Terrakota ordusu
Terrakota ordusu, Yeraltı heykəllər ordusu və ya Torpaq əsgərlər (Sadələşdirilmiş Çin dilində: 兵马俑; Ənənəvi Çin dilində: 兵马俑; pinyin: bīngmǎ yǒng; düz olaraq "əsgər və at cənazə heykəlləri") — 1974-cü ildə Çində kəşf olunmuş Yeraltı Heykəllər Ordusu. İlk Çin imperatoru Sin Şi Xuandinın məzarında olan heykəllər. Ordunun "ilklərin imperatoru" olaraq bilinən Sin Şi Xuandinin məzarını qoruduğuna inanılar.
Mədəniyyət • Din • Fəlsəfə • Mifologiyası | ||||||
Dao • Daosizm • Leqizm • Tao Te Çinq • Konfutsiçilik • Kon Fu Dzı • Lao-tszı • Moizm • Mo-tszı • İn və Yan • Li • 36 stratagem • Citkundo • Kunq-fu • Tay çi çuan • Uşu • Vin Çun • Dim Mak • Şaolin | ||||||
Üç hökmdar və beş imperator | ||||||
Sya sülaləsi | ||||||
Şan sülaləsi | ||||||
Çjou sülaləsi | ||||||
Şərqi Çjou | Yaz-Payız | |||||
Döyüşən çarlıqlar | ||||||
Çu sülaləsi — qarışıq dövr | ||||||
Qərbi Han | ||||||
Sin sülaləsi, Van Man | ||||||
Şərqi Han | ||||||
Şu | U | |||||
Qərbi Çzin | ||||||
16 barbar | Şərqi Çzin | |||||
Cənub və Şimal sülalələri | ||||||
Suy sülaləsi | ||||||
Tan sülaləsi | ||||||
Beş sülalə və on çarlıq
|
||||||
Şimali Sun
|
|
|||||
Çzin
|
||||||
Çin Respublikası | ||||||
Yeraltı Heykəllər Ordusu 1974-cü ildə Çin Xalq Respublikasının Shaanxi əyalətinə bağlı Xi'an yaxınlarında bir əkinçi tərəfindən tapılmışdır. Kəşf edildikdən sonra Sit sahəsində 1977-1985-ci illərdə 2 dəfə qazıntı işləri aparılıb. Boyları 1.83 və 1.93 santimetr arasında dəyişən heykəl əsgərlərin hər birinin üz ifadəsi fərqlidir. Qazıntı sahəsindən çıxarılanlarla birlikdə 520 atıyla 8000 min əsgərin, 130 döyüş arabası, 150 suvari atı olduğu təxmin edilir[1]. Çinlilər tərəfindən dünyanın 8-ci möcüzəsi olaraq qəbul edilən, Terro Cotta əsgərləri olaraq bilinən yeraltı heykəllər ordusunun tapıldığı Sit sahəsində 2009-cu il iyul ayının 13-də üçüncü qazıntı işlərinə başlanıldı. Şansı əyaləti mədəni əsərlər müdirliyinə bağlı Mədəni əsərlər və arxeologiya dairəsi basçısı Co Kuiying heykəllərin üzərindəki rəngli boyaları qoruma, heykəlləri sağlamlaşdırma və təmiri texnikaların artıq inkişaf etdiyini və bunların 3-cü qazıntı işləri üçün lazımlı zəmanəti təmin etdiyini ifadə edib. O, 3-cü qazıntı işlərinin Sit sahəsinin, heykəllərin çıxarıldığı qazıntı bölgəsinin xaricində qalan hissələrində icra ediləcəyini, lakin bu anda qazıntı işləri haqda hər hansı bir təxmin verməyin mümkün olmadığını söyləyib.
Qeyd edək ki, Terro Cotta Ordusu 1987-ci ildə UNESCO tərəfindən Ümumdünya irsinə daxil edilib.
Torpaq əsgərlərin sirləri
Terra Kotta əsgərlərinin ən böyük və çaşdırıcı xüsusiyyətlərindən biri isə hər birinin üzünün fərqli olmasıdır. İmperatorun ordusunda olan minlərlə əsgərin heykəli, paltarlarından dəri rənginə qədər, üzləri birə-bir təqlid edilərək düzəldilmişdir.Heykəllərin kimyası hələ də tapılmadığı üçün heykəllərin hamısı gün üzünə çıxarılmır. Bunun başlıca səbəbi isə heykəllərin bir həftə içində orijinal hallarını itirərək torpaq rənginə dönmələri olmasıdır. Mütəxəssislər, bu çevrilmənin səbəbini təyin etməyə çalışırlar. Nəhəng yeraltı ordusundan bu günə qədər iki minə yaxın əsgərin gün üzünə çıxarıldığı, ancaq boya və rəng xüsusiyyətinin hələ sirrini qoruması səbəbi ilə 6 minə yaxın əsgərin yerləri təsbit edildiyi halda gün üzünə çıxarılmadığı bildirilir. Terra Kotta əsgərlərinin hələ də üç ayrı çuxurda sərgiləndiyi ifadə edilərkən, çuxurlardan ən böyüyü əsasən piyada əsgərlərin heykəllərindən ibarətdir.
