Tey

Tey — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda kənd.[1]

Kənd
Tey
Ölkə  Ermənistan
Region Zəngəzur mahalı
Rayon Meğri rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı UTC+4

Toponimikası

Toponim türk dilində "təpə" mənasında işlənən tey sözü[2][3] əsasında əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca sadə toponimdir.

Əhalisi

Kənddə 1873-cü ildə 126 nəfər, 1886-cı ildə 174 nəfər, 1897-ci ildə 293 nəfər, 1904-cü ildə 425 nəfər azərbaycanlı yaşamışdır[4]. 1918-ci ildə kəndin sakinləri erməni təcavüzünün nəticəsində kəndi tərk etmişlər[5]. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar tarixi-etnik torpaqlarına qayıda bilmişdir. Burada 1922-ci ildə 53 nəfər, 1926-cı ildə 62 nəfər, 1931-ci ildə 81 nəfər yalnız azərbaycanlı yaşamışdır[6]. Kollektivləşmə adı ilə kənddə yaşayan azərbaycanlılar köçürülərək kənd ləğv edilmişdir. İndi ölü kənddir.

İstinadlar

  1. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  2. Молчанова О.Т. Структурные типы тюркских топонимов Горного Алтая, Саратов, Издство Саратовского Университета, 1982. s.239
  3. Мурзаев Э.М. Словарь народных географических терминов, М., "Мысль", 1984. s.548
  4. Коркотян З. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2022-03-31 at the Wayback Machine. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.68–69, 142–143
  5. История Азербайджана по документам и публикациям, Баку, "Элм", 1990. s.205
  6. Коркотян З. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2022-03-31 at the Wayback Machine. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.68–69, 142–143
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.