Teodor Van Kirk

Teodor Van Kirk (27 fevral 1921, Nortamberlend[d], Pensilvaniya28 iyul 2014[1], Stoun-Mauntin[d], Corciya) — 1945-ci il avqustun 6-da birinci atom bombasını daşıyan "Enola Gay" təyyarəsinin 12 nəfərlik heyət üzvündən biri[2].

Teodor Van Kirk
ing. Theodore Van Kirk
Teodor Van Kirk (sağdan birinci)
Teodor Van Kirk (sağdan birinci)
Şəxsi məlumatlar
Doğum tarixi 27 fevral 1921(1921-02-27)
Doğum yeri
Vəfat tarixi 28 iyul 2014(2014-07-28)[1] (93 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Təhsili
  • Baknel Universiteti[d]
Hərbi fəaliyyəti
Qoşun növü ABŞ Ordusu Hava Korpusu
Döyüşlər
Təltifləri Silver Star Distinguished Flying Cross Air Medal
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Van Kirk 1921-ci ildə Amerikada anadan olub. Amerika Birləşmiş Ştatlarının Hərbi Hava Qüvvələrində xidmət edib. Kapitan rütbəsinə yüksələn Van Kirkin 1942–1944-cü illərdə Amerikanın hüdudlarından uzaqlarda 58 hərbi döyüş uçuşu olub. 1944-cü ilin noyabr ayından isə Yaponiyada keçiriləcək əməliyyata hazırlıq təlimlərinə başlayıb.

Teodor Van Kirk hərbi xidmət illərində bir sıra orden və medallarla təltif edilib. O, 1946-cı ildə Amerika Birləşmiş Ştatlarının Hava Hücumu Qüvvələrindən zabit kimi ehtiyata buraxılıb. 1949–1950-ci illərdə Baknell universitetində təhsil alıb. Sonralar isə müxtəlif təşkilatlarda mühəndis texnik kimi fəaliyyətini davam etdirib.

Van Kirk 2007-ci ildə Yaponiyaya atom bombasını aparan "Enola Gay" təyyarəsinin bort jurnalını hərraca çıxardıb. Tarixi jurnal 358 min 500 amerika dollarına alınıb. "Enola Gay" təyyarəsi isə hal-hazırda Amerika Birləşmiş Ştatlarının Aviasiya və Kosmonovtika Milli Muzeyində saxlanılır.

28 iyul 2014-cü ildə Teodor Van Kirk vəfat etmişdir.[3]

İstinadlar

Həmçinin bax

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.