Tenson sülaləsi
Tenson sülaləsi yaxud Şunten sülaləsi — Rükyu adalarını idarə etmiş yarıməfsanəvi sülalə. İlk 25 üzvünün adı bilinmir. "Çüzan güzgüsü" yap. 中山世鑑 (Çüzan seikan) əsərinə əsasən Rükyu mifologiyasının baş tanrısı Amamikyo tərəfindən əsası qoyulub. 1186-cı ildə sülalə Riyü tərəfindən devrilmişdisə də, sülalənin üzvlərindən biri olan Şunten tərəfindən məğlub edilmişdi. Buna görə sülalə həm də bu adla tanınır.
Tenson sülaləsi | |
---|---|
Banisi | bilinmir |
Sonuncu hökmdar | Gihon |
Soyun kəsilməsi | 1259 |
Milliyyət | Rükyu |
Titullar | |
Rükyu kralı |
Üzvləri
1–25 — İlk 25 hökmdarın adı elmə bəlli deyil.
26 — Şunten
27 — Şunbacunki
28 — Gihon
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.