Templ Qrandin
Templ Qrandin (ing. Mary Temple Grandin; d. 29 avqust 1947, Boston, Massaçusets, ABŞ) — ABŞ-nin Kolorado Ştat Universitetinin professoru; ABŞ-dəki bütün heyvandarlıq fermalarının üçdə birinin dizaynını qurmuş alim. Heyvanlar mövzusunda peşəkar bir baytar, bir yazıçı və ixtiraçıdır. Autizm sahəsində dünya səviyyəli fərqlilik yaratmaq məsələsində də olduqca iddialıdır. Çünki o, özü də autizmlidir.
Templ Qrandin | |
---|---|
ing. Mary Temple Grandin | |
| |
Doğum tarixi | |
Doğum yeri | Boston, Massaçusets, ABŞ |
Təhsili |
|
Fəaliyyəti | zooloq, akademik[d], yazıçı, aktivist, yazıçı-dokumentalist[d], universitet müəllimi[d], ssenarist, bioloq |
Üzvlüyü | |
grandin.com templegrandin.com |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
3 yaşında ikən ona autizm diaqnozu qoyulub. Həkimi onu autizm sahəsində peşəkar təhsil verən bir məktəb əvəzinə, nitq terapiyası verilən yaşıdlarının getdiyi bir bağçaya istiqamətləndirir.
Templ 4 yaşında ikən danışmağa başlayır. Ailəsi onun "fərqli" təhsil almasını istəmir. Templ, onu həm xəstə, həm də xüsusiləşdirən xüsusiyyətləri səbəbilə ona lağ edilən bir məktəbdə oxuyur.
Yay aylarını xalasının fermasında keçirən Templ, heyvanlarla hər zaman daha yaxından maraqlanırdı. Onun vizual zəkası, fərqli xüsusiyyətləri və heyvanlara marağını görən litseydəki müəllimi sayəsində bacarıqları üzə çıxmağa başlayır.
Xalasının fermasında iynə vurulacaq olan mal-qaraları sakitləşdirmək üçün "sıxışdırma maşınından istifadə edildiyini" görən Templ Qrandin, 18 yaşında autistlər üçün sakitləşdirici, onları sığortalanmış hiss etdirən "qucaqlama maşını" icad etdi.
İnsanlarla çətinliklə ünsiyyət qursa da psixologiya və heyvan davranışları üzrə magistr və doktorantura təhsili alır.
1980-ci illərdə autizm haqqında çıxışlar etməyə başlayır. Autist uşaqların valideynləri ilk dəfə "bu qədər dərin məlumatlara sahib olur", övladlarının nəyi niyə etdiyini başa düşməyə başlayırdılar. 1995-ci ildə çap olunan "Marsdakı antropoloq" adlı bir kitabı və müxtəlif vasitələrlə onunla maraqlanan "Time", "People", "Forbes" kimi jurnallar, "New York Times" kimi qəzetlər sayəsində hekayəsi milyonlarla insan tərəfindən öyrənilir.
2010-cu ildə Qrandin, "Time" jurnalının "Ən Yaxşı 100 adamı"ndan biri seçilir.
Qrandin, "mal-qaranı başa düşmək üçün onlar kimi düşünmək lazım olduğunu" fikirləşir, heyvanların rifahı üçün yaşayır. Sosiallaşmağı sıxıcı görür. Saçqurutma feni və ya bir motosikletin səsindən narahatlıq keçirir. Televizor izləmir, duyğusal əlaqələri başa düşmür. Amma yaşadığı hər cür çətinliyə rəğmən autizmin aradan qaldırılması istiqamətindəki işləri dəstəklənmir; çünki o, nevromüxtəlifliyi müdafiə edir.
2010-cu ildə onun barəsində HBO film şirkəti tərəfindən "Templ Qrandin" filmi çəkilmişdir.
Hazırda Templ Qrandin hündür boylu, əsmər, oğlan kimi geyinən bir qadındır. Heç vaxt evlənməyib və uşağı da yoxdur.
Mənbə
- Qeyri-Adi Uğur Hekayəsi Temple Grandin. cazibe.info, 20.11.2015 (az.)
Xarici keçidlər
- grandin.com — Templ Qrandin rəsmi saytı