Teodor van Qoq (incəsənət dileri)

Teodor van Qoq[4] (1 may 1857[1][2][…], Zyundert[d], Şimali Brabant25 yanvar 1891[3][2], Utrext, Utrext) — holland incəsənət dileri. O, həm də məşhur holland rəssamı Vinsent van Qoqun kiçik qardaşıdır. Teonun ömrünün sonuna qədər qardaşından maddi və mənəvi cəhətdən dəstəyini əsirgəməməsi Vinsentə özünü rəssamlığa həsr etməyə imkan yaratmışdır. Vinsentin 37 yaşında vəfat etməsindən altı ay sonra Teo da 33 yaşında dünyasını dəyişir.

Teodor van Qoq
Digər adı Teo
Doğum tarixi 1 may 1857(1857-05-01)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 25 yanvar 1891(1891-01-25)[3][2] (33 yaşında)
Vəfat yeri
Vəfat səbəbi sifilis
Dəfn yeri
  • Vinsent və Teo Van Qoqun qəbri[d]
Milliyyəti holland
Fəaliyyəti rəssam, rəsm kolleksioneri[d]
Tanınır qardaşı Vinsent van Qoqla olan yazışmaları ilə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ən çox qardaşı ilə münasibətinə görə tanınması çox vaxt Teonun həm də incəsənət dünyasına töhfələr vermiş bacarıqlı incəsənət dileri olduğu faktını kölgədə qoyur. O, fransız və holland müasir incəsənətinin ictimaiyyətə təqdim olunmasında mühüm rol oynamışdır.[5]

Bioqrafiyası

Anna Kornelia Karbet və Teodor van Qoqun övladı olan Teodor (Teo) van Qoq 1857-ci il 1 mayda Hollandiyanın Şimali Brabant əyalətinin Qrut-Zyundert məntəqəsində anadan olmuşdur.

Biznesi

Teo bir neçə il parisli incəsənət dilerlərinin "Qupil" firmasının Haaqadakı holland ofisində işləyir. 1873-cü il 1 yanvarda firmanın Brüssel ofisinə qoşulan Teo onların ən gənc işçisi olur. London ofisinə transfer olur, bir müddət sonra Haaqa ofisinə köçür və öz uğurlu biznesini məhz burada qurur.[6] 1884-cü ilə qədər artıq Parisdəki baş ofisə transfer olan Teo 1880–1881-ci ilin qışından etibarən həmin vaxt Hollandiyada yaşayan qardaşı Vinsent van Qoqa rəsm çəkməsi üçün lazımi ləvazimatlar və aylıq maddi yardım göndərməyə başlayır.

Şəxsi həyatı

Teo Parisdə Andris Bonqer və onun bacısı Yohanna ilə tanış olur. O, 1889-cu il 17 apreldə Amsterdamda Yohanna ilə evlənir və cütlük birlikdə Parisə köçür. Onların Vinsent Uilyam adlı oğlu 1890-cı il 31 yanvarda Parisdə doğulur. Ailə 8 iyunda Paris yaxınlığında, Over-syür-Uazda yaşayan Vinsenti ziyarət edir. Bu görüşdən heç iki ay keçməmiş Vinsent van Qoq acınacaqlı vəziyyətdə vəfat edir.

Ölümü

Səhhətində əvvəl də bir sıra problemlər olan Teonun vəziyyəti qardaşının ölümündən sonra gün keçdikcə daha da pisləşir. 1890-cı il 20 noyabrda psixiatriya xəstəxanası olan Villem Arntz hospitalına gətirilən Teoya 1 dekabrda beyin infeksiyası olan paralitik demans[7][8] diaqnozu qoyulur. Xəstəliyi ucbatından fiziki olaraq həddən artıq zəifləmiş və hələ də Vinsentin yoxluğuna alışa bilməmiş Teo 1891-ci il 25 yanvarda Den Dolderdə vəfat edir.[9] Onun nəşi 1914-cü ildə həyat yoldaşı Yohannanın xahişi ilə Utrextdə dəfn olunduğu yerdən çıxarılaraq Vinsentin məzanının yanında, Over-syür-Uazda dəfn olunur; beləcə, onlar artıq ömürlük birlikdə olacaqdı.[10]

Teonun adı qalmaqalla anılan nəticəsi, rejissor Teo van Qoq İslamı tənqid edən qısa film çəkdikdən sonra 2004-cü ildə Amsterdam küçələrində müsəlman aktivist tərəfindən öldürülür.[11]

