fotoşəkilləri kosmos stansiyasından, çox fərqli orbitlərdəki dünya kəşf peyklərindən əldə etmək olur. Lakin bundan uzun illər əvvəl dünyanın kosmosdan çəkilmiş heç fotoşəkili yox idi. Dünyanın ətrafında yalnız Ay dönürdü. Bu bütün fotoqrafların, astronavtların xəyalı idi.

1946-cı ildə bir gün, ApolloSputnik uçuşundan çox əvvəl bu çəkiliş reallaşdırıldı. Nyu-Meksikodan göndərilən və ABŞ ordusunun raketləri sınaqdan keçirdiyi bir təcrübədə V-2 roketinə quraşdırılan 35 mm-lik bir kamera ilə edildi. Bu kamera hər 1.5 saniyədə bir şəkil çəkə bilirdi və dünyadan 65 mil yüksəyə qalxa bilmişdi. Kamera böyük nisbətdə zərər görmüşdü, ancaq görüntülər bərpa edilə bilmişdi. Məhz bu görüntülər dünyanın kosmosdan çəkilmiş ilk görüntüləri olaraq tarixə keçdi. Daha sonrakı illərdə hazırlanan V-2 raketləri 100 mil səviyyələrinə çatmışdır.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.