Tesla (şirkət)

Tesla (keçmiş adı: Tesla Motors) — elektrik maşınları və elektrik nəqliyyatı üçün qidalanma qurğu birləşmələri layihələndirən, istehsal edən və satan Palo Alto, Kaliforniya mərkəzli ABŞ şirkətidir.[7] Şirkət həmçinin yenidən istifadə edilən/yaşıl enerji məhsulları istehsal edən ortaq şirkəti olan SolarCity vasitəsiylə evlərə günəş paneli və ya solar kirəmit sataraq avtomobilləri evdə təmiz batereya enerjisi doldurmasını təmin edir. Tesla Motors TSLA simvolu altında NASDAQ fond birjasında mübadilə edən açıq şirkətdir.[8] 2013-ci ilin birinci rübündə Tesla öz tarixində ilk dəfə olaraq mənfəəti barədə məlumat verib.[9]

Tesla Motors
Loqonun şəkli
Teslanın Palo Alto, Kaliforniyadakı mərkəzi ofisi
Teslanın Palo Alto, Kaliforniyadakı mərkəzi ofisi
Ümumi məlumatlar
Tipi ictimai şirkət
Sənaye avtomobil sənayesi
Məhsulları Tesla Model 3, Tesla Model S, Tesla Semi, Elektrik avtomobili, Günəş paneli
Təsis tarixi 1 iyul 2003
Baş qərargahın yeri
İqtisadi göstəriciləri
Ümumi kapital
  • 30.189.000.000 $ (31 dekabr 2021)[1]
Ümumi aktivlər
  • 62.131.000.000 $ (31 dekabr 2021)[1]
Ümumi gəliri
  • 53.823.000.000 $ (31 dekabr 2021)[1]
Xalis mənfəəti
  • 5.644.000.000 $ (31 dekabr 2021)[1]
Əməliyyat mənfəəti
  • 6.523.000.000 $ (31 dekabr 2021)[1]
Struktur
İşçi sayı
  • 129.000 nəf. (1 mart 2023)[2]
Tərəfdaşlar SolarCity[3][4][…]
Rəhbərlik
Baş icraçı direktor İlon Mask[3]
Prezident Robin Denholm[5]
İdarə heyəti İlon Mask[6], Robin Denholm[6], Kimbal Mask[6]
tesla.com
tesla.com/de_de
tesla.com/fr_fr
tesla.com/nl_nl
tesla.com/fi_fi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2015 mart ayından etibarən Tesla 2008-ci ildən indiyə qədər təxminən 70 000 elektrikli avtomobil təslim etmişdir.

Tesla özünün birinci mükəmməl idman maşını olan Tesla Roadsterin istehsalının ardınca geniş diqqət mərkəzinə düşüb.[10] Şirkətin ikinci nəqliyyat vasitəsi tam elektrik lüks sedan Model S, növbəti iki nəqliyyat vasitəsi isə Model X və Model 3-dür.[11]

Tesla həmçinin elektrik qidalanma qurğularının, o cümlədən də Daimler və Toyota kimi avtomobil brendləri üçün litium-ion batareyası dəstələrinin satışını həyata keçirir..[12] Şirkətin baş icraçı direktoru İlon Mask deyib ki, o sonda öz şirkətini adi istehlakçıya münasib qiymətdə elektrik maşınlarını təklif etmək məqsədini güdən[13][14] müstəqil avtokonsern kimi görür.[15] Teslanın Model 3 nəqliyyat vasitəsinin 2017-ci ilədək 35000 $ olması gözlənilir.[16]

İcmal

Tesla Motors elektrik mühəndisi və fizik Nikola Teslanın şərəfinə adlandırılıb.[17][18] Tesla Roadster Teslanın 1882-ci il layihəsinə əsasən bilavasitə yaradılmış Dəyişən cərəyan mühərriki istifadə edir.[19] Şirkətin birinci nəqliyyat vasitəsi olan Tesla Roadster litium-ion batareya elementlərindən istifadə edən birinci istehsaldır. Bu nəqliyyat vasitəsi hər yüklənmədə 320 km-dən çox məsafə qət edə bilər.[20]

İnvestisiya

Şirkətə ilk maddi dəstəyi hal-hazırda baş icraçı direktoru olan, PayPal-ın ortaq qurucusu olan İlon Mask vermişdir. Həmçinin Teslaya Google qurucuları Sergey BrinLarri Peyc; eBay keçmiş müdir

