Tetradium

Tetradium Rutaceae fəsiləsinə aid olan ağac növüdür və əsasən tropik Şərqi Asiya iqlim zonasında yayılıb. İngilis dilli ölkələrdə bu bitki Euodia, Evodia və ya Arı Ağacı kimi tanınır. Tetradium cinsi həmçinin Melicope cinsi ilə sıx əlaqəli olmaqla bəzən onun tərkibinə daxil edilir. Bəzi hallarda Melicope elleryana Evodia və ya Euodia adlanır.

Tetradium
[./https://en.wikipedia.org/wiki/Tetradium_daniellii Tetradium danielli] T. G. Hartli
Elmi klassifikasiya
Aləm: Bitkilər
Şöbə: Angiospermae və ya Magnoliophyta
Şöbə: Eudikotlar
Şöbə: Rosidlər
Sıra: Sapindales
Fəsilə: Rutaceae
Yarımfəsilə: Rutaceae
Cins: Tetradium
Növlər
Mətndə qeyd olunub

İqlimə və torpağa tələbləri

Əsasən subtropik və tropik iqlim zonalarda yayıldığı üçün Evodia növləri şaxtaya həssasdır[1], lakin ağacların böyüməsi və gövdələrin güclənməsi nəticəsində onların soyuğa davamlılığı artır[2]. Şaxtaya davamlılığına görə Evodia növlərinin arasında müxtəlif dərəcədə fərqlər müşahidə olunur. Məsələn, Evodia hupehensis və Evodia danielli növləri şaxtaya daha dözümlüdür və bir sıra Avropa ölkələrinin iqliminə uyğunlaşdığına görə arıçılar tərəfindən geniş istifadə olunur[3]. Lakin, Evodia növləri işığa çox tələbkardır, yüksək nəmliyi olan qələvi və çox sıx torpağlara dözümsüzdür[4].

Ağacların strukturu

Parlaq, cüt lələkvari yarpaqlara malik Tetradium növləri cəlbedici ağaclardır. Tetradium danielli (sin. T. Hupehensis) növünün fıstıq ağacına bənzəyən hamar qabıqlı gövdəsi 20 metr hündürlüyə çata bilər. Yarpaq örtüyü göyrüş ağacının yarpaq örtüyünə bənzəyir və yay aylarında parlaq tünd yaşıl rəngə malik olur. Payızda yarpaqların rəngi bir qədər dəyişərək tünd yaşıldan sarı və yaşıl rəngə boyanır.

Çiçəkləmə dövrü və nektar verimi

İyul-avqust aylarında ağac çoxsaylı kiçik ağ salxımşəkilli çiçəklərə bürünür. Çiçəklərin əmələgəlməsi tək-tək bitkilərin çiçəklədiyi dövrə təsadüf edir və buna görə onlara çox yüksək qiymət verilir. Bitki arıçılıq üçün böyük əhəmiyyət kəsb edir, çünki qiymətli nektar mənbəyi olmaqdan başqa, digər nektar bitkilərinin çiçəklənmə dövrünün bitməsi zamanı da çiçəkləyir. Bu dövrdə digər bitkilərdə nektar nisbətən azalır və Evodiya ağacları arılar üçün vacib yem mənbəyinə çevrilir[5]. Evodia çiçəkləri arıları çoxlu sayda cəlb edib qidalandırdığına görə, onlar arıçılar tərəfindən son yay balı mənbəyi sayılır. Belə ki, Macarıstan tədqiqatçılarının 20-ci əsrin ortalarındakı müşahidələrinə əsasən, Evodia henryj iyunun ikinci yarısında, Evodia danielli iyunun sonu, əsasən də iyul ayından etibarən, Evodia hupehensis isə iyulun sonu və avqustun ilk yarısında və hətta sentyabrın ilk günlərində də çiçəkləyir. Bu isə o deməkdir ki, Evodianın müxtəlif növlərini bir sahədə yetişdirməklə nektar yığımını iyun-avqust aylarında fasiləsiz şəkildə aparmaq mümkündür[6].

Toxumların yetişməsi

Avqust-noyabr aylarında çiçək salxımlarında toxumlar yetişir. Toxum örtüyü açıq qırmızı rəngdə olur. Toxumlar yetişdikcə örtüklər aralanır və payız aylarına doğru qara rəngdə parlaq toxumlar formalaşır. Giləmeyvələr açıq qırmızıdan qara rəngə qədər müxtəlif rəng çalarlarına malik olur və quşlar tərəfindən sevilir.

Digər məlumat

Tetradium ağac sortları Aenetus ScottiEndoclita damor, o cümlədən bəzi Lepidoptera həşərat növlərinin sürfələri tərəfindən yem bitkiləri kimi istifadə olunur.

Növlər

  • Tetradium austrosinense — Çin & ş. Vyetnam
  • Tetradium calcicola (Çun və C. C. Huanq) T. G. Hartli — endemik Çin
  • Tetradium cymosum Vol və Royl
  • Tetradium daniellii (Benn.) T. G. Hartli- Çin və Koreya
  • Tetradium fraxinifolium (Hook.) T. G. Hartli — Hindistan, Indo-Çin, Çin
  • Tetradium glabrifolium (Şamp.) T. G. Hartli — Indo-Çin, Çin, Malayziya
  • Tetradium rutikarpum (A. Juss.) T. G. Hartli — Hindistan ŞŞ Asiya
  • Tetradyum sambucinum (Blume) T. G. Hartli (Sin .: Philagonia sambucina Blume
  • Tetradium trichotomum Lour. — Indo-Çin, Çin
  1. Lengyel G (1943) Méhek és Virágok, Országos Magyar Méhészeti Egyesület, Budapest, 239 pp; Szibele K (1991) A mézel! fák. Méhészet 39 (3), 10
  2. Suhayda J (1991) Megjegyzések Szibele K (1991) A mézel! fák c. cikkéhez. Méhészet 39 (3), 10
  3. Suhayda J (1991) Megjegyzések Szibele K (1991) A mézel! fák c. cikkéhez. Méhészet 39 (3), 10
  4. Vicze E, Túrmezei J (1965) A méhlegel! javítása külföldi fákkal. Méhészet 13 (5), 86
  5. Kiss F (1963) Az Evodia jó mézel!. Méhészet 11 (6), 111; Szibele K (1991) A mézel! fák. Méhészet 39 (3), 10
  6. Vicze E, Túrmezei J (1965) A méhlegel! javítása külföldi fákkal. Méhészet 13 (5), 86; Túrmezei J (1967) Az Evodia virágzásáról. Méhészet 15 (11), 213
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.