Teqethoff burnu
Teqethoff burnu — Frans-İosif Torpağına daxil olan Hall adasının cənubunda yerləşir. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir.
Teqethoff burnuu | |
---|---|
Yerləşməsi | |
80°05′09″ şm. e. 58°03′37″ ş. u. | |
Akvatoriya | Şimal Buzlu okean |
Ölkə | Rusiya |
|
Coğrafiya
Burun ərazisi bütünlüklə buzdan azaddır. Ərazisi qum və gildən təşkil olunmuşdur. Burnun cənub hissəsində hündürlüyü 25 və 60 metr olan qaya vardır. Burun cənubdan Barens dənizi, şimaldan isə Surovaya körfəzi ilə əhatələnir.
Tarixi
Frans-İosif Torpağı arxipelaqının kəşfi Teqethoff burnundan başlayır. Avstriya ekspedisiyası başda Karl Veyprext və Yulius Payer «Admiral Teqethoff» (alm. Admiral Tegetthoff)[1] yelkənli-buxarlı şxununda Şimal dəniz yolunu aşkarlamaq məqsədi ilə Yeni Torpaq arxipelaqına üz tuturlar. Onların gəmiləri buzların arasında sıxılaraq qalır. Dreyf edən buzlaq ekspedisiyanı şərbə doğru aparır. 30 avqust 1873-cü ildə Hall adasının Teqethoff burnunа gəlib çatırlar. Tarixi hadisənin şərəfinə burunda «Admiral Teqethoff» şxununa adidə ucaldılır.
Burnun əlverişli yerdə yerləşməsi ilə əlaqədar olaraq burada dəfələrlə digər ekspedisiyalar yan almışdır.
XX əsrin 90-cı illərində burunda Avstriya kinostudiyası adaları ilk kəşf edənlər haqqında sənədli film çəkmişdir[2]
İstinadlar
- Exploring Polar Frontiers: A Historical Encyclopedia — A To L and M To Z. William James Mills. 2 vol. Santa Barbara, CA: ABC CLIO, 2003. ISBN 1-57607-422-6, стр. 507
- "Холодный, загадочный и прекрасный мир ЭФИ, Издание «Вечерний Мурманск», выпуск N 141 от 4 августа 2007". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-12-29.