Terek çayı
Terek — Şimali Qafqazda çay.
Terek | |
---|---|
qaraç.-balk. Терк суу, qum. Терек сув | |
| |
Ölkə |
Gürcüstan Rusiya |
Mənbəyi | Zilqaxox dağı |
• Yüksəkliyi | 3 853[1][2] |
Mənsəbi | Aqraxan körfəzi |
• Yüksəkliyi | - 28 m |
Uzunluğu | 623[1] |
Su sərfi | 305[1] |
Su sistemi | Terek/Xəzər dənizi |
Su hövzəsi | Xəzər dənizi |
Hövzəsinin sahəsi | 43 200[1] |
|
|
DSR | 07020000212108200002513 |
Vikianbarda əlaqəli mediafayllar |
Adının etimologiyası
Etimologiyası ərəb dilində türklər deməkdir. Ərəb saitsiz əlifbasına görə türkləri bildirən söz [ə]trak və t[ə]rak kimi də tələffüz edirdilər. Misal üçün Ətrak çayını və tərəkəmələri göstərmək olar. Terek çayı ərazisində Ərəb Xilafəti dövründə Xəzər xaqanlığının mərkəzi yerləşirdi.
Coğrafiyası
Uzunluğu 623 km, hövzənin sahəsi 43 200 kv km. Başlanğıcını Baş silsilədəki Zilgəxoh buzlağından götürür. İlk 30 km Baş və Yan sislsilələr arasında axır, sonra Şimala dönür və Yan silsiləni (Dəryal keçidində), Qayalı silsiləni və Qara dağları kəsərək ; Qroznı şəhəri yanında dağətəyi düzənliyə çıxır, və burada Qizeldon, Ardon, Urux, Malku(Baksanla) qovuşur. Malkanın mənsəbindən sonra, çoxsaylı adaları, bankaları olan qumlu-gilli yatağla axır; Sunjanın mənsəbindən aşağı bir sıra qollara və axınlara bölünür. 4000 kv km sahəsi olan delta yaradaraq Xəzər dənizinin Aqrahan körvəzinə tökülür; delta sahəsindəki yatağın vəziyəti bir neçə dəfə dəyişib(1941 ildən axımın böyük hissəsi Karqalin sıçrayışı yatağından keçir).
Hidroqrafiyası
Qidalanması qarışıqdır, axımın 70% yaz-yay vaxtına düşür. Suyun maksimumu iyul-avqust, minimumu fevralda olur. Suyun orta məsrəfi mənsəbindən 530 km(Qroznı şəhəri) 34 kub m/s, mənsəbin 16 km 305 kub m/s. Bulanıqlıq 400–500 q/kub m. İl ərzində Terek 9–26 mln arası ton lil çıxarır. Buz rejimi dayanıqsızdır(buz ancaq bəzi sərt qış vaxtları olur). Aşağı axarında zəngin balıq(somon, alabalık, sazan, levrək və b.)eytiyatı var. Terekdan suvarmada yararlanırlar(Tersko-Kumski və başqa kanallar var). Terek üzərində iki SES var, Qroznı, Mozdok, Gizlər. Çayı vadisi ilə hərbi –gürcü yolu keçir.
İstinadlar
- Большая советская энциклопедия: Терек (река) Arxivləşdirilib 2021-09-27 at the Wayback Machine
- Большая советская энциклопедия: Зильгахох Arxivləşdirilib 2019-09-23 at the Wayback Machine