ü Cef Skol kimi məşhurlar investisiya qoymuşdur. 2007 mart ayından etibarən şirkət, şəxsi sənayedə təmin etdiyi investisiya ilə, sərmayəsini 60 000 000 US$-nın üstünə çıxardı. 2021-ci ildə sərmayəsini 15 000 000 000 US$-a çatdıran Tesla şirkəti bu nağd pulun 1 500 000 000 US$-ı ilə 8 fevral 2021-ci ildə 48 000 ədət Bitcoin alaraq digital əmlaklara investisiya qoydu. Tesla şirkəti bununla dayanmayıb 2021 mart ayında Tesla avtomobillərinin Bitcoin ilə alına biləcəyi qərarı verdi.

İdarə heyəti

2014-cü ildən etibarən Tesla idarə heyəti aşağıdakı şəxslərdən ibarətdir:

  • İlon Mask — Tesla İdarə Heyəti Sədri, Baş İcraçı Direktor və Baş Dizayner; Keçmiş PayPal Başçısı, qurucusu; SpaceX CEO və CTO; SolarCity İdarə Heyəti Sədri
  • Bred Bas — Cypress Semicondructor Corp, CFO
  • Ira Ehrenpreys — Technology Partners, Əsas Şərik
  • Antoniyo J. Qrasias — Valor Equity Partners, CEO və İnvestisiya Komissiyası Sədri
  • Stiv Curvetson - Draper Fisher Jurvetson, Baş Müdür
  • Harald Kroeqer — Mercedes-Benz Başçı Köçəkçisi, Elektrik və Elektronik Səllahiyyətlisi
  • Kimbal Mask - Medium Inc., CEO; Zip2, Şərik Qurucu
  • Robin Denholm - Juniper Networks, CFO və Baş Müdür Köməkçisi

Şirkətin tarixi

Tesla şirkəti (Tesla Motors adı ilə yaradılmış) Martin Eberhard və Mark Tarpenninq tərəfindən 1 iyul 2003-cü tarixində qeydiyyatdan keçib. 2004-cü ilin fevral ayında üç təsisçi 7,5 milyon ABŞ dolları həcmində investisiya cəlb ediblər və bunun da İlon Mask 6,5 milyon dollar qoydu. Mask direktorlar şurasının sədri olduqdan sonra Eberhardı baş direktor təyin etdi.[21]

İlk Tesla avtomobilinin nümunələri 19 iyul 2006-cı ildə Kaliforniya ştatının Santa Monika şəhərində rəsmi şəkildə ictimaiyyətə təqdim edilmişdir.[22]

2006-cı ildə Musk 100 milyon dollar cəlb edə bildi və bu investisiya Tesla şirkətinə 2008-ci ildə ilk Roadster avtomobilin istehsalına başlamağa imkan verdi.[23]

2008-ci il və 2012-ci ilin martı arasında Tesla 31 ölkədə 2,250-dən çox Roadster satıb.[24][25]

Tesla 2009-cu ilin 26 martında tam elektrik sedan Tesla Model S-i nümayiş etdirdi.[26]

2010-cu ilin yanvarında Tesla şirkəti ABŞ Energetika Nazirliyi tərəfindən 465 milyon dollar krediti alıb, 2013-cü ildə isə bu krediti tam olaraq geri qaytarıb.[27]

2010-cu ilin may ayında Tesla Model S avtomobilin istehsalı üçün Tesla şirkəti Kaliforniyanın Fremont şəhərində fabrikin tikintisinə başladı.[28]

Tesla 2011-ci ilin avqustunda ABŞ bazarında Roadster üçün təklifləri dayandırdı.[29]

29 iyun 2010-cu ildə Tesla şirkəti NASDAQ birjasında ilkin kütləvi təklifini (IPO) yerləşdirməyə başladı və nəticə olaraq 226 milyon dollar cəlb etdi. Beləliklə, Tesla 1956-cı ildən sonra birjada öz IPO-i yerləşdirən ilk Amerika avtomobil şirkəti oldu. 1956-cı ildə isə İPO-i təklif edilən Ford Motor avtomobil şirkəti idi.[30]

