Buynaksk
Buynaksk (tarixi adı qum. Temir-Xan-Şura — Teymurxanşura — Teymurun şurası) — Şimali Qafqazda yerləşən Dağıstan Respublikasının inzibati vahidində şəhər. Şəhər Xəzər dənizinin şimal-qərb sahillərində yerləşir.
Şəhər | |||
Buynaksk | |||
---|---|---|---|
Шура Шура Щурагьи Буйнакск | |||
|
|||
42°49′ şm. e. 47°07′ ş. u. | |||
Ölkə | |||
Tarixi və coğrafiyası | |||
Əsası qoyulub | 1834 | ||
Sahəsi |
|
||
Mərkəzin hündürlüyü | 490 m | ||
Saat qurşağı | |||
Əhalisi | |||
Əhalisi |
|
||
Rəqəmsal identifikatorlar | |||
Poçt indeksi | 368220 | ||
Digər | |||
buynaksk05.ru | |||
| |||
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Mahaçqala şəhərinin qərbində yerləşən Temirxan-Şura Dağlılar Respublikasının paytaxtı olmuşdur. Çar imperiyası zamanı, şəhərdə 5 min nəfərlik əsgər polku saxlanılırdı. Yaxın şəhərlərdə baş verən üsyanların yatırılmasında, bu polkdan tez-tez istifadə edilmişdir. 1863-cü ildə Zaqatala üsyanı zamanı, çar ordusu Temirxan-Şuradan üsyanı yatırmaq üçün 3 minlik süvari rus qoşunu göndərmişdir. Sovet hakimiyyəti qurulduqdan sonra şəhərin adı Buyraksk olaraq dəyişdirilmişdir.
Sovet hakimiyyəti dağıldıqdan sonra da Buynakskda federal hakimiyyətə qarşı üsyançıların bir çox hücumları olmuşdur. 1999-cu il sentyabrın 4-də rus hərbçilərinin qaldığı binanın partladılması nəticəsində 64 nəfər ölmüş, 133 nəfər yaralanmışdı. 2010-cu il sentyabrın 5-də Buynaksk rayonundakı hərbi hissəyə hücum olub. Naməlum şəxsin partlayıcı quraşdırılmış maşını hərbi hissənin darvazasına çırpması nəticəsində baş verən partlayış zamanı 5 rus əsgəri ölüb, 30-dan çoxu isə yaralanıb.[3] Lakin sonradan verilən məlumata görə bu hücum nəticəsində ümumilikdə 56 rus hərbçisi öldürülüb.[4]
İstinadlar
- http://www.gks.ru/dbscripts/munst/munst82/DBInet.cgi.
- https://dagstat.gks.ru/storage/mediabank/Численность%20постоянного%20населения%20РД%20на%2001.01.2020.pdf.
- "Hərbi hissəni partladan silahlının adı məlum oldu". 2012-07-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-05-18.
- "Kavkazcentr". 2012-12-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-02-09.