Ordu
Bu sirrli ordu ayrıca sadə bir şəkildə düzülüb, basdırılmamışdır. Fərqli rütbələrdən və dərəcələrdən olan əsgərlər dövrün ən irəli döyüş nizamına və strategiyasına uyğun şəkildə, döyüş meydanında döyüşə hazır mövqedə dayanır. Ordu, oxatan birlikləri ilə qabaqcıl, orta və arxa birliklərin yanında dəstək vahidlərindən ibarətdir. Çuxurların birində də imperatorun mərasim batalyonu öz nizamı içində var. Əsgərlərin yanında dövrə aid 10 min ətrafında bürünc silah da dayanır.
Nəhəng yeraltı ordusu bir xəzinə olaraq xarakterizə edilir və içərisindən çıxan ünsürlərlə o dövrün texnologiya, incəsənət və mədəniyyət dünyasına işıq tutduğu bildirilir. Terra Kotta döyüşçüləri olaraq da adlandırılan əsgərlərin əllərində döyüş əvvəli hazır vəziyyətdə tutduqları silahlarla basdırıldığı, silahların gerçək və bürüncdən olması səbəbiylə günümüzə qədər pozulmadan çata bildiyi ifadə edilir. Torpaq əsgərlərin quruluş texnikasının da dövrün texnologiyasının nə qədər irəlidə olduğunu göstərdiyinə diqqət çəkilir. Hər bir əsgər və atın gilə şəkil verilmək surətiylə edildiyi, ardından heykəllərin açılan bir dəliklə 300 ilə 900 dərəcə arasında fırınlandığı ifadə edilir. Mütəxəssislər, dəliklərin yüksək temperaturda bardaqlara patlamaması üçün açıldığını və daha sonra bağlanıldığını yazır.
Daş əsgərlərin tarixi
İmperatorun məzarı və Terra Kotta əsgərləri indiki vaxtda hələ sirrini qoruyan dünyadakı bənzərsiz əsərlərdən biri olması ilə yanaşı düzəlişindəki sirrləri və maraqlı bir hekayəyə sahibdir. Çində "ilklərin imperatoru" olaraq bilinən Sin Şi Xuandi dövrün Cao bəyliyində doğulmuş və bir çox bəylikdən ibarət olan bütün coğrafiyadakı Çin uluslarını ilk dəfə birləşdirərək tək dövlət adı altında yığan imperator ünvanı alan ilk lider olaraq tarixə keçmişdir. İmperator Sin Şi Xuandinın hələ 13 yaşındaykən taxta keçdiyi, eyni zamanda Böyük Çin səddinin inşasını da başladan imperator olduğu ifadə edilir. Tarixçi Si Maqian'in yazdığına görə, Qin Shi Huang hələ həyatdaykən e.ə 246-ci ildə başlanan məzarının inşası 30 il sürmüş, inşaatda 700 min adam işlədilmişdir. Bölgədə 600-ə yaxın yeraltı çuxur olduğunu iddia edən mütəxəssislər, hələ bunlardan 25-inin açıldığını yazırlar. Açılmayan çox çuxurun hələ sirrini qoruduğu ifadə edilərkən, bəzi çuxurların əsgərlər xaricində nəhəng otaqlardan meydana gəldiyi, bəzilərinin isə boş olduğu ifadə edilir.
Yarımçıq iş
Mütəxəssislər, bəzi çuxurların boş olma səbəbinin imperatorun ani bir xəstəlikdən ölümü səbəbiylə işin yarımçıq qalmasını şərh edirlər. İmperatorun layihəsi tam olaraq bilinmədiyi kimi, bəzi sirrləri də Sin Şi Xuandinın ani ölümü səbəbiylə bilinmir. Bu nəhəng məzarı və yer altı ordusunu etdirən imperatorun, Çinin o dövr çalışan bütün işçilərini yandıraraq ya da özüylə birlikdə basdırılmaq üzrə öldürtdüyü izah edilir. İmperator Sinin bunu etməsinin ən böyük səbəbi olaraq da məzarının və içindəki sirlərin bilinməsini istəməməsi, eyni zamanda öldürülən işçilərin də məzarında özünə yoldaşlıq etməsi arzusu olduğu ifadə edilir. Nəhəng məzar üçün Şian'a iki saat məsafədəki bu bölgənin seçilmə səbəbi olaraq da imperatorun Li Şan adlı dağı Uzaq şərq Fıngşui fəlsəfəsinə görə özünə ən uyğun yer olaraq gördüyü şəklində açıqlanır. İmperatorun məzarı yerin 36 metr altında yerləşir və bu ordunun imperator öldükdən sonra imperatorun özünü qoruyacağına inandığı yazılır.
Məzarlıq
Çinin Shaanxi əyalətinin Xi'an şəhəri ətrafındakı Lishan bölgəsində olan məzarın təməli dördbucaqlı şəklində, cənubdan şimala 350 metr uzunluğunda, şərqdən qərbə 345 metr genişliyindədir; 76 metr yüksəkliyində torpaq bir piramida şəklindədir. Qazıntı sahəsində çoxu hələ torpaq altında 8000 əsgər, 520 atıyla birlikdə 130 döyüş avtomobili, 150 süvari atı olduğu təxmin edilməkdədir .
Şəkilləri
İstinadlar
- Jane Portal and Qingbo Duan, The First Emperor: China's Terracotta Arm, British Museum Press, 2007, p. 167
Xarici keçidlər
- İlham Əliyev Çinin Sian şəhərindəki Terrakota Ordusu Muzeyi ilə tanış olub. president.az, 09.12.2015 (az.)