Termodinamikanın ikinci qanunu

Termodinamikanın ikinci qanunu və ya Termodinamikanın ikinci başlanğıcı — cisimlər arasında istilik proseslərinin istiqamətini məhdudlaşdıran fiziki prinsipdir.[1] İlk dəfə alman fizik Rudolf Klauzius tərəfindən yaradılmışdır. Bolsmanın kinetik nəzəriyyə sahəsindəki işləri, Maks Plankın şüalanmanın kvant nəzəriyyəsi və Albert Eynşteynin spontan emissiya nəzəriyyəsinin əsasında bu qanun əsas yer tutur.[2]

Termodinamikanın başlanğıcı
məqalə «Termodinamika» seriyasının bir hissəsidir
Termodinamikanın sıfır qanunu
Termodinamikanın birinci qanunu
Termodinamikanın ikinci qanunu
Termodinamikanın üçüncü qanunu
Termodinamikanın bölmələri
Vəziyyət tənliyi
Termodinamik kəmiyyətlər
Termodinamik potensiallar
Termodinamik potensial
Termodinamik əmsallar
Termodinamik dövrə
Termodinamik faza
Faza keçidi
Faza keçidləri
Portal:Fizika

Tarixi

Termodinamikanın ikinci qanunu Sadi Karno, Vilyam KelvinRudolf Klauziusun adları ilə bağlıdır. 1824-cü ildə 28 yaşlı fransız mühəndisi Sadi Karnonun (1796–1832) açdığı yolu davam etdirən Tomson və Klauzius 19-cu əsrin 50-ci illərində bu gün bizə termodinamikanın ikinci qanunu adı ilə məlum olan bu qanunu müəyyənləşdirmişlər. Tarixi fakt belədir ki, Karnonun işlərindən alınan dərin mənalı nəticələr nə onun özü, nə də müasirləri tərəfindən yetərincə başa düşülmədiyinə görə, onun işlərinin nəticəsi termodinamikanın ikinci qanunu şəklində ifadə oluna bilməmişdir. Bu nəticə, yalnız Karnonun vəfatından xeyli sonra, 1850-ci ildə ingilis alimi Vilyam Kelvin (1824–1907) və alman alimi Rudolf Klauzius (1822–1888) tərəfindən qanun şəklinə salınmışdır. Daha sonralar alman alimi Maks Plank (1858–1947) və dünya elmində söz sahibi olan digər alimlər termodinamikanın ikinci qanununu özlərinə məxsus formada şərh etmişlər.[3]

Postulatlar

Termodinamikanın ikinci qanunun müxtəlif alimlər tərəfindən müxtəlif şəkildəki şərhləri ekvivalentdir.[4] Məna və mahiyyətcə eyni olan bu qanunun müxtəlif müəlliflərə məxsus ifadələri aşağıdakılardır:

  • Klauzius: İstilik, özbaşına soyuq cisimdən isti cismə keçə bilməz.[5]
  • Kelvin: Yeganə nəticəsi istilik mənbəyinin daxili enerjisinin azalması hesabına iş görmək olan dairəvi dövri proses mümkün deyildir.
  • Plank: Yeganə nəticəsi, istilik mənbəyinin soyuması hesabına yük qaldıran dövri işləyən maşın düzəltmək olmaz.

Klauzius, Plank və Kelvinin ifadələrində adı çəkilən və yaradılması mümkün olmayan maşını birinci növ daimi mühərrikdən (enerji istifadə etmədən işləyən maşın) fərqli olaraq, ikinci növ daimi mühərrik adlandırmışlar. Bunu nəzərə alaraq, termodinamikanın ikinci qanununu ümumi şəkildə aşağıdakı kimi şərh etmək olar: ikinci növ daimi mühərrik mümkün deyildir.

Həmçinin bax

İstinadlar

  1. Базаров И. П. Термодинамика. М.: Высшая школа, 1991, 376 с.
  2. Müasir təbiətşünaslığın konsepsiyaları: Ali məktəblər üçün dərslik /Ə. V. Məmmədov, R. İ. Bəşirov, V. İ. İsmayılov, E. B. Hüseynov.- Bakı: Bakı Universiteti, 2003.- 512 s.
  3. Квасников И. А. Термодинамика и статистическая физика. Т.1: Теория равновесных систем: Термодинамика. Том.1. Изд. 2, испр. и доп. М.: УРСС, 2002. 240 с.
  4. Базаров И. П. Заблуждения и ошибки в термодинамике. Изд. 2-е испр. М.: Едиториал УРСС, 2003. 120 с.
  5. Второе начало термодинамики Arxivləşdirilib 2009-02-26 at the Wayback Machine- статья из Большой советской энциклопедии
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.