Tetraedrit

Tetraedrit Cu12Sb4S13; tennantit – Cu12As4S13 — Kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn.

Tetraedrit
Ümumi məlumatlar
Kateqoriya Mineral
Formul
(təkrarlanan vahid)
Cu₁₂Sb₄S₁₃
Strunz təsnifatı II/C.11[1]
Xüsusiyyətləri
Kristalloqrafik sinqoniya kubik sinqoniya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Növ müxtəliflikləri

Tetraedrit, Kilit filiz təzahürü, Ordubad rayonu

Ferrotetraedrit (13,08 %-dək Fe), ferrotennantit, zandbergerit – sinklə zəngin tetraedrit və tennantit, freybergit – gümüşlə zəngin tetraedrit və b.[2]

Xassələri

Rəng – poladı-bozdan bozumtul-qarayadək, freybergitin – gümüşü; Mineralın cizgisinin rəngi –bozumtul-qara, tennantitinin – qırmızımtıl - boz; Parıltı – metal, köhnə səthdə – tutqun; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – tennantitin 4,0, tetraedritin 5; Sərtlik – 3-4,5; Kövrəkdirlər; Ayrılma – yoxdur; Sınıqlar – adətən qeyri-hamar; bəzən qabıqvarı; Başqa xassələr – zəif elektrik keçiriçisidirlər; Morfologiya – kristallar: tetraedrik, nisbətən az triqon-tritetraedrik və rombododekaedrik; İkiləşmə: tez-tez, {111} üzrə qarşılıqlı nüfuzetmə ikiləşmələri; Mineral aqreqatları: massiv, dənəvər, sıx əmələgəlmələr, püruzlar.

Mənşəyi və yayılması

Əsasən hidrotermal yolla əmələ gəlir. Orta temperaturlu polimetal, kolçedan, qızıl, gümüş, sürmə-civə yataqlarında və b. daha tez-tez rast gəlir. Habelə skarnlarda, nisbətən az peqmatitlərdə, nadir hallarda çökmə süxurlarda (mergellər, misli qumdaşları) və mis filizi yataqlarının sementləşmə zonasında tapılır. Birlikdə rast gəldiyi minerallar: xalkopirit, pirit, sfalerit, qalenit, arsenopirit, enargit, bornit, burnonit və b. Mineralın tapıldığı yerlər: Freyberq, Rammelsberq, Klaustal (Almaniya); Kopnik (Rumıniya);  Bansko-Ştyavnitsa (Slovakiya); Sent-Mari-o-Min (Fransa); Darasun, Beryozov (Rusiya); Xonsü, İkino (Yaponiya); Potosi (Boliviya); Sero-de Pasko (Peru); Çanyarkilo (Çili); Bingem, Byütt (ABŞ) və b. Azərbaycanda ikinci dərəcəli minerallar kimi Filizçay, Katsdağ, Katex, Mehmana, Çıraqdərə, Toğanalı, Gədəbəy, Bittibulaq, Daşkəsən, Ağdərə, Göydağ yataqlarının, Tutqunçay hövzəsindəki qızıl filizi zolağının, çoxsaylı təzahürlərin filizlərində və b. aşkar edilmişdir.

Tətbiqi

Tetraedrit, tennantit və onların növ müxtəlifliklərinin iri müstəqil yığınlarının hələ müəyyən edilmədiyi ilə əlaqədar olaraq, onlar yalnız misin başqa mineralları ilə birlikdə mis və bəzən gümüş (freybergit) mənbəyi kimi praktik əhəmiyyət kəsb edir.[3]

İstinadlar

  1. Ralph J., Nikischer T., Mineralogy H. I. o. Mindat.org (ing.): The Mineral and Locality Database. [Keswick, VA], Coulsdon, Surrey: 2000.
  2. One or more of the preceding sentences incorporates text from a publication now in the public domain: Spencer, Leonard James. Tetrahedrite // Kisholm, Hyu (redaktor ). Britannika Ensiklopediyası. 26 (XI). Cambridge University Press. 1911. 670–671.
  3. Jacobs, Suzanne. "Cheaper Thermoelectric Materials | MIT Technology Review". Technologyreview.com. 2014-07-12. 2014-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-17.

Mənbə

  • Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.