Teyyub Aslanov
Teyyub Şueyib oğlu Aslanov (d. 6 fevral 1967, Bakı, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı xanəndə, Azərbaycanın xalq artisti (2018), "Qədim Musiqi alətləri” Dövlət ansamblının solisti.
Teyyub Aslanov | |
---|---|
Teyyub Şueyib oğlu Aslanov | |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | xanəndə |
Təhsili | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyat və yaradıcılığı
Aslanov Teyyub Şueyib oğlu 6 fevral 1967-ci ildə Bakı şəhərində anadan olmuşdur.
1974-1984–cü illərdə 96 saylı orta məktəbdə təhsil almışdır.
1984-1989-cu illərdə Azərbaycan Dövlət Neft-Kimya İnstitutunun Neft-mədən fakültəsində təhsil almışdır.
1985-1987-ci illərdə ordu sıralarında qulluq etmişdir.
Təhsilini 1989-1994-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr aktyorluğu ixtisası üzrə davam etdirmişdir.
1995-ci ildən Azərbaycan Muğam üçlüyü və başqa ansambllarla bərabər bir çox xarici ölkələrdə (ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Türkiyə, Avstriya, Niderland, Yunanıstan, Polşa, Rumıniya, Ukrayna, Belarus, Moldova, Tacikistan, İran və s.) konsert və festivallarda iştirak etmişdir. O cümlədən:
- 1996-cı ildə Türkiyənin Bayburt şəhərində "Dədə Qorqud" festivalında;
- 2000-ci ildə Avstriyanın paytaxtı Vyana şəhərində "Qarabağ uşaqlarının göz yaşları"adlı tədbirdə;
- 2001-ci ildə Orta əsrlər "Romana" kilsələri mədəniyyəti festivalında;
- 2004-cü ildə Polşanın Çexoçinek şəhərində “III Çexoçinek rəssamların nümayişi” festivalında;
- 2004-cü ildə İngiltərənin paytaxtı London şəhərində Azərbaycan Diasporunun təşkil etdiyi 28 May Respublika gününə hesr edilmiş bayram konsertində;
- 2005-ci ildə Tacikistanın paytaxtı Düşənbə şəhərində “Qəlblərin səsi” adlı festivalda;
- 2005-ci ildə UNESCO-da akademik Y.Məmmədəliyevin 100 illik yubileyinə həsr olunan dövlət tədbirində;
- 2006-ci ildə UNESCO-da Azərbaycan Respublikasının müstəqilliyinin 15 illik yubileyinə həsr olunmuş dövlət tədbirində;
- 2007-ci ildə Rumuniyanın paytaxtı Buxarets şəhərinin mərkəzində ulu öndər Heydər Əliyev adına parkın və heykəlinin açılış konsertində;
- 2010 və 2012-ci illərdə Macarıstanda Türkdilli xalqların iştirakı ilə "Hun-Türk” festivalı;
- 2011-ci ildə Azərbaycan Respublikasının müstəqilliyinin 20-ci ildönümü münasıbəti ilə ABŞ-in Texas və Kaliforniya ştatlarında (Hyuston, LosAngeles, San-Fransisco) və paytaxt Vaşinqtonda silsilə konsertlərdə;
- 2014-cü ildə Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə, Azərbaycanın İsveçrədəki səfirliyinin dəvətilə, İsveçrədə keçirilmiş tədbirdə;
- 2014-cü il UNESCO tərəfindən Məhsəti Gəncəvi ili elan edilmişdir. Həmin il Fransanin paytaxtı Paris şəhərində və Avstriyanın paytaxti Vyana şəhərində Məhzəti Gəncəvinin 900 illiyi münasibətilə keçirilən tədbirlərdə;
- 2015-ci ildə Cənubi Koreyada keçirilən "Böyük İpək yolu" festivalında iştirak edib.
- 2017-ci ildə Fransa-Parisdə UNESCO -nun baş qərərgahında İmadəddin Nəsiminin vəfatının 600 illiyi münasibətilə keçirilən dövlət tədbirində iştirak edib;
- 2001-ci ildən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi nəzdində fəaliyyət göstərən "Qədim Musiqi alətləri” dövlət ansamblında solistdir.
Elmi yaradıcılığı
1999-cu ildən 2012-ci ilədək 37 saylı Uşaq Musiqi Məktəbində xanəndə sinfində (muğam, xalq və bəstəkar mahnıları) dərs demişdir.
2009-cu ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim işləyir. 2014-2017ci illərdə orada baş müəllim kimi, 2017ci ildən dossent kimi fəaliyyət göstərir.2018ci il sentyabr ayından "Muğam sənəti" kafedrasının müdiridir.
2015-ci ildə ""Bayatı-Şiraz" muğamının ifaçılıq təfsiri" adlı metodik tövsiyə kitabı dərc edilib.
Mükafatları
2007-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşdür. 27 may 2018-ci ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür.[1]
Filmoqrafiya
"Girov" – "Azərbaycanfilm"in istehsalı olan dram janrında çəkilmiş filmdə muğamları ifa edib.
İstinadlar
- President.Az. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 27.05.2018. 2020-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-27.