Teymur xan Acarlı Şamlı
Teymur xan Acarlı Şamlı və ya Teymur xan Acarlı — Səfəvi imperiyasının XVII əsrdə fəaliyyət göstərmiş hərbi və dövlət xadimlərindən biri.
Teymur xan Acarlı Şamlı | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum yeri | Səfəvi imperiyası |
Vəfat tarixi | 1688-ci ildən sonra |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Səfəvi ordusu |
Qoşun növü | Süvari |
Rütbəsi | Xan |
Vəzifəsi | Səfəvi Kürdüstanı hakimi |
Həyatı
Səfəvi dövlətini yaradan qızılbaş türk tayfalarından biri olan Ustaclı tayfasına mənsub Teymur xan Səfəvi dövlətinin bəylərbəyilərindən biri olmuşdur. O, Kürdüstan vilayətinin nifrət edilən bəylərbəyi Xosrov xan Ərdəlanın Səfəvi şahı I Süleyman (1666–1694) tərəfindən vəzifədən çıxarılıb edam edilməsindən sonra Kürdistan bəylərbəyi təyin edilmişdir. O, bu vəzifəni 1682-ci ildən 1688-ci ilə qədər icra edib.[1] Beləliklə, Temur xan Acalı Şamlı Səfəvi Kürdüstanında bəylərbəylik edən ilk qeyri-kürd şəxs olmuşdur.[2] Vilayətə kənardan gəldiyi üçün o, 1688-ci ildə bu vəzifəsindən yerlilər tərəfində qovuldu[3] və onun əvəzinə bu vəzifəyə II Xan Əhməd xan Ərdəlan təyin edildi.[1]
Həmçinin bax
İstinadlar
- Floor, 2008. səh. 228
- Matthee, 2015. səh. 448
- Matthee, 2015. səh. 444, 448
Mənbə
- Floor, Willem. Titles and Emoluments in Safavid Iran: A Third Manual of Safavid Administration, by Mirza Naqi Nasiri. Washington, D.C.: Mage Publishers. 2008. ISBN 978-1933823232.
- Matthee, Rudi. "Relations between the Center and the Periphery in Safavid Iran: The Western Borderlands v. the Eastern Frontier Zone". The Historian. 77 (3). 2015: 431–463. doi:10.1111/hisn.12068.