Tempera

Tempera (yumurta temperası kimi də adlandırlır)— suda həll oluna bilən yapışdırıcı maddəli rəngli piqmentlərdən ibarət olan davamlı, tez-quruyan rəssamlıq texnikasıdır (yapışqanlı maddə kimi adətən yumurta sarısı və ya digər xüsusi maddələr istifadə edilir). Tempera rəsmləri uzunmüddət yaxşı vəziyyətdə qala bilir və bunlara hələ bizim eranın birinci əsrlərində mövcud olmuş rəsmlər nümunə ola bilər. Yumurta temperası 1500-cü illərdən sonraya qədər də rəssamlıqda əsas üsul idi, ancaq yağlı boyakarlığın kəşfi yumurta temperasını əvəz etdi. Bir qayda olaraq, poster boyası kimi ABŞ-də istifadə olunan yapışqan maddəli və piqmentlərdən ibarət boya tez-tez "tempera boyası" adlanır. Bu boya ənənəvi tempera boyasından yapışdırıcı və xüsusi maddələrin olması ilə fərqlənir.

Sandro Botiçelli, panel üzərində tempera (1490–1500)

Tarixi

Taxta üzərində Nikkolo Semitekolo tərəfindən işlənmiş 1367-ci ilə aid tempera

Tempera rəssamlığına aid nümunələr qədim Misirdə sarkofaq üzərindəki bəzəklərdə tapılıb. Fayum mumiya portretlərinin çoxunda tempera, bəzən isə enkaustika boyakarlığının (isti mum boyakarlığı) birləşməsindən istifadə olunub.

Müvafiq rəssamlıq texnikası Hindistanın daş məbədlərində və bir neçə mağaralarında tapılmış qədim və erkən orta əsr rəsmlərində də istifadə olunmuşdur.[1] Temperanın köməyi ilə yüksək keyfiyyətli incəsənət nümunələri eramızın IV və X əsrlərində Baq mağarasında və eramızın VII əsrində Orissadakı Ravan Chhaya qaya sığınacağında yaradılıb.[2]

Bu rəssamlıq texnikası Avropada ortaerkən intibah dövrüBizans cəmiyyətində panel boyakarlığı və İllüminati əlyazmalarında istifadə olunan əsas vasitə idi. Tempera rəssamlığı 1500-cü illərə qədər Avropada orta və erkən intibah dövründə demək olar ki, hər bir rəssam üçün ilkin panel boyakarlığı vasitəsi idi. Məsələn, Mikelancelo tərəfindən işlənmiş hər bir panel boyakarlıq nümunəsi yumurta temperasıdır.

V və IX əsrlərdə Əfqanıstanda meydana gəlmiş[3] yağlı boyakarlıq orta əsrlərdə qərbə də öz təsirini göstərdi və nəticədə temperanı əvəz etdi.[4] Yağlı boyakarlıq şimali Avropada Erkən Holland Rəssamlğında XV əsr ərzində incəsənət nümunələrini yaratmaq üçün istifadə olunan əsas vasitə kimi temperanı əvəz etdi. 1500-cü illərdə yağlı boyakarlıq İtaliyada temperanı əvəz etdi. XIX və XX əsrlərdə Prerafaeliti, Sosial realizm və başqa incəsənət hərəkatları arasında, Qərbi incəsənətdə temperanın qısamüddətli dirçəlişi oldu. Tempera boyakarlığının Rusiya və Yunanıstanda istifadəsi davam edir. Bu boyakarlıq Ortodoks ikonalar üçün ənənəvi vasitədir.

Texnikası

Tempera ənənəvi olaraq, yumurta, yapışqan, su, bal və müxtəlif bitki yapışqanları kimi vasitələr və ya boyalara əllə narın hala salınmış tozvari piqmentlərlərin əlavə olunması ilə yaradılır.

Tempera boyakarlığı palitra, boşqab, kasa üzərinə qarışdırılmış tozvari piqmentlərin az miqdarda əlavə olunması ilə başlayır. Bəzi piqmentlər daha çox yumurta emulsiyası , bəziləri isə daha az yumurta emulsiyası tələb edə bilər. Bir neçə damcı distillə olunmuş su əlavə edilir. Sonra istənilən şəffaflığı almaq üçün kiçik həcmdə yumurta emulsiyası əlavə olunur. Daha çox yumurta emulsiyası, daha şəffaf boya almağa imkan verir.

