Teodor Drayzer

Teodor Herman Albert Drayzer (ing. Theodore Herman Albert Dreiser; 27 avqust 1871-28 dekabr 1945) — ABŞ yazıçısı və ictimai xadimi.

Teodor Drayzer
ing. Theodore Dreiser
Doğum adı Teodor Herman Albert Drayzer
Doğum tarixi
Doğum yeri Terre-Hot, İndiana, ABŞ
Vəfat tarixi (74 yaşında)
Vəfat yeri Hollivud, Kaliforniya, ABŞ
Dəfn yeri
  • Forest-Laun xatirə parkı[d]
Vətəndaşlığı ABŞ ABŞ
Fəaliyyəti yazıçı, jurnalist, roman yazıçısı, esseist, avtobioqraf[d], ssenarist, redaktor[d]
Fəaliyyət illəri 18921945
Əsərlərinin dili ingilis dili
İstiqamət naturalizm
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Dünya şöhrətli Amerika yazıçısı Teodor Drayzer 27 avqust 1871-ci ildə İndiana ştatının Terre-Hote şəhərində anadan olmuşdur. O, ailənin on ikinci uşağı idi. Kasıblıq, ciddi dini tərbiyə görmüş, xəyalpərəst qəlbə malik olan Drayzer yaşam uğrunda mübarizə aparmağa uyğunlaşmışdı.

Onun 1886-1891-ci illər Çikaqodakı işəmuzd çalışması, İndiana Universitetindəki təhsil illəri (1889-1890), 1892-1895-ci illərdə Çikaqo, Sent-Luia, PitsburqNyu-York şəhərlərinin qəzetlərindəki əmək fəaliyyəti acı ümidsizliklərə düçar olmuşdur. H.Spenserin əsərləri ilə tanışlıqdan sonra onun ümidsizlikləri fəlsəfədə təzahür etməyə başladı; bu fəlsəfəyə görə insanlar yalnız və yalnız təbiətin köməksiz qurbanları hesab edilirdi. O, Balzakı "fəth" etdikdən sonra isə fəlsəfi baxışlarının bədii ifadəsini tapdı.

Teoder Drayzer 1900-cü ildə "Kerri bacı" romanını yazdı. Romanın qəhrəmanı öncə evli adamın məşuqəsi, sonra isə məşhur aktrisa olan bir qızdır. Yazıçının ilk irihəcmli bu əsəri heç də ona şöhrət yox, rüsvayçılıq və həqarət gətirdi. 1250 nüsxədə çap edilmiş kitabın yalnız 450-si oxucuya yetişdi, qalan nüsxələr isə "donduruldu"; tənqidçilər dostyanə Drazyzeri qəddarlıqda, əxlaqsızlıqda günahlandırıb, ona "gəncləri pis yola çəkən" damğası vurdu. Otuz yaşlı yazıçı özünün 68 dollar 40 sent qonararını alaraq tam 10 il sükuta qərq oldu.

Çünki "Kerri bacı" romanı qadın xoşbəxtliyinə aparan yolun təmiz və şərəfli, bu yolla gedənin isə günahsız və ləyaqətli olduğunu vəsf edən çəhrayı Amerika romançılığına zərbə vurmuşdu.

Yeddi ildən sonra "Kerri bacı" kitabı İngiltərədə növbəti dəfə işıq üzü gördü, bestsellerə çevrildi, tənqidçilərin ən yüksək rəyini qazandı, bütün Avropa dillərinə çap olundu və yalnız bundan sonra ABŞ-də nəşr olundu. Hal-hazırda isə bu kitabı XX əsr Amerika ədəbiyyatının "vizit kartı" adlandırırlar.

1915-ci ildən sonra Drayzer hekayə və esselər, tərcümeyi-hal yazmışdır; bütün bu əsərlərdə ictimai qaydaların adi adama göstərdiyi əzici təsiri əks etdirir. Bu ideya onun ən məşhur əsəri olan "Amerika faciəsi"nin mövzusunu təşkil edir. Əsəri həqiqətən baş vermiş məhkəmə prosesinin protokoluna əsəslanır: cəmiyyətdə irəli getməyə can atan gənc adam cinayət törədir və ölüm cəzasına məhkum edilir. Yeri gəlmişkən, bu kitabda əvvəlki Spenser heyranlığı başqa dünyagörüşü ilə əvəz olunur.

"Kerri bacı" romanından sonra Teodor Drayzer "Cenni Herhardt" (1911), "Arzular trilogiyası": " Maliyyəçi" (1912), "Titan" (1914), "Dözümlülük" (tamamlanmamış, 1947), "Dahi" (1915), "Amerika faciəsi" (1925), "Dayaq" (1946) romanlarını, publisistik məqalələr və "Vur, təbil!" pyesini, "Drayzer Rusiyaya baxır" (1928), "Faciəli Amerika" (1931) və "Məktublar" (1959) publisistik əsərlərini yazmışdır.

Teodor Drayzer 1945-ci il dekabrın 28-də Hollivudda (Kaliforniya ştatı) vəfat etmişdir.

Həmçinin bax

İstinadlar

    Xarici keçidlər

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.