Temryuk rayonu

Temryuk rayonu (rus. Темрюкский район) — Rusiya Federasiyası, Krasnodar diyarının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Temryuk şəhəridir.

Temryuk rayonu
Bayraq[d] Gerb
Bayraq[d] Gerb

45°16′00″ şm. e. 37°22′59″ ş. u.


Ölkə
İnzibati mərkəz Temrük[1]
Tarixi və coğrafiyası
Yaradılıb 1924
Sahəsi
  • 1.957 km²
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 125.382 nəf. (1 yanvar 2018)[2]
Rəqəmsal identifikatorlar
Telefon kodu 86148
Rəsmi sayt
Temryuk rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafiyası

Temryuk rayonu diyarın şimal-qərb hissəsində, Taman yarımadasının bütün ərazisini və qismən Kuban deltasının ərazisini əhatə edir. Rayonun sərhədlərinin çoxu sahil zolağıdır. Cənub-qərbdə Qara dəniz, şimalda Azov dənizi, qərbdə Kerç boğazı ilə əhatələnir. Kerç (Krım) ilə inzibati sərhədi var. Sahil xəttinin ümumi uzunluğu 250 km-dir, bunun 220 km-i qumlu çimərliklərdir. Temryuk rayonu diyarın Slavyansk, Krımsk və Anapa kurort şəhəri ilə həmsərhəddir.

Rayonun ərazisi 1957 km²-dir (və ya Krasnodar diyarının bütün ərazisinin 2.6%). Əksəriyyəti duzlu və şirinsulu estuarilər, Kuban deltasının qollarından ibarət ərazidən ibarətdir. Azov dənizinin çimərlikləri kvars qumu ilə zəngindir. Taman yarımadasının Qara dəniz çimərliklərinin ümumi sahəsi təxminən 7 min m²-dir.

Rayonda bir sıra palçıq vulkanları, mineral su bulaqları və şəfalı palçıqlar vardır.

Günəşli günlərin sayı ildə 235, çimərlik mövsümü may ayının ortalarından sentyabrın sonuna qədərdir.

Tarixi

Müasir rayonun ərazisində qədim dövrlərdə məşhur Hermonass-Tmutarakan da daxil olmaqla Bosfor Krallığı, Bizans imperiyası, Xəzər xaqanlığı, Tmutarakan, Genua, Krım və Osmanlı İmperatorluğunun nəzarətində olan yaşayış məntəqələri mövcud idi. Rayon 2 iyun 1924-cü ildə Cənub-Şərq diyarının Kuban dairəsinin bir hissəsi olaraq qurulur. Bura Kuban-Qara dəniz diyarının ləğv edilmiş Slavyansk rayonunun ərazisinin bir hissəsi daxil idi. Əvvəlcə rayon 9 kənd məclisini əhatə edirdi: Axtanizovski, Varenikovski, Vışesteblievski, Qolubitski, Zaporojski, Kurçanski, Starotitarovsk, Tamansk, Fontalovsk. 16 noyabr 1924-cü ildən bu bölgə Şimali Qafqaz diyarının, 10 yanvar 1934-cü ildən isə Azov-Qara dəniz diyarının bir hissəsi olur. 13 sentyabr 1937-ci ildən etibarən Temryuk rayonu Krasnodar diyarının bir hissəsi olur. 16 aprel 1940-cı ildə yeni qurulan Varenikov rayonundan Varennikovski Kənd Şurası ayrılır. 11 fevral 1963-cü ildən 12 yanvar 1965-ci ilədək rayon ləğv edilir, ərazisi Anapski rayonunun bir hissəsi olur. 1993-cü ildə kənd sovetlərinin fəaliyyətinə son verilir; kənd idarələrinin əraziləri kənd dairələrinə çevrilir. 2005-ci ildə rayonda 12 inzibati vahid qurulur. Rayon günü hər il 9 oktyabrda qeyd olunur.

Əhali

1 yanvar 2006-cı il tarixinə rayon əhalisi 115 307 nəfər təşkil etmişdir. Bunlardan 31,2% -i şəhər, 68,8% -i kənd sakinləridir. Bütün əhali arasında kişilər 46,3%, qadınlar 53,7% təşkil edir. Ümumi əhalinin 69047-i (59,9%) əmək qabiliyyətli insanlar, 22,8% -i pensiyaçılardır[3].

2007-ci ilin sonunda rayonun əhalisi 115 min nəfər olmuşdur[4].

İnzibati-ətazi vahidləri

Yanaul rayonunda 1 şəhər və 8 kənd inzibati ərazi vahidliyinə 39 yaşayış məntəqəsi daxildir.

İqtisadiyyat

Krasnodar diyarının üzüm sahələrinin 74% -i rayonda yerləşir. 18 min hektar ərazidən ümumi üzüm yığımı 120-160 min tondur. Buradakı 14 şərabçılıq fabrikində, səksəndən çox marka şərab istehsal olunur. Aqroturizm inkişaf edir.

Rayonun şərq hissəsində çəltik yetişdirilir. Balıqçılıq, balıq yetişdirmə və balıq emalı mövcuddur.

Üç beynəlxalq dəniz limanı var - Azov dənizində, Qafqaz və Taman, Qara dənizdə - Temryuk. Temryukda bir çay limanı mövcuddur.

Rayon iqtisadiyyatının vacib bir hissəsi yay turizmi və spa sektorudur. Rayonda 28-dən çox istirahət mərkəzi, 4 pansionat, 12 uşaq istirahət mərkəzi mövcuddur.

Dəmiryol xətləri rayon ərazisindən keçir. Kerç boğazından keçən bir avtomobil və bir dəmir yolu körpüsü tikilir (Krım körpüsü).

Görməli yerləri

Rayonda 700-dən çox arxeoloji abidə dövlət himayəsindədir. Bunlardan 10-u federal əhəmiyyətli abidələrdir.

Muzeylər

Hermonass-Tmutarakan Təbiət Qoruğu ilə Taman Arxeoloji Muzeyi[5]

Tamandakı Lermontov Ev Muzeyi

Temryuk Tarixi-Arxeoloji Muzeyi, o cümlədən Hərbi Təchizat Muzeyi[6].

Starotitarovskaya kəndinin tarixi muzeyi

İstinadlar

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.