Terminator 3: Maşınların yüksəlişi

Terminator 3: Maşınların üsyanı (ing. Terminator 3: Rise of the Machines) — 2003-cü ildə Conatan Mostou tərəfindən çəkilmiş ABŞ filmidir.[5]

Terminator 3: Maşınların üsyanı
ing. Terminator 3: Rise of the Machines
Filmin afişası
Filmin afişası
Janr Fantastika filmi
Əsas mövzu Zamanda səyahət
Rejissor Conatan Mostou
Prodüser Mario Kassar
İcraçı prodüser Qeyl Enn Hörd[d]
Ssenari müəllifləri
Baş rollarda Arnold Şvartsenegger
Kler Deyns
Kristanna Loken
Nik Stal
Devid Endryus
Operator Don Börcess
Bəstəkar Marko Beltrami
İstehsalçılar IMF Internationale Medien und Film
C2 Pictures
Distribütor InterCom[d]
İlk baxış tarixi 2 iyul 2003[1], 30 iyul 2003[2], 31 iyul 2003[3], 2003
Müddət 109 dəqiqə
Büdcə $187.3 milyon[4]
Gəlir $433.4 milyon
Ölkələr ABŞ ABŞ
Almaniya Almaniya
Böyük Britaniya Birləşmiş Krallıq
Dil İngilis dili
İl 2003
Əvvəlki film Terminator 2: Axirət günü
Sonrakı film Terminator: Qurtuluş
Rəng rəngli
Çəkiliş yeri Los-Anceles
IMDb ID0181852
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məzmun

Con Konnor 2004-cü il tarixində Los Ancelesdə yaşayır. Anası Sara Konnor uzun sürən xəstəlikdən sonra dünyadan köçmüşdür. Həmçinin, Con Konnor gələcəyin döyüşçüsü kimi böyüməsinə baxmayaraq həyatının əsas məqsədini tam başa düşə bilməyib. Gələcəkdəki "Skaynet" sistemi Con Konnorun yerini təxmin edə bilmir. Bu səbəbdən T-X robotunu onun yaxınlarını öldürməyə göndərir. T-X robotu görünüşünə görə cavan qızı xatırladır. Quruluşu Т-800 və T-1000 modellərinə bənzəyir. Ona qarşı "101" modelinin 850 seriyası (T-850) göndərilir. T-850 robotunun əsas vəzifəsi Con Konnor və gələcək həyat yoldaşı Keyt Brüsteri T-X robotundan qorumaqdır.

Con Konnor heyvanlar üçün xəstəxanadan oğurluq etmək üçün Keyt Brüsteri təhdid edir. Keyt isə hiylə yolu ilə onun müqavimətini dəf edir və onu heyvanların saxlandığı kameraya dustaq edir. Bu zaman T-X robotu bura gəlir və Con Konoru öldürmək istəyir. Lakin T-850 robotu onun müqavimətini dəf edərək Con Konnoru və Keyt Brüsteri buradan uzaqlaşdırır. Bu zaman T-850 robotu T-X robotunun hücumuna məruz qalır. Sabahısı gün T-X robotu Con Konnorun idarə etdiyi maşını təqib etməyə başlayır. Eyni zamanda T-850 robotu ona müqavimət göstərir. T-850 robotu, Con Konnor və Keyt Brüster ondan qaçmağı bacarırlar.

Onlar mağazadan özləri ilə bərabər bir çox qida məhsulları götürürlər. Bu müddətdə polislər Keyt Brüster haqqında onun həyat yoldaşına məlumat verirlər. Ardınca mavzoleya yola düşürlər və Sara Konnorun tabutunu müşahidə edirlər. T-850 modeli tabutun qapağını açdıqda, Con Konnor anasının bədəni əvəzində burada çoxlu sayda silahların olduğunu görür. Keyt Brüster T-850 robotuna qarşı müqavimət göstərir və onun robot olduğunu görərək, bundan vahimələnir. Bu zaman polislər mavzoleyə hücum edir. Keyt Brüster polislər tərəfə qaçır. T-850 robotu və Con Konnor onlara qarşı müqavimət göstərir. Atışma zamanı Keyt Brüster həyat yoldaşını görür və onun yanına getməyə hazırlaşır. Lakin həyat yoldaşı qəflətən T-X robotuna dönür. T-X robotu onu öldürmək istəyən zaman ona qarşı T-850 robotu müqavimət göstərir. T-850 robotu, Con Konnor və Keyt Brüster buranı tərk edirlər. T-X robotu onları tutmağa çalışsa da, bunun öhtəsindən gələ bilmir və yenidən təqibini davam etdirir.