Yumurta temperası

Klassik tempera boyakarlığının daha ümumi forması yumurta temperasıdır. Bunun üçün daha çox yumurtanın sarısı istifadə olunur. Yumurtanın qabığı və sarı hissənin membranı atılır. Yumurtanın sarısı heç vaxt piqmentlərin özü ilə istifadə olunmur. O demək olar ki, dərhal quruyur və quruyan kimi xırçıldayır. Bəzi agentlər müxtəlif dozalarda həmişə əlavə olunur. Bir reseptdə sirkə (həcmə görə 1:1 nisbətində yumurta sarısı) , digərində isə ağ şərab (1 hissə yumurta sarısı , 2 hissə ağ şərab) təklif oluna bilər. Yumurta temperasının bəzi istiqamətlərində yumurta sarısı və suyun müxtəlif qatışıqlarından istifadə edilir.

İkonalar və kilsə divarlarının boyanmasında istifadə olunan zaman , mayeyə xoş ətir vermək üçün bəzən mirra əlavə edilir. Boya qarışığındakı yumurta sarısı və suyun miqdarındakı sabitliyi qorumaqla sululuq və yağlılıq arasındakı balansı təmin etmək üçün qarışıq daima tənzimlənməlidir. Tempera quruyana kimi, rəssam hava ilə təmasda olan qatılaşan yumurta sarısının sabitliyini saxlamaq üçün su əlavə edəcək. Hazırlanmış boya saxlana bilməz. Yumurta temperası suya davamlıdır, ancaq su keçirməz deyil.

Müxtəlif effetlər üçün yumurtanın hamısından və ya ağından istifadə edilir. Yumurta temperası tezuyuşan boya deyil və sərt lövhələr lazım olur.

Pinqmentlər

Kinovar (HgS), auripiqment (As2S3), ağ qurğuşun (2PbCO3·Pb(OH)2) və yüksək zəhərliliyə malik mürəkkəb birləşmələr piqment kimi orta əsr rəssamlarınadək istifadə olunurdu. Hal-hazırda rəssamların çoxu az zəhərləyici təsirə malik müasir sintetik piqmentlərdən istifadə edirlər, ancaq əvvəlki pinqmentlər ilə oxşar rəng xüsusiyyətlərinə malikdirlər. Hətta nə qədər ehtiyat tədbirləri görülsə də , pinqmentlərin çoxu hələ də təhlükəlidir.[5]

Tətbiqi

Tempera boyası sürətlə quruyur. Bu boya, adətən, nazik , yarımşəffaf və şəffaf təbəqələrdə istifadə olunur. Tempera boyakarlığı ştrixləmə texnikasında çoxsaylı kiçik fırça ştrixlərinin tətbiqi tələb olunan ənənəvi texnikalarla isitifadə zamanı böyük dəqiqliyə imkan verir. Quruduğu zaman boya hamar təsvirlər yaradır. Çünki, boya yağlı boyakarlıq kimi qalın təbəqələrdə tətbiq oluna bilməz. Tempera boyakarlığı nadir hallarda yağlı boyakarlıqla əldə olunan doymuş rənglərə malik olur. Digər tərəfdən tempera rəngləri zaman keçdikcə dəyişmir , halbuki yağlı boyakarlıq nümunələri illər keçdikcə rənglərini dəyişərək şəffaflaşır.

Qalereya

İstinadlar

  1. "Ancient and medieval Indian cave paintings" (ingilis). wondermondo.com. 2018-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 dekabr,2014.
  2. "Ravan Chhaya rock shelter near Sitabinji" (ingilis). 2018-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 dekabr,2014.
  3. "World's oldest oil paintings in Afghanistan" (ingilis). reuters.com. 2014-10-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 dekabr,2014.
  4. "Egg Tempera" (ingilis). 2015-10-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 dekabr,2014.
  5. "Egg Tempera-Tempera artists" (ingilis). bozzle.com. 2015-10-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 dekabr,2014.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.