Teymur Göyçayev

Teymur Ənvər oğlu Göyçayev (d. 11 avqust 1958) — Azərbaycan dirijoru, Qara Qarayev adına Dövlət Kamera Orkestrinin bədii rəhbəri, Azərbaycan Respubikasının xalq artisti.Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2020-ci ildən).Bülbül adına orta ixtisas musiqi məktəbinin direktoru.

Teymur Göyçayev
Teymur Ənvər oğlu Göyçayev
Ümumi məlumatlar
Doğum tarixi
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti dirijor, bəstəkar
Fəaliyyət illəri 1985–
Musiqi alətləri fortepiano, skripka
Təhsili
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı  — 2005 "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı  — 2000 "Qızıl çinar" beynəlxalq mükafatı — 2014
"Şöhrət" ordeni  — 2018

Həyatı və yaradıcılığı

T.Göyçayev Bakı Musiqi Akademiyasının simli alətlər fakültəsini (skripka üzrə) 1981-ci ildə fərqlənmə diplomu ilə bitirmiş, 1985-ci ildə musiqi ifaçılarının Zaqafqaziya müsabiqəsində iştirak etmiş və laureat adı qazanmışdır. Sənətçi kimi Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik orkestrində artist işləmiş, 1986-cı ildən Bülbül adına orta ixtisas musiqi məktəbində, daha sonralar Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyət göstərir.

1998-ci ildən Q.Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin bədii rəhbəridir.

Mükafatları

2000-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, 2005-ci ildə isə Azərbaycan Respublikasının xalq artisti fəxri adını almışdır. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə,[1] 6 may 2015-ci ildə[2], 6 may 2016-cı ildə[3] 1 may 2017-ci ildə[4], 9 may 2018-ci ildə[5]10 may 2019-cu ildə[6] Prezident Mükafatına layiq görülmüşdür.

10 may 2014-cü ildə Heydər Əliyev Fondunun "Qızıl çinar" beynəlxalq mükafatı ilə təltif olunub.[7]

10 avqust 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilib.[8]

7 may 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.[9]

Filmoqrafiya

  1. Əlvida, cənub şəhəri (film, 2006)
  2. Həyat, deyəsən, gözəldir (film, 2023)

İstinadlar

  1. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2018-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-30.
  2. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2018-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-01.
  3. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2017-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-06.
  4. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 01.05.2017. 2017-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-02.
  5. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 09.05.2018. 2018-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-10.
  6. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 10.05.2019. 2019-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-10.
  7. "Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilmişdir". "Azərbaycan" qəzeti (az.). anl.az. 11 may 2014. 2022-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-18.
  8. "T.Ə.Göyçayevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-10.
  9. President.Az. "Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 2020-05-07. 2020-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-07.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.