Vinsentlə münasibəti

Teo ömrü boyu qardaşı Vinsentə heyranlıq duymuşdu, amma o, rəssam olmağa qərar verməzdən əvvəl də, sonra da onunla ünsiyyət qurmaq çox asan deyildi. Vinsentin nizamsız həyat tərzi onların daim əlaqə saxlamasına maneçilik törədirdi. Bununla belə, Teo həmişə ona məktublar yazmağa davam edirdi. Vinsent qardaşından gələn məktubları saxlamasa da,[12] Teo onun yazdığı bütün məktubları yığırdı. Beləcə, Vinsetin yazdığı məktublardan geriyə 651-i qaldığı halda,[13] Teonun yazdığı məktublardan sadəcə 32-ni əldə etmək mümkün olmuşdur.[13] Qardaşının mental sağlığı haqda çox narahat olan Teo Vinsenti anlayan nadir insanlardan idi.[14] Bütün həyatı boyu onun rəssam kimi fəaliyyət göstərə bilməsi üçün Vinsentə maddi və mənəvi cəhətdən yardım göstərən Teonun sevgi və dəstəyi özünü yazdığı məktublarda da büruzə verirdi. Çəkdiyi eskizləri Teoya göndərən Vinsent ona rəsmlərindəki ideyalar və gündəlik həyatında baş verənlər haqda yazırdı.[15] Onun bütün həyatı boyunca yazdığı təxminən 800 məktubun dörddə üçündən çoxu Teoya ünvanlanmışdı.[16] Teonun həyat yoldaşı 1914-cü ildə onların bütün məktublarını kitab halına saldıraraq çap etdirmişdir.[14][17][18]

Robert Oltmenin 1990-cı ildə çəkdiyi Vinsent və Teo filminin mövzusu iki qardaş arasındakı münasibətə əsaslanır. 2017-ci ildə çəkilən və başdan-ayağa kətan üzərində yağlı boya ilə çəkilmiş ilk tammetrajlı film olan Sevgiylə, Vinsent filmində Vinsentin son məktubunun Teoya necə çatdırılması göstərilir.

Diler və rəssam

Adı öz karyerasından daha çox qardaşının karyerasına olan təsiri və köməyi ilə anılan Teo işlədiyi "Qupil" firmasının sahiblərini Klod Mone, Edqar Deqa kimi impressionist rəssamların əsərlərini sərgiləməyə və almağa razı salaraq, onların məşhurlaşmasında müstəsna rol oynamışdır.[19]

1886-cı ildə Teo Vinsenti Parisdə onunla yaşamağa dəvət edir və onlar iki il Monmartrdakı mənzildə birgə yaşayırlar. Birlikdə yaşadıqları üçün bu müddət ərzində iki qardaş arasında məktublaşmanın olmaması səbəbindən Vinsentin bu dövrdəki rəssamlıq fəaliyyəti haqda ətraflı məlumat mövcud deyil.[20] O, Vinseti Pol Qogen, Pol Sezan, Anri de Tuluz-Lotrek, Anri Russo, Kamil PissarroJorj-Pyer Söra ilə tanış edir. 1888-ci ildə Pol Qogeni Arla köçmüş Vinsentin yanına getməyə razı salan Teo Qogenin səyahət xərcləri də daxil olmaqla, bir çox maddi ehtiyacını təmin edir (616-cı məktub, 28 və ya 29 may, 1888-ci il).[21] Vinsentlə onsuz da yaxşı olmayan münasibəti qulağını kəsməsindən sonra daha da kəskin hal alan Qogen Teoyla əlaqə saxlayır. Əgər Teo onların münasibətini tam olmasa da, müəyyən mənada yoluna qoymasaydı, incəsənət dünyası onların 63 gün birgə işləyib ərsəyə gətirdikləri rəsm əsərlərindən məhrum olacaqdı (852-ci məktub).[22]