Keyt Brüster, T-850 robotundan öyrənir ki, T-X robotu general-leytenant vəzifəsində çalışan atası Robert Brüsteri öldürmək niyyətindədir. Çünki yalnız onun atası "Skaynet" sistemini söndürə bilər. Lakin T-850 robotu onları nüvə müharibəsindən qorumaq üçün Meksikaya aparmalıdır. Con Konnor T-850 robotundan onları Keyt Brüsterin atasının yanına aparmağı istəyir. T-850 robotu onun istəyini yerinə yetirmək istəmir. Bu zaman Con Konnor onu özünü öldürməklə təhdid edir. Lakin T-850 robotu ona böyük ehtimalla özünü öldürməyəcəyini bildirir. Bu zaman Keyt Brüster ona israr edir. T-850 robotu isə onun istəyini qəbul edir.

Onlar yollarına davam edən zaman Con Konnor T-850 robotundan öyrənir ki, gələcəkdə özü tərəfindən öldürüləcəkdir. Keyt Brüster isə onu proqramlaşdıraraq keçmişə göndərmişdir ki, Con Konnoru qorusun. Con Konnor isə bundan heyrətlənir. Bu səbəbdən T-850 robotu Keyt Brüsterin əmrini yerinə yetirir. Hərbi bazada kompüterə düşən təhlükəli virusun məhv edilməsi üçün ətrafdakıların təzyiqi nəticəsində Robert Brüster "Skaynet" sistemi fəaliyyətini bərpa edir. Bu zaman kompüter sistemində problemlər yaranır. T-850 robotu, Con Konnor və Keyt Brüster bura gələn zaman T-X robotu Keyt Brüsterə atəş açır. Bir müddət sonra robotlar sıradan çıxmağa başlayır. Keyt Brüster atası dünyadan köçür. T-X robotu və T-850 robotu arasında mübarizə baş verir. T-850 robotu onun müqavimətini dəf edə bilmir. T-X robotu onun yeridilən proqramı sıradan çıxarır. Bu müddətdə maqnit sahəsi güclənməyə başlayır və T-X robotu daxil olmaqla metallar sistemlərə doğru çəkilməyə başlayır. Con Konnor və Keyt Brüster buradan uzaqlaşan zaman T-850 robotu onlarla mübarizə aparır. Con Konnor isə T-850 robotuna vəzifəsini yadına salır və bu zaman maşına çoxlu sayda zərbə endirərək fəaliyyətini dayandırır.

Con Konnor və Keyt Brüster Kristal Zirvə adlı sahəyə çatırlar. Bu müddətdə T-X robotu helikopterlə onları təqib edərək, bu sahəyə çatır. T-X robotu atəş açmaq istəyən zaman bura digər helikopterdə T-850 robotu gələrək, onunla mübarizə aparmağa başlayır. T-850 robotu, Con Konnor və Keyt Brüsterə bunkerdə saxlanmalarını deyir. Bu zaman T-850 robotu T-X robotuna partlayıcı yeridir və onunla birlikdə məhv olur. Con Konnor və Keyt Brüster isə buranın "Skaynet" sistemini məhv etmək üçün əsas obyekt olmadığını başa düşürlər. Bura ballistik raketdən qorunmaq üçün hazırlanmış obyektdir. "Skaynet" sistemi raketləri ötürməyə başlayır və "Qətl günü" başlayır. Con Konnor və Keyt Brüster başa düşürlər ki, gələcəyi dəyişdirmək mümkün deyil. Bu zaman radio qurğudan müraciət səsləri eşidilir. Onlar burada kimin başçısı olduğunu soruşan zaman Con Konnor başçılığı öz üzərinə götürür. Con Konnor və Keyt Brüster gələcəyi düşünməyə başlayırlar.

İstinadlar

  1. http://www.boxofficemojo.com/movies/?id=terminator3.htm.
  2. http://www.sfi.se/sv/svensk-filmdatabas/Item/?itemid=55615&type=MOVIE&iv=Basic.
  3. IMDb (ing.). 1990.
  4. "Terminator 3: Rise of the Machines". Box Office Mojo. 2013-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-03-06.
  5. "Terminator 3 – Rise of the Machines". 2010. February 6, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: June 24, 2010.

Həmçinin bax

ABŞ filmlərinin siyahısı
Almaniya filmlərinin siyahısı
Böyük Britaniya filmlərinin siyahısı

Xarici keçidlər

Filmi izlə (azərbaycan dilində)

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.