Tetrarxiya

Tetrarxiya (yun. τετρα — dörd, yun. αρχη — hakimiyyət) — Roma imperyasında hakimiyyət forması olub, imperator Diokletian tərəfindən 293-cü ildə imperiyada hakimiyyət böhranını aradan qaldırmaq üçün tətbiq edilmiş, 313-cü ilə qədər mövcud olmuşdur. Hakimiyyət halqası dörd imperatordan (iki ahıl — "Avqust" və iki cavan — "Sezar" titulundan) ibarətdir.

Tetrarxiya
1204 ci ildə Bizans sarayından oğurlanmış Tetrarxiya heykəl kompleksi, Venesiya
12 Diaçezdən ibarət Roma imperiyası, IV əsr
Qədim Roma tarixi
lat. Senatus Populusque Romanus
Senat və Roma xalqı
Dövrlər
Roma çarlığı

( e. ə. 754 e. ə. 509)

Roma Respublikası

( e. ə. 509 e. ə. 27)

Roma İmperiyası

( e. ə. 271453-cü illər)

Respublika konstitusiyası
Magistratlar
Fövqəladə magistratlar
Titullar
Sülalələr
Əhali, inzibati və sosial tərkib
Qədim Romada hüquq

Yaranması

285-ci ildə Diokletian sərkərdə (hərbi komandir) Maksimianı (cavan) müştərək hökümdar ("sezar"), 286-cı ildə isə "avqust" elan edir. Diokletian imperiyanın yarısını — şərqini, Maksimian isə qərbini idarə edir. Diokletian Maksimianın razılığı ilə əlavə iki "sezar" — QaleriyaKonstansa Xloru "avqustlara" köməkçi təyin edir. Beləliklə, tetrarxiya üsul idarəsində məqsəd "avqustlardan" sonra hakimiyyətin "sezarlara" keçməsini təmin etmək idi.

Tetrarxiyanın paytaxtlatı və inzibati bölgüsü

"Əbədiyyət şəhəri" Roma tetrarxiyanın əsas kəsişdiyi şəhər olsa da paytaxt funksiyasını itirərək, Sasanid imperiyasından, germanlardan, varvarlardan effektli müdafiə olunmaq üçün hərbi və idarəçilik qərargahları, sərhədlərə nisbətən yaxın şəhərlərə, yeni paytaxtlara köçürülmüşdür.

İmperiya dörd hissəyə bölünsə də dörd tetrarx arsında bir o qədər də dəqiq ərazi bölgüsü mövcud olmamışdır. Hər bir imperator Roma imperiyası daxilində öz təsir dairəsinə malik olmuşdur. Əsasən onlar hərbi kampaniyalara rəhbərlik edirdilər. İdarəçiliklə isə bürokratik aparata malik hər bir tetrarxın özü tərəfindən təyin edilmiş prefekt məşqul olurdu. İmperiya özü əvvəl 12 (İtalya, Pannoniar, Qalliya, İspaniya, Vinnensis, Britannya, Afrika, Moizia, Trakia, Asiya, Pontika, Oriyent), 395-ci ildən 15 dioçez (lat. dioecesis) adlandırılan inzibati vilayətə bölünmüşdür. Hər bir dioçezə 16 əyalət daxil olmuşdur. Dioçezlər vikarlar (lat. vicarius) tərəfindən idarə olunurdu ki, onlar da öz növbəsində prefektə tabe idilər.

Tetrarxiyanın süqutu

305-ci ildə 20 illik müddət bitdikdən, "avqustlar" Dioklesian və Maksimian istefa verdikdən sonra onların yerini "sezarlar" Qaleriy və Konstansi Xlor tutmuş olurlar. Onlar da öz növbəsində yeni "sezarlar"ı (Maksimian və Flavi Valeriya Sever) seçərək ikinci tetrarxiyanı yaratmış olurlar. Lakin onun ömrü çox sürmür. 306-cı ildə Konstansi vəfat etdikdən sonra Qaleriy Severi eyni zamanda Konstansiya öz oğlu I. Konstantini "avqust" təyin edilir. Maksemianın oğlu Maksensiy buna etiraz olaraq Sever üzərində qələbə çaldıqdan sonra onu taxtan imtina etməyə məcbur edir. 307-ci ildə Severi oldürmək əmrini verir. Beləliklə, "avqust" tituluna dörd (Qaleriy, Konstantin, Maksimian və Maksensiy), "sezar" tituluna isə bir (Maksimin) namizəd olmuş olur.

308-ci ildə Dunay üzərindəki Karnuntumda çağrılmış toplantıda qərbdə senat Lisiniy "avqust", Konstantin "sezar", şərqdə isə Qaleriy "avqust", Maksimin "sezar" elan edilir. Nəticə etibarilə Maksimian imperatorluqdan kənarlaşdırılır və Maksensiy uzurpator (qanunsuz hakim) elan edilir. Bu qərara məhəl qoymayaraq Maksensiy İtaliya və Afrika üzərindəki faktiki hakimiyyətini saxlayır. Bundan başqa 305-ci ildən hər ikisi "sezar" olan nə Konstantin, nə də Maksimin Lisiniyin "avqust" olmasını qəbul edə bilmirdilər. Beləliklə, onların da 309-cu ildə "avqust" elan edilməsi, dörd müstəqil bir-birinə düşmən imperator hakimiyyətinə gətirib çıxarır.

309–313-cü illərdə iddialı imperatorlar daxili çəkişmələrin qurbanlarına çevrilirlər. 310-cu ildə Konstantin Maksimianı boğduraraq öldürtdürür, Qaleriy öz əcəli ilə 311-ci ildə vəfat edir. 312-ci ildə Milviy körpüsü üzərində döyüşdə Maksensiyni məğlub edir. Məğlubiyyətə dözməyən Maksensiy 313-cü ildə Tarsda özünə qəsd edərək ölür.

313-cü ildə Qərbdə Konstantin, şərqdə isə Lisiniy imperator olması ilə tetrarxiya süqut etmiş olur. 324-cü ildə Konstantin Lisiniyə qalib gələrək özünü tək "avqust" elan edir.

Mənbə

  • Barnes, Timothy D. The New Empire of Diocletian and Constantine. Cambridge, MA: Harvard University Press, 1982. ISBN 0-7837-2221-4
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.