Ternate sultanlığı
Ternate sultanlığı (ind. Kesultanan Ternate) — İndoneziya ərazisində mövcud olmuş dövlət. İlk əvvəllər Qapi (ind. Kesultanan Gapi) adlandırılırdı sonradan isə ölkənin paytaxtının adı ilə Ternate adlandırılmışdır. İndoneziyada mövcud olmuş qədim islam ölkələrindən biri olmuşdur. Sultanlıq Baab Mashur Malamo (ind. Baab Mashur Malamo) tərəfindən 1257-ci ildə müstəqilliyi elan edilmişdir. Baabullahın (ind. Baabullah) (1570—1583) dönəmində sultanlıq öz hakimiyyətini İndoneziyanın şərqinə və Filippinin cənubuna yaya bilmişdilər. Ada XV-XVII əsrdə dünyada mixək istehsalına görə dünyada mühüm yer tuturdu.
Sultanlıq | |
Ternate sultanlığı | |
---|---|
ind. Kesultanan Ternate | |
|
Tarix
Koloniyaya qədər ki dövr
Ternate yaxınlığında yerləşən Tidore adasında yetişdirilən mixək istehsalı regiona öz təsirini göstərirdi. Ədva satışından əldə edilən gəlir müharibələrə sərf edilirdi. XIX əsrdə Hollanların Molukk adalarında koloniyalaşma bitərkən Sultanlıq artıq əvvəl ki, dövrlərə nisbətən az ərazilərə sahib idi. Onlar Ambon, Sulavesi və Papua adasına hömklarlıq edirdi.[1]
Ölkənin inşafında tiçarət mühüm rol oynayır. Ada bölgədə islamın yayıldığı bölgə olur. İslam əraziyə böyük ehtimal ki, Yava adasından gəlmişdir. Bu XV əsrə təsadüf edir. İslam tez bir zamanda bütün sultanlıq ərazisinə yayılmışdır.
İlk dəfə islamı sultan Marxuma (1465—1486) qəbul etmişdir. Onun oğlunun (Zaynal Abidin) hakimiyyəti dönəmində (1486—1500) ölkə islam qaydaları ilə idarə olunur. Ölkə krallıqdan sultanlığa çevrilir.
Öləkənin ən çiçəklənən dönəmi XVI əsrə təsadüf edilir.
Avropalılar
Bölgəyə ilk ayaq basan avopalılar portuqallar olmuşdur. Fransisku Serram Seram adası yaxınlığında qəzaya uğrayır. Onu yerli əhali xilas edir. Sultan Sbu Lais hadisədən xəbər tutur. Güçlü dövlət olan portuqaliya ilə əlaqə yaradılmasında hadisəni qiymətləndirir. 1512-ci ildə portuqallara adada liman tikməyə icazə verirlər. Liman 1522-ci ilfə inşa edilməyə başlayır.
İlk əvvəldən portuqallar ilə sultanlıq arasında münasibətlər isti olmamıışdır. Belə ki, xristianlığın yayılmasına olunan cədh müsəlmanların etirazına səbəb olur[2].
1537-ci ildə sultan Tabariji Qoaya aparılır və burada xristialığa döndərilir. O, hakimiyyətdən uzaqlaşdırılır. 1545-ci ildə Malukk adalarına qayıdarkən yolda həlak olur. O, ölməzdən əvvəl Ambonu xaç atasına vəsiyyət edir.
1570-ci ildə sultan Xayrun öldürülür. Bundan sonra əhali portuqallara qarşı çıxır. 1575-ci ildə yeni sultan qəsri öz sarayı elan ədərək ölkəni buradan idarə edir. Portuqalların əsas məntəqəsi Ambon olur. Avropalıların hakimiyyəti bölgədə zəyifləyir. Baaba Ulli (1570—1583) və Saidin dönəmində portuqallara qarşı çıxışlar güçləndirilir[3]
İspanlar bölgəyə 606-cı ildə gələrək sultanı və ətrafını Manılaya departasiya edirlər. 1607 ildə hollandarın köməyi ilə Ternatedə yerli əhalinin köməyi ilə liman inşa edirlər.
Sultan Hacı Osman (1896—1914) sonuncu dəfə holladiyanın hakimiyyətinə qarşı çıxır. Sultanın cəhhi bir nəticə vermir və onun mülkləri əlindən alınır. 1927-ci ildə onun ölümündən sonra hollandiyalılar vəliəhd İskəndər Muxammed Cəbir[4] sultan edilmir.
Sülalə
Ternate sultanları ilk yarandığı 1257-ci ildən bu günə qədər hakimiyyətlərini davam etdirirlər. Ancaq əvvəlki siyasi və inzibati hakimiyyətləri əllərində deyildir. Formal xarakter alır. Ölkənin ilk sultanı Baab Mashur Malamo olur. 1986-ci ildən isə sultan X. Mudaffar II Syadır.
Saray
Hazırda sultanların[5] 1796-ci ildə inşa etdirdikləri saray muzey elan edilmişdir. Burada nümayiş etdirilən ekpazisiyada sultanların ailə şəcərəsi təsvir edilir. Üstəlik burada orta əsrlərə aid portuqal və hollandlara məxsus olan hərbi geyimlər, dəbilqə, əsləhə, qılınç və qalxanlar nümayiş etdirilir. Sultanlara məxsus əşyalar saxlanılır.
İstinadlar
- Witton, Patrick. Indonesia (7th edition). Melbourne: Lonely Planet. 2003. səh. 821. ISBN 1-74059-154-2.
- Ricklefs, M.C. A History of Modern Indonesia Since c.1300, 2nd Edition. London: MacMillan. 1993. səh. 24. ISBN 0-333-57689-6.
- Ricklefs, M.C. A History of Modern Indonesia Since c.1300, 2nd Edition. London: MacMillan. 1993. səh. 25. ISBN 0-333-57689-6.
- "Lieutenant-Colonel H.H. Paduka Sri Maha Tuan as-Sultan Iskandar". 2020-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-29.
- "Gazw Al-Fikr: Sultan Baabullah, Pembebasan Nusantara Dan "Jihad" Kita Hari Ini". 2022-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-29.