2012-ci ilin iyun ayında Tesla şirkəti ikinci Model S avtomobilin istehsalına başladı. 2012-ci ilin dekabrında şirkət tam iş günü üçün 3000-nə yaxın işçiyə malik idi.[31][32]

2014-cü ilin yanvarınadək işçilərin sayı 6000-nə çatmışdı.[33]

2017-ci ilin iyulunda şirkət Tesla Model 3 sedan avtomobili satmağa başladı.[34]

14 mart 2019-cu il tarixində yeni Tesla Model Y elektrik avtomobili təqdim olundu.[35]

2020-ci ilin noyabr ayında Tesla, Uber və digər 26 amerikalı şirkəti birlikdə ABŞ-də elektrikli avtomobillərin sayının artırılmasını idarə etmək üçün Zero Emission Transport Association (ZETA) yaratdı.[36]

25 oktyabr 2021-ci il tarixində şirkətin kapitallaşması 1 trilyon dolları ötüb.[37]

İstehsal və satışlar

2018-ci ildən etibarən istehsal edilən ümumi Tesla 254 530 ədət, təslim edilən ümumi avtomobil sayı 245 240 ədətdir.

Tesla elektrikli avtomobillərinin ümumi dünya üzrə satış sayı (Dekabr 2018)
Model/Satışa çıxarılma Təslim edilən
Roadster (2008)
2.450
Model S (2012)
263.504
Model X (2015)
120.739
Model 3 (2017)
147.819

Teslanın istehsal və satışlarındakı vacib xronologiya:

  • 2017 sentyabrda ümumi dünya üzrə satış sayı 250 000-ə çatdı.[38]
  • 2018 fevralda 300 000-ci avtomobilini istehsal etdi.[38]
  • 2018 dekabrda 500 000-ci avtomobilini istehsal etdi.[39]
  • 2020 martda 1 000 000-cu avtomobilini istehsal etdi.[40]
Dörddəbir Ümumi məcmu Ümumi istehsal Model S

satışları

Model X

satışları

Model 3

satışları

Model Y

satışları

Ümumi

satışlar

Hazırlanır
Q1 2015 47.344 11.160 10.045 10.045
Q2 2015 60.151 12.807 11.532 11.532
Q3 2015 73.242 13.091 11.597 6 11.603
Q4 2015 87.279 14.037 17.272 206 17.478
Q1 2016 102.789 15.510 12.420 2.400 14.820 2.615
Q2 2016 121.134 18.345 9.764 4.638 14.402 5.150
Q3 2016 146.319 25.185 16.047 8.774 24.821 5.065
Q4 2016 171.201 24.882 12.700 9.500 22.254 6.450
Q1 2017 196.619 25.418 ~13.450 ~11.550 25.051 ~4.650
Q2 2017 222.327 25.708 ~12.000 ~10.000 22.026 ~3.500
Q3 2017 247.663 25.336 14,065 11.865 222 26.137 4.820
Q4 2017 272.228 24.565 ~15.200 ~13.120 1.542 29.967 3.380
Q1 2018 306.722 34.494 11.730 10.070 8.182 29.997 6.100
Q2 2018 360.061 53.339 10.930 11.370 18.440 40.740 15.058
Q3 2018 440.203 80.142 14.470 13.190 56.065 83.725 11.824
Q4 2018 526.758 86.555 13.500 14.050 63.150 90.700 2.907
Q1 2019 603.858 77.100 12.100 50.900 63.000 10.600
Q2 2019 690.906 87.048 17.650 77.550 95.200 7.400
Q3 2019 816.155 96.155 17.400 79.600 97.000
Q4 2019 921.046 104.891 19.450 92.550 112.000
Q1 2020 1.023.718 102.672 12.200 76.200 88.400
Q2 2020 1.105.990 82.272 10.600 80.050 90.650
Q3 2020 1.251.026 145.036 15.200 124.100 139.300

