Teokratiya

Teokratiya (q.yun. θεός — Tanrı və κράτος — idarə etmək) — cəmiyyət məsələlərinin qanuni halda dini qanunlarla həll edildiyi idarəetmə sistemi. Dini strukturların və din xadimlərinin dövlət siyasətinə ciddi təsir etdiyi siyasi sistem.

Dövlət idarəetmə formaları

Müasir teokratiya elementli dövlətlər

İslam dövlətləri

Şəriəti siyasi institutların əsası kimi qəbul edən Səudiyyə Ərəbistanıİran klassik formada teokratik dövlətlər sayılırlar. İran eyni zamanda "teokratik respublika" da sayıla bilər. Çünki siyasi sistem islam dini üzərində qurulub. Yaxın Şərq dövlətlərinin əksəriyyətinin hüquq sistemi islam dininin təsiri altındadır. Türkiyə, İndoneziya, BanqladeşPakistan daxili həyatda dinin ciddi təsirinə baxmayaraq dünyəvi qanunlarla idarə olunur.

İsrail, HindistanFilippin qanunlarına görə şəriəti qəbul edənlər üçün o rəsmi qanun sayılır. Şəriət qanunlarının Sudan, Nigeriya, Əfqanıstan, Liviya və digər ölkələrdə də cəmiyyətə və dövlətə təsiri güclüdür.

Müqəddəs taxt-tac - (Vatikan)

1929-cu ildə müstəqil dövlət elan edilən Vatikan klassik formada dini dövlətdir.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.