Teymur Əmrah

Teymur Əmrah (Teymur Həşim oğlu Əmrahov; 8 oktyabr 1971, Kirovabad) — Azərbaycanın klassik estrada müğənnisi, Azərbaycan Respublikasının əməkdar artisti (2012).

Teymur Əmrah
Teymur Həşim oğlu Əmrahov
Ümumi məlumatlar
Doğum tarixi 8 oktyabr 1971(1971-10-08) (52 yaş)
Doğum yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti musiqiçi, müğənni, müəllim
Janr mahnı ifaçısı
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı

Həyatı

Teymur Əmrah 8 oktyabr 1971-ci ildə Gəncə şəhərində anadan olub. İncəsənət gimnaziyasının vokal sinfi üzrə Sergey Zarenbonun sinfini bitirib. İlk müəllimləri Gəncə şəhər Uşaq yaradıcılıq evində görkəmli musiqişünas Oqtay Nağıyev, Ağdam rayonu Uşaq yaradıcılıq evinin məşhur "Qarabağ bülbülləri" ansamblının rəhbəri Murad Rzayev, Gəncə şəhər 6 nömrəli klubun direktoru Kifayət Əmirov olmuşlar.

1990-cı ildə Bakı Musiqi Akademiyasının Vokal sinfinə daxil olub. Burada görkəmli Opera müğənnisi Firudin Mehdiyevdən, Aktyor sənətindən Teatr və Kino aktrisası Şəfiqə Məmmədovadan dərs alıb.

1994-cü ildə indiki Heydər Əliyev adına Sarayda Solo konsert keçirib.

2005-ci ildə Azəristar layihəsinin Vokal müəllimi kimi fəaliyyət göstərib.

2020-ci ildə Heydər Əliyev adına Sarayda "Bu dünya bir nərdivandı" adlı solo konserti keçirilib.

Fəaliyyəti

Müxtəlif illərdə Azərbaycan Milli KonservatoriyasıAzərbaycan Mədəniyyət və İncəsənət Universitetində mahnı janrından dərs demişdir. 20 il Azərbaycan Dövlət Mahnı Teatrında Solist kimi fəaliyyət göstərmişdir.

Hal-hazırda Azərbaycan Televiziyası və Radiosunun solistidir.

Tələbələri

  • Teymur Əmrahın iki tələbəsi – Prezident Mükafatçısı Amil Həsənov, Xalq artisti Samir Cəfərov "Qızıl kitab"a düşüblər.
  • Azərbaycan Respublikasının əməkdar artistləri Elton Hüseyinəliyev və Aqşin Abdullayev onun yetirmələridir.
  • Digər tanınmış tələbələri: Emil Rəhmanov, Ayaz Qasımov, Zamiq Hüseynov, Sima Qasımova, Elvin Abdullayev, Xalq ulduzu müsabiqəsinin qalibi Tural Salmanov, Mirkamil Kamilov, İradə İbrahimova, Elçin Hüseynov, Nəsimi Məmmədov

Mükafat və təltifləri

İstinadlar

  1. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2012-ci il tarixli Sərəncamı". president.az (azərb.). Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. 14 sentyabr 2012, 18:30. 23 September 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 may 2016.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.