İstinadlar

  1. Tesla Annual Report 2021 SEC 10-K (ing.).
  2. https://www.youtube.com/watch?v=Hl1zEzVUV7w.
  3. Tesla 2017 Form 10-K (ing.). 2018.
  4. https://www.sec.gov/Archives/edgar/data/1318605/000119312516697498/d241192ds4.htm.
  5. https://www.theguardian.com/technology/2018/nov/08/tesla-names-new-chair-robyn-denholm-to-replace-elon-musk.
  6. Proxy Statement.
  7. "Arxivlənmiş surət". 2008-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-30.
  8. Sager, Rebekah. "Tesla's Stocks Soar". First to Know. 2013-07-01. 2013-08-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 dekabr, 2014.
  9. Tesla Motors. "Tesla Motors, Inc. – First Quarter 2013 Shareholder Letter" (PDF). Tesla Motors. 2013-05-08. 2013-10-23 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 30 dekabr, 2014.
  10. "The World's Only Electric Sports Car: 2010 Tesla Roadster". Sportscarmonitor.com. 2010-04-11. İstifadə tarixi: 30 dekabr, 2014.
  11. "Arxivlənmiş surət". 2015-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-30.
  12. "Tesla and Toyota's RAV4 EV And Now A Tesla-Daimler Partnership – AltTransport: Your Guide to Smarter Ways of Getting Around". Alttransport.com. 2010-09-14. 2012-03-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 dekabr, 2014.
  13. "Arxivlənmiş surət". 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-30.
  14. "Arxivlənmiş surət". 2016-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-30.
  15. Howell, Donna. "Tesla Motors Shows Electric Model X SUV; What Next?". investors.com. 2012-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 dekabr, 2014.
  16. "Arxivlənmiş surət". 2021-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-30.
  17. "Why the Name "Tesla"?". Tesla Motors. 2007-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 dekabr, 2014.
  18. "Here's Why Tesla Motors Is Named For A Famous Serbian Inventor". businessinsider.in. 2019-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-30.
  19. Michaels, Daniel. "Long-Dead Inventor Nikola Tesla Is Electrifying Hip Techies". The Wall Street Journal. 2010-01-14. 2016-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-30.
  20. "Tesla Motors Moving Quickly to Commercialization of an Electric Car". GreenCar Magazine. 2009-07-09. 2013-12-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 dekabr, 2014.
  21. "History of Tesla: Timeline and Facts". thestreet.com. 2021-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr, 2021.
  22. "Zero to 60 in 4 Seconds, Totally From Revving Batteries". nytimes.com. 2021-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr, 2021.
  23. "Electric Car Evolution". cleantechnica.com. 2016-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr, 2021.
  24. David Shepardson. "Tesla to deliver first Model S electric by June". The Detroit News. 2012-05-09. İstifadə tarixi: 30 dekabr, 2014.
  25. Chris Woodyard. "Tesla boasts about electric car deliveries, plans for sedan". USA Today. 2011-08-03. 2014-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 dekabr, 2014.
  26. "Tesla Showroom". Tesla Motors. 2010. 2010-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 dekabr, 2014.
  27. "Tesla gets loan approval from US Department of Energy". tesla.com. 2021-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr, 2021.
  28. "Idle Fremont Plant Gears Up for Tesla". wsj.com. 2015-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr, 2021.
  29. Dillow, Clay. "Farewell Roadster: Tesla Will Stop Taking Orders for its Iconic EV in Two Months". Popsci.com. Popular Science. 2011-06-23. 2012-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 dekabr, 2014.
  30. "Growth Of Tesla Guide". comparebrokers.co. 2021-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr, 2021.
  31. "2012 Form 10-K, Tesla Motors, Inc". U.S. Securities and Exchange Commission. 2013-03-07. 2013-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 dekabr, 2014.
  32. "Working for Tesla Motors — Engineering TV". 2010-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 dekabr, 2014.
  33. Tesla Motors. "Tesla Motors Investor Presentation" (PDF). Tesla Motors. 2014-01-15. 2014-09-13 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 30 dekabr, 2014.
  34. "Everything you need to know about Tesla Model 3, which is starting production". theverge.com. 2017-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr, 2021.
  35. "Tesla unveils Model Y electric SUV with 300 miles range and 7-seats". electrek.co. 2019-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr, 2021.
  36. "Clean Transportation Leaders Launch Zero Emission Transportation Association". prnewswire.com. 2021-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr, 2021.
  37. "Tesla breaks $1tn valuation barrier after Hertz orders 100,000 vehicles". theguardian.com. 2022-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr, 2021.
  38. "Arxivlənmiş surət". 2019-01-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2022-01-25.
  39. "Arxivlənmiş surət". 2020-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-25.
  40. "Arxivlənmiş surət". 2020-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-25.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.