Şəkillər

İstinadlar

  1. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. Theo van Gogh. 2009.
  3. RKDartists (nid.).
  4. Naifeh, Steven and Gregory White Smith. Van Gogh: the Life, p.23 New York: Random House (2011); ISBN 978-0-375-50748-9
  5. Belinda Thomson. "Theo van Gogh. Amsterdam, Van Gogh Museum". The Burlington Magazine. 141 (1158). 1999: 567–569. JSTOR 888614.
  6. Jan Hulsker. Vincent and Theo van Gogh: A Dual Biography. Fuller Technical Publications. 1990.
  7. Voskuil, PH. "[Theo van Gogh's medical record]". Ned Tijdschr Geneeskd. 136 (36). 1992: 1777–80. PMID 1407128.
  8. Deborah Hayden. Pox: Genius, Madness, and the Mysteries of Syphilis. Basic Books. 2003. səh. 152. ISBN 978-0-465-02881-8.
  9. van der Veen, Wouter; Knapp, Peter. Van Gogh in Auvers: His Last Days. Monacelli Press. 2010. 260–264. ISBN 978-1-58093-301-8.
  10. "La tombe de Vincent Van Gogh". Groundspeak. Auvers-sur-Oise, France. 25 September 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 June 2009.
  11. "Gunman kills Dutch film director" Arxivləşdirilib 2018-02-04 at the Wayback Machine. BBC (2 November 2004). retrieved 21 July 2009
  12. de Leeuw, Ronald, redaktor The Letters of Vincent van Gogh. Penguin Group. 1996. ISBN 0-7139-9135-6.
  13. "Correspondents - Vincent van Gogh Letters". www.vangoghletters.org. 2022-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-22.
  14. Irving Stone. Dear Theo: The Autobiography of Vincent Van Gogh. The New American Library. 1937.
  15. "Vincent van Gogh(Dutch Painter)" Arxivləşdirilib 2015-04-02 at the Wayback Machine. Britannica. Retrieved 25 September 2011.
  16. "Important figures in the life of Vincent van Gogh". Van Gogh Gallery. 12 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 May 2011.
  17. Jansen, Leo; Luitjen, Hans; Bakker, Nienke, redaktorlar Vincent van Gogh – The Letters (The Complete Illustrated and Annotated). Thames and Hudson. 2009. ISBN 978-0-500-23865-3.
  18. "Vincent van Gogh: The Letters". Van Gogh Museum. 28 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 July 2011.
  19. Rewald, Gazette des Beaux-Arts 1973
  20. "Biography". www.vggallery.com. Vincent van Gogh. 28 sentyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 noyabr 2019.
  21. "616 (618, 493): To Theo van Gogh. Arles, Monday, 28 or Tuesday, 29 May 1888. - Vincent van Gogh Letters". www.vangoghletters.org. 2022-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-22.
  22. "852 (853, T28): Theo van Gogh to Vincent van Gogh. Paris, Sunday, 9 February 1890. - Vincent van Gogh Letters". www.vangoghletters.org. 2022-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-22.
  23. Arjen Ribbens(29 November 2018) En toen was er nog maar één foto van Vincent van Gogh Arxivləşdirilib 2021-03-08 at the Wayback Machine. nrc.nl
  24. Stefan Kuiper(29 November 2018) Een persoonsverwisseling: foto Vincent van Gogh blijkt broer Theo Arxivləşdirilib 2021-01-11 at the Wayback Machine. volkskrant.nl
  25. "Portrait of Theo van Gogh, 1887". Van Gogh Museum. 15 March 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 July 2010.

Əlavə oxu

  • Anonymous (initialled "H. H. H." and "W. F.d. C. H."): Van Gogh, 's-Gravenhage, Nederland's Patriciaat 50, 1964, pp. 171–183.
  • Hulsker, Jan: Vincent and Theo van Gogh: A Dual Biography, Ann Arbor, Fuller Publications, 1990. ISBN 0-940537-05-2.
  • Jansen, Leo, and Jan Robert: Kort geluk. De briefwisseling tussen Theo van Gogh en Jo Bonger, Waanders, Zwolle 1999. ISBN 90-400-9353-9
  • Rewald, John: Theo van Gogh, Goupil, and the Impressionists, Gazette des Beaux-Arts, January & February 1973, pp. 1–107; reprinted in Rewald, John: Studies in Post-Impressionism, Thames and Hudson, 1986, pp. 7–115
  • Irene Meyjes, Johanna van Gogh-Bonger: kunsthandelaar?, Uitgeverij Scriptio, Deventer, 2007, ISBN 9087730055
  • Stolwijk, Chris & Han Veenenbos, The accountbook of Theo van Gogh and Jo van Gogh-Bonger, Van Gogh Museum Amsterdam 2002, ISBN 90 74310 82 6
  • Stolwijk, Chris, & Thomson, Richard: Theo van Gogh 1857–1891: Art dealer, collector
  • John Lichfield, "Van Gogh's little brother goes on show", 1999, The Independent, retrieved 27 January 2009
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.