Teymur Bəkirzadə
Teymur Bəkir oğlu Bəkirzadə (14 sentyabr 1941, Bakı – 21 sentyabr 1995) — Azərbaycan kinorejissoru, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1991).
Teymur Bəkirzadə | |
---|---|
Doğum tarixi | 14 sentyabr 1941 |
Doğum yeri | |
Vəfat tarixi | 21 sentyabr 1995 (54 yaşında) |
Vətəndaşlığı | |
Uşağı |
|
Fəaliyyəti | kinorejissor |
Fəaliyyət illəri | 1966–1995 |
Mükafatları |
Həyatı
Teymur Bəkir oğlu Bəkirzadə 14 sentyabr 1941-ci ildə[1] Bakı şəhərində anadan olub. 1974-cü ildə Ali rejissorlar kurslarını (Moskva) bitirmişdir.[2] Rejissor 1995-ci ildə vəfat edib.
Mərhum səs operatoru Bəkir Bəkirzadənin atasıdır.[3]
Fəaliyyəti
"Azərbaycanfilm" kinostudiyasında 40-dan çox sənədli və bədii filmlərin rejissoru olub.[4][2] 1978-ci ildə çəkdiyi "Dissonans" sənədli filmi bir neçə festivalda mükafat alıb. Son filmi "Ləqəbi "İKA"dır" tammetrajlı bədii filmini tamamlamadan vəfat etmişdir.
Təltif və mükafatları
- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 4 fevral 1991
- "Dissonans" filminə görə Leninqradda VII Ümumittifaq idman filmləri kinofestivalında Qızıl Medal (1979)
- "Dissonans" filminə görə Aşqabadda XII Ümumittifaq kinofestivalında parlaq, dinamik kinoreportaja görə münsiflər heyətinin Diplomu (1979)
- "Dissonans" filminə görə Moskvada idman jurnalistlərinin Ümumdünya Assosiasiyasının Prizi (1980)
- "Dissonans" filminə görə Budapeştdə qısametrajlı filmlərin Beynəlxalq kinofestivalında Bürünc Medal (1982)
- "Polad adalar" filminə görə Alma-Atada XIX Ümumittifaq kinofestivalında Diplom (1986)
Filmoqrafiya
Rejissor kimi
- Toğrul Nərimanbəyov (film, 1966) (qısametrajlı sənədli film)
- Dənizdə şüa (film, 1967) (qısametrajlı sənədli film)
- İthaf (film, 1969) (qısametrajlı sənədli film)
- Axtarış həvəsi (film, 1970) (qısametrajlı sənədli film)
- Güləş (film, 1970) (qısametrajlı sənədli film)
- Sovet Azərbaycanının yarım əsrlik salnaməsi (film, 1970) (çoxseriyalı sənədli film) (4-cü seriya)
- Şərqdə birinci (film, 1970) (qısametrajlı sənədli film)
- Fəhlə Gülbala Əliyev (film, 1971) (qısametrajlı sənədli film)
- Arzu (film, 1972)
- Bakı-Neapol qardaşdırlar (film, 1972) (qısametrajlı sənədli film)
- Rəqiblər (1974) (qısametrajlı bədii film)
- Çətin yol (film, 1975) (qısametrajlı sənədli film)
- Çətirimiz buludlardır (film, 1976) (tammetrajlı bədii film)
- Cənub buxtası (film, 1977) (qısametrajlı sənədli film)
- Dissonans (film, 1978) (qısametrajlı sənədli film)
- Futbol, futbol... (film, 1979) (qısametrajlı sənədli film)
- Yol əhvalatı (film, 1980) (tammetrajlı bədii film)
- Harri Qasparov. Portret variantı (film, 1982) (qısametrajlı sənədli film)
- Mənim arzularım haradadır (film, 1983) (qısametrajlı sənədli film)
- Gürzə ilə əlbəyaxa (film, 1984) (qısametrajlı sənədli film)
- Həyat yolu (film, 1985) (qısametrajlı sənədli film)
- Xalça haqqında dastan (film, 1985) (qısametrajlı sənədli film)
- Kür – dostluq çayıdır (film, 1985) (qısametrajlı sənədli film)
- Polad adalar (film, 1985) (qısametrajlı sənədli film)
- Taca doğru addım (film, 1985) (qısametrajlı sənədli film)
- Dalğalar dənizə qayıdır (film, 1986) (qısametrajlı sənədli film)
- Toyuq yumurtladı (film, 1986) (qısametrajlı sənədli film)
- Harri Qasparov (film, 1987) (tammetrajlı sənədli film)
- Çat (film, 1988) (qısametrajlı sənədli film)
- Abşeron qalaları (film, 1989) (qısametrajlı sənədli film)
- Ağrı (film, 1989) (qısametrajlı sənədli film)
- Kross (film, 1989) (qısametrajlı sənədli film)
- Ümumxalq işi (film, 1989) (qısametrajlı sənədli film)
- Abşeron lövhələri (film, 1990) (qısametrajlı sənədli film)
- Qəyyur (film, 1990) (qısametrajlı sənədli film)
- Matəm (film, 1990) (qısametrajlı sənədli film)
- Bizim Bakı teatrı (film, 1991) (qısametrajlı sənədli film)
- İlk tamaşa (film, 1991) (qısametrajlı sənədli film)
- Veteran (film, 1991) (qısametrajlı sənədli film)
- 100 ilin astanasında (film, 1992)(I) (qısametrajlı sənədli film)
- Ağ saçların işığı (film, 1993) (qısametrajlı sənədli film)
- Ləqəbi "İKA"dır (tammetrajlı bədii film)
Ssenari müəllifi kimi
- Toğrul Nərimanbəyov (film, 1966) (qısametrajlı sənədli film)
- Dənizdə şüa (film, 1967) (qısametrajlı sənədli film)
- Şərqdə birinci (film, 1970) (qısametrajlı sənədli film)
- Bakı-Neapol qardaşdırlar (film, 1972) (qısametrajlı sənədli film)
- Rəqiblər (1974) (qısametrajlı bədii film)
- Cənub buxtası (film, 1977) (qısametrajlı sənədli film)
- Futbol, futbol... (film, 1979) (qısametrajlı sənədli film)
- Taca doğru addım (film, 1985) (qısametrajlı sənədli film)
- Böyük İpək Yolunda (film, 1986) (qısametrajlı sənədli film)
- Ağrı (film, 1989) (qısametrajlı sənədli film)
- Ümumxalq işi (film, 1989) (qısametrajlı sənədli film)
- Abşeron lövhələri (film, 1990) (qısametrajlı sənədli film)
- Qəyyur (film, 1990) (qısametrajlı sənədli film)
- Matəm (film, 1990) (qısametrajlı sənədli film)
- İlk tamaşa (film, 1991) (qısametrajlı sənədli film)
- Sabaha ümidlə baxanlar (film, 1991) (qısametrajlı sənədli film)
- Veteran (film, 1991) (qısametrajlı sənədli film)
- Əsrin kontraktı (film, 1996) (qısametrajlı sənədli film)
İstinadlar
- Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. Dövlət Film Fondu. Kino-Bülleten. IV buraxılış. Bakı: Apostroff, 2011.
- "Teymur Bəkirzadə" (az.). Azərbaycanfilm. 2015-04-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-13.
- "Teymur Bəkirzadə" (az.). Audiovisual.az. 2016-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-13.
- Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
Mənbə
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.