Tendeloyn (Manhetten)

Tendeloyn (ing. Tenderloin) ― XIX əsrin sonu XX əsrin əvvələrində fəaliyyət göstərmiş Nyu-York şəhərinin mərkəzi borosu Manhettində yerləşən keçmiş əyləncə və qırmızı işıqlar rayonu.[1]

Ərazi əvvəlcə 24-cü küçədən 42-ci küçəyəBeşinci prospektdən Yeddinci prospektə qədər uzanırdı.[1] 20-ci əsrin əvvəllərində şimala doğru 57-ci və ya 62-ci küçəyə qədər və qərbə doğru Yeddinci prospektə qədər genişləndirildi[2][3] və müasir NoMad, Çelsi, Cəhənnəm mətbəxi, Tikiş kvartalıTeatr kvartalı rayonların ərazilərini əhatə etməyə başladı.

İstinadlar

  1. Elsroad, Lisa. "Tenderloin" in Jackson, Kenneth T., ed. (1995). The Encyclopedia of New York City. New Haven: Yale University Press. ISBN 0300055366., p.1161
  2. Burrows & Wallace, p.959
  3. New York City Landmark Preservation Commission. "23rd Police Precinct ("Tenderloin") Station House Designation Report" Arxivləşdirilib 2010-03-02 at the Wayback Machine, pp. 